Təhsil 365 - Logo Mobile

Füzulidə peşə məktəbində PUA və dron təmiri ÖYRƏDİLƏCƏK

8215.04.2025 - 06:20
Füzulidə peşə məktəbində PUA və dron təmiri ÖYRƏDİLƏCƏK

Qarabağda ümumilikdə 8 peşə məktəbinin inşası nəzərdə tutulub ki, onlardan biri də məhz Füzuli peşə məktəbidir.

“Tehsil365” İTV-yə istinadən xəbər verir ki, burada 700-dən çox tələbənin təhsil alması nəzərdə tutulur.

Füzuli peşə məktəbinin inşasına ötən ilin fevral ayında başlanılıb. Hazırda ümumi işlərin 25% yekunlaşıb.

Burada tələbələrin keyfiyyətli təhsili üçün iki korpuslu tədris binası, 3 emalatxana və 100 yerlik yataqxana inşa olunur.

Həmçinin tələbələr üçün stadion, idman zalı, meydança və yaşıllıqlar salınacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, burada nəqliyyat, aviasiya sahələrinə aid, eyni zamanda, PUA və dronların təmiri üzrə texnik ixtisasları da yaradılacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35