Təhsil 365 - Logo Mobile

Bu yaşda autizm simptomları daha yüksəkdir - TƏDQİQAT

8513.04.2025 - 06:55
Bu yaşda autizm simptomları daha yüksəkdir - TƏDQİQAT

“UCLA Health” tərəfindən aparılan yeni bir tədqiqat yetkinlikdən əvvəl və sonra beyində baş verən əlaqə dəyişikliklərinin, nadir bir genetik pozğunluğa sahib uşaqlarda autizm və ya şizofreniya riskinin artmasının səbəbini izah edə biləcəyini ortaya qoyub.

“Tehsil365” “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar autizm və şizofreniya kimi neyropsikiyatrik pozğunluqların beyində funksional əlaqə dəyişiklikləri ilə əlaqəli olduğunu bildirirlər. Lakin bu pozğunluqların bioloji əsaslarını anlamaq çətin olduğu üçün araşdırmalar tez-tez nəticəsiz qalır. Bu çətinliyi aşmaq üçün “UCLA Health” və İtaliya Texnologiya İnstitutunun əməkdaşları genetik cəhətdən müəyyənləşmiş bir beyin pozğunluğu olan 22q11.2 xromosom delesiya sindromunu tədqiq ediblər. Bu sindrom 22-ci xromosomda kiçik bir DNT parçasının olmaması nəticəsində yaranır və autizm, şizofreniya kimi vəziyyətlərlə əlaqələndirilir. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub. Həm siçanlar, həm də insanlar üzərində aparılan funksional beyin görüntüləmə analizləri göstərib ki, sosial davranış və autizmlə əlaqəli beyin bölgələri yetkinlikdən əvvəl yüksək dərəcədə əlaqəli olur, lakin yetkinlikdən sonra bu əlaqə kəskin şəkildə azalır.

Tədqiqatın həmmüəllifi və UCLA Semel Psixiatriya İnstitutunun professoru dr. Carrie Bearden qeyd edib ki, sinaps səviyyəsindəki bu dəyişikliklər beynin əlaqə nümunələrinin niyə dəyişdiyini və bunun sosial davranışa necə təsir etdiyini izah edə bilər: “MRT görüntüləmələrində müşahidə etdiyimiz fərqliliklər psixiatrik pozğunluqlarda tez-tez görünür, amma onların arxasındakı səbəblər hələ də tam aydın deyil. Növlər arasında bu cür paralelləri araşdırmaq isə çox dəyərlidir”.

Tədqiqat zamanı genetik modifikasiya edilmiş siçanlar istifadə olunub. Bu siçanlarda erkən yaşda – insanlardakı uşaq dövrünə uyğun olaraq – beyin hüceyrələrinin sinaps qurmaq üçün istifadə etdiyi dendritik tikanların sıxlığının daha yüksək olduğu müşahidə olunub. Lakin yetkinlikdən sonra bu tikanların sayı əhəmiyyətli dərəcədə azalıb. Alimlər bu dəyişikliklərdə “GSK3-beta” adlı bir zülalın rol oynaya biləcəyini müəyyən ediblər. Bu zülalı inhibə edən bir dərman vasitəsilə siçanların beyin funksiyalarını və dendritik tikan sıxlığını müvəqqəti şəkildə bərpa etmək mümkün olub. İnsan beyin görüntüləmələri də bu dəyişikliklərdən təsirlənmiş beyin bölgələrinin “GSK3-beta” ilə əlaqəli genlərlə zəngin olduğunu göstərib. Eyni zamanda, bu dəyişikliklərin sosial davranışlarla da əlaqəli olduğu müəyyənləşib – bu isə autizm simptomlarının formalaşmasında dəyişmiş beyin naqillərinin rol oynaya biləcəyinə işarə edir.

Professor C.Bearden tədqiqatın nəticələrini belə yekunlaşdırıb: “Tapıntılar göstərir ki, inkişaf zamanı sinapsların həddindən artıq azalması, yəni “otlanması”, müşahidə etdiyimiz davranış pozğunluqlarının əsas səbəblərindən biri ola bilər. Bu isə həmin simptomların qarşısının alınması və ya azaldılması üçün yeni müalicə hədəfləri təqdim edir”. 

Bu tədqiqat sinaptik disfunksiyanın autizm və digər psixiatrik pozğunluqlarda əsaslı rol oynaya biləcəyini vurğulayaraq gələcəkdə erkən müdaxilə və fərdi müalicə yanaşmaları üçün mühüm elmi əsaslar yaradır.

Aydan Ələkbərova

Xəbər Lenti

"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 07:56
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02
Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək13.12.2025 - 06:49
Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi13.12.2025 - 06:36
Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib13.12.2025 - 06:23
Astara şəhərində Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş bilik yarışması keçirildi13.12.2025 - 06:10
Astara şəhərində “Gənclərin DİN sistemi üzrə təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirildi13.12.2025 - 05:57
Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaranmasından 101 il ötür13.12.2025 - 05:44
Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev anılır13.12.2025 - 05:31
Şərqşünas alim Saleh Əliyevin doğum günüdür13.12.2025 - 05:18
Əməkdar memar Abbas Ələsgərovun doğum günüdür13.12.2025 - 05:05
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi – Vidadi Nərimanbəyov13.12.2025 - 04:52
Azərbaycan musiqisinin tanınmış siması – Adil Gəray13.12.2025 - 04:39
Tahir İmanov – Azərbaycan komediyasının tanınmış siması13.12.2025 - 04:26
Nərgiz Paşayeva – Elmin və təhsilin ziyalı siması13.12.2025 - 04:13
1909-cu il: "Şeyx Sənan" operasının premyerası13.12.2025 - 04:00
BMU-da Ulu Öndərin anım günü ilə bağlı açıq dərslər keçirilib12.12.2025 - 19:56
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi12.12.2025 - 19:45
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir12.12.2025 - 19:30
Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 19:24
“Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 19:15
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq12.12.2025 - 19:00
Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:54
Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:45
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:30