Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında baş verən güclü külək nəticəsində Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam örtüyü aşıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Tehsil365”ə verilən xəbərə görə, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müəsissəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.
Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar məktəbin şagirdləri təhsillərini müvəqqəti olaraq qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta məktəbində davam etdirəcəklər.
Şəmkirdə dam örtüyü aşan məktəb təmir ediləcək
7007.04.2025 - 11:48
