Təhsil 365 - Logo Mobile

UNEC-də Elm Festivalı keçirilib

7708.04.2025 - 14:20
UNEC-də Elm Festivalı keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.

“Tehsil365” xəbər verir ki, festivalın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il qeyd olunan Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-də iki mühüm təşəbbüsə - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması” layihələrinə start verildiyini qeyd edib. O bildirib ki, bu layihələr çərçivəsində ölkənin aparıcı məktəblərində və regionlardakı universitetlərdə şagirdlərin və gənclərin elmə marağının artırılması məqsədilə tanınmış alimlərlə görüşlər keçirilir.

Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin artıq bəhrəsini verdiyini vurğulayıb. Son beş ildə universitetin əldə etdiyi uğurlardan danışan Ədalət Muradov bildirib ki, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artım müşahidə olunur: “2020–2025-ci illər ərzində UNEC tədqiqatçılarının “Scopus” bazasında dərc olunan məqalələrinin sayı 6,4 dəfə, “Web of Science” bazasında 5,8 dəfə, “SciVal” üzrə 6,3 dəfə, “InCites” bazasında isə 5,6 dəfə artıb. Həmin illər ərzində Azərbaycan alimlərinin “Scopus”da dərc olunmuş bütün elmi məqalələrinin 20 faizi, “Web of Science”də isə 19 faizi məhz UNEC-in payına düşür. Dayanıqlı İnkişaf Məqsədlərinin 17 istiqaməti üzrə yazılmış elmi əsərlərin sayında isə 5 ildə 10 dəfə artım qeydə alınıb. Ümumilikdə, “Scopus”da dərc olunan məqalələrin 49,8 faizi minilliyin inkişafı məqsədlərinə həsr olunub. Bu artım tempinə görə UNEC dünya miqyasında lider mövqedədir”, – deyə rektor bildirib.

Ədalət Muradov UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-in dünyanın ən zəngin elmi bazalarındakı 5 milyona yaxın elektron resursa çıxış imkanına malik olduğunu vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətindən bəhs edərək, ölkədə elmin inkişafının prioritet sahələrdən biri olduğunu bildirib. Nazir ölkə elmi qarşısında duran çağırışlardan danışıb və bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. O, elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına töhfə verməsinin, eyni zamanda, elmin cəmiyyət üçün anlaşıqlı formaya salınmasının vacibliyini vurğulayıb. Emin Əmrullayev elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin obyektiv qiymətləndirilməsinin də əsas vəzifələrdən biri olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından akademik dairələrin rolundan danışıblar. Onlar elm siyasətinin cəmiyyətdə elmin nüfuzunun artmasına və bilik əsaslı qərarların ön plana çıxmasına şərait yaratmasının vacibliyini qeyd ediblər.

Sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatla çıxış edib.

Rəsmi hissədən sonra iştirakçılar “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərinə baxış keçirilib.

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadənin “Bazarın hüdudları” kitabının təqdimatı keçirilib.

Elm festivalı aprelin 10-dək davam edəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar12.05.2025 - 05:09
Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi11.05.2025 - 16:25
Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?11.05.2025 - 16:10
ATU-nun baş müəllimi vəfat edib - FOTO11.05.2025 - 12:45
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib - YENİLƏNİB11.05.2025 - 10:27
Bakıda bina yandı - Meyit tapıldı11.05.2025 - 06:43
Ürək çatışmazlığına çarə tapılıb11.05.2025 - 06:29
Bu şəxslər üçün İMTAHAN VAR11.05.2025 - 06:15
29 dərəcə isti...-GÜNÜN HAVASI11.05.2025 - 05:55
Bu gün magistratura üzrə qəbul imtahanı keçiriləcək11.05.2025 - 05:30
Kəngərlidə 484 şagird yerlik məktəb istifadəyə verildi - FOTO10.05.2025 - 11:50
Kəngərlidə körpələr evi-uşaq bağçasının açılışı oldu 10.05.2025 - 11:35
MDU kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO10.05.2025 - 09:40
İlham Əliyevlə xanımı Ağdam Muğam Mərkəzinin AÇILIŞINDA10.05.2025 - 08:50
“10 mayda 10 bağça” - LARTİ-dən maraqlı təşəbbüs10.05.2025 - 07:20
Azərbaycan Universitetində Heydər Əliyevin 102-ci ildönümü qeyd edildi10.05.2025 - 07:10
Azərbaycanlı alim Avropa Universitetlərinin Sammitində iştirak edib10.05.2025 - 06:59
Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar - FOTO10.05.2025 - 06:46
Şəmkirdə 21 yaşlı oğlan intihar edib10.05.2025 - 06:34
Mehriban Əliyevadan Heydər Əliyevin anadan olması ilə bağlı PAYLAŞIM10.05.2025 - 06:22
Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ10.05.2025 - 06:10
Prezidentdən Ulu Öndərlə bağlı PAYLAŞIM - FOTO10.05.2025 - 05:59
Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO09.05.2025 - 17:00
Çayda boğulan yeniyetmənin meyiti tapıldı-YENİLƏNİB09.05.2025 - 16:05
Azərbaycanda 49 jurnalist əməliyyat olunub - FOTO09.05.2025 - 13:46
9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ09.05.2025 - 12:55
Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər09.05.2025 - 12:05
Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi - FOTO09.05.2025 - 08:40
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib09.05.2025 - 08:30
Milli Kitabxana faşizm üzərində qələbəyə həsr olunan elektron məlumat bazası və virtual sərgi istifadəyə verib09.05.2025 - 08:20
“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb - FOTO09.05.2025 - 08:10
ATU-da Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO09.05.2025 - 08:00
BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib - FOTO09.05.2025 - 07:50
Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib - FOTO09.05.2025 - 07:40
Bakıda uşaq bağçası bağlanır09.05.2025 - 07:30
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçirilir09.05.2025 - 07:20
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı PAYLAŞIM09.05.2025 - 07:10
Fransada universitetlərdə hicabın qadağan olunması istənilir09.05.2025 - 07:00
İlham Əliyevlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2025 - 06:50
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib09.05.2025 - 06:40
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir09.05.2025 - 06:30
İlham Əliyevdən 9 May PAYLAŞIMI09.05.2025 - 06:20
295 nömrəli məktəbdə Ulu Öndər anıldı - FOTO09.05.2025 - 06:10
Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib - FOTO09.05.2025 - 05:59
Heydər Əliyev və Azərbaycan təbiəti - seminar08.05.2025 - 17:10
BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb - FOTO08.05.2025 - 16:50
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli - FOTO08.05.2025 - 16:30
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib - FOTO08.05.2025 - 16:20