Təhsil 365 - Logo Mobile

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

7115.04.2025 - 08:30
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan “Tehsil365”ə bildirilib ki, müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrasından irəli gələn vəzifələr haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Strategiyanın məqsədi ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Həmçinin qeyd edib ki, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaq. Bundan əlavə, strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün akademik və elmi tədqiqatların gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

AMEA rəhbəri bu gün dünyanın süni intellekt mərhələsinə daxil olduğunu, gündəlik həyatımızın bir parçasına çevrildiyini, süni intellektin açdığı geniş imkanlarla yanaşı, risklər də gətirdiyini söyləyib. Vurğulayıb ki, Strategiyada süni intellektlə bağlı gözlənilən risklər və onların neytrallaşdırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması, süni intellekt istiqamətində məsul dövlət qurumlarının müəyyənləşdirilməsi kimi məsələlər əksini tapıb.

Akademik İsa Həbibbəyli hazırda AMEA-da aparılan genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birinin dövlətimizin milli maraqlarını və dünyada gedən qabaqcıl trend və tendensiyaları əsas götürməklə elmi fəaliyyət sahəsində süni intellektin tətbiqinin gücləndirilməsi, süni intellekt texnologiyalarından istifadənin etik prinsipləri barədə tədqiqatların genişləndirilməsi və bu istiqamətdə kadr potensialının hazırlanmasına diqqətin artırılması olduğunu söyləyib. Akademiyada bu istiqamətdə işlərin AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsi və institutlardakı Elektron xidmətlər şöbələri tərəfindən həyata keçirildiyini bildirən akademik İsa Həbibbəyli qısa müddətdə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə AMEA-nın Fəlsəfə və Sosiologiya, Dilçilik, Folklor institutlarında daxili imkanlar hesabına süni intellektlə bağlı şöbələrin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.

Bununla yanaşı, “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”inin əsas hədəflərindən birinin dünya elminin çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal və ağıllı texnologiyaların humanitar və ictimai elm sahələrinə, həmçinin təbiət və texnika elmlərinə transformasiyası, ümumbəşəri dəyərlərin bərqərar edilməsi, qlobal problemlərin həlli istiqamətində tədqiqatların gücləndirilməsi olduğunu deyib.

İclasda AMEA-nın elmi bölmə və mərkəzlərinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının şöbələrinə Sərəncamın icrası ilə bağlı təkliflərini hazırlayaraq təqdim etmələri tapşırılıb.

Həmçinin Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası ilə əlaqədar AMEA-nın Tədbirlər planı müzakirə edilib.

Müzakirə olunan növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə olub. Rəyasət Heyəti tərəfindən Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb. Tədbirlər planında “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal”, “Bəxtiyar Vahabzadənin poeziyasında ana dili sevgisi”, “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması”, “Bəxtiyar Vahabzadə və Türk dünyası”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” və s. mövzularda seminar, konfranslar, dəyirmi masaların təşkili, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş xüsusi buraxılışının nəşri, Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu ilə bağlı mətbuatda elmi-publisistik yazıların dərc olunması, “Bəxtiyar Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyası və s. nəşrlərin çapı əksini tapıb. Rəyasət Heyətinin qərarı ilə Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.

AMEA Rəyasət Heyətinin iclasında Folklor İnstitutunun strukturu təsdiq edilib, AMEA-nın Gəncə Bölməsində daxili imkanlar və mövcud ştat vahidləri hesabına Sənədlərlə iş şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin bazasında isə daxili imkanlar və mövcud ştat vahidləri hesabına Süni intellekt və kompüter dilçiliyi şöbəsi yaradılıb.

Daha sonra iclasda akademik Yusif Məmmədəliyevin 120, akademik Fəraməz Maqsudovun 95, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin isə 80 illik yubileyləri haqqında qərar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər - Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov, professor Nadir Məmmədli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktorları – Hikmət Quliyev, Səbuhi Qəhrəmanov, Mehman Həsənli, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan alimləri Antalyada ortaq türk əlifbasına dair müzakirələrdə iştirak edirlər - FOTO28.04.2025 - 11:34
AzMİU Özbəkistanda keçirilən beynəlxalq sərgidə təmsil olunub - FOTO28.04.2025 - 11:22
Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır – məqalə28.04.2025 - 11:11
Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib - FOTO28.04.2025 - 10:52
MEK akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilən sərgi hazırlayıb - FOTO28.04.2025 - 10:41
AzMİU beynəlxalq təbliğat kampaniyasını genişləndirir - FOTO28.04.2025 - 10:29
Birinci sinfə qəbul başlayır28.04.2025 - 10:19
Mayın 28-dək meteor yağışı müşahidə olunacaq28.04.2025 - 10:09
“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib - FOTO28.04.2025 - 09:54
RFO-nun fizika və kimya fənləri üzrə final turu keçirilib - FOTO28.04.2025 - 09:42
TKTA-da Akkreditasiya komissiyaları ilə görüş keçirilib - FOTO28.04.2025 - 09:31
Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb28.04.2025 - 09:20
Nəsirəddin Tusi haqqında monoqrafiya nəşr edilib28.04.2025 - 09:10
Milli Aviasiya Akademiyasının komandası Afinada beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə yüksəlib - FOTO28.04.2025 - 08:57
İsmayıl bəy Nakamın həyat və yaradıcılığı haqqında monoqrafiya nəşr olunub28.04.2025 - 08:45
“Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” - təlim28.04.2025 - 08:34
S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının şagirdləri BDU-nun Şərqşünaslıq fakültəsində - FOTO28.04.2025 - 08:23
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq28.04.2025 - 08:11
Məktəblilərin öldüyü qəzaya görə saxlanılanların məhkəməsi başlayır28.04.2025 - 07:53
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ28.04.2025 - 07:42
Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun TƏLİMLƏR28.04.2025 - 07:30
Universitetlər üzrə III ixtisas qrupuna keçid balları – SİYAHI28.04.2025 - 07:20
Yeni nəslin tərbiyəsi müzakirə edildi – Bu dəfə Gəncədə28.04.2025 - 07:00
Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub28.04.2025 - 06:50
Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb28.04.2025 - 06:40
Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib - FOTO28.04.2025 - 06:30
Məktəbli bıçaqla 6 nəfəri yaraladı28.04.2025 - 06:20
Abituriyentlərin diqqətinə: Qeydiyyat davam edir28.04.2025 - 06:10
Zərifə Əliyevanın doğum günüdür28.04.2025 - 06:00
Azərbaycanda ZƏLZƏLƏ oldu27.04.2025 - 15:10
Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib27.04.2025 - 13:45
50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb27.04.2025 - 11:30
Bugünkü imtahan nəticələrinin açıqlanacağı TARİX27.04.2025 - 11:00
1 nəfər imtahandan xaric edilib - DİM27.04.2025 - 10:55
Bu gün 9-cu siniflərin imtahan verib - YENİLƏNİB27.04.2025 - 10:50
Tapılan qızlar sığınacağa yerləşdirildi27.04.2025 - 07:14
53 tələbə ZƏHƏRLƏNDİ27.04.2025 - 05:35
6 əsr sonra aşkarlanan maraqlı TAPINTI27.04.2025 - 05:20
Ay hərəkət edirmiş- Alimlərdən şok araşdırma27.04.2025 - 05:10
240 milyon illik "əsl Çin əjdahası" aşkarlandı 27.04.2025 - 05:05
Bu gün 9-cu siniflərin imtahanıdır27.04.2025 - 05:00
Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB26.04.2025 - 17:45
Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı26.04.2025 - 13:45
Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb26.04.2025 - 13:25
Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar26.04.2025 - 12:10
Bir abidənin fəryadını verdik ki... - Elnur Nəciyev yazır26.04.2025 - 11:50
UNEC əməkdaşlıq əlaqələrini gücləndirir26.04.2025 - 10:05
Bu məktəblərdə kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq26.04.2025 - 09:30