Təhsil 365 - Logo Mobile

Baş direktor: Botanika İnstitutunda Meşəçilik şöbəsinin yaradılması nəzərdə tutulur

7915.04.2025 - 14:11
Baş direktor: Botanika İnstitutunda Meşəçilik şöbəsinin yaradılması nəzərdə tutulur

Azərbaycan meşələrinin keçən əsrin 80-ci illərinin sonlarından etibarən müasir elmi üsullarla, botaniki, taksonomik, dendroloji, meşəçilik və s. yanaşmalarla fundamental, sistemli tədqiq olunmaması, meşəçilik sahəsində uzun illərlə formalaşmış elmi məktəblərin, elmi irsin sıradan çıxmaq təhlükəsi qarşısında qalması Botanika İnstitutunda Meşəçilik şöbəsinin fəaliyyətə başlamasını zəruri edir. Nəzərə alaq ki, institutda əvvəllər belə şöbə olub və akademik İbrahim Səfərov kimi görkəmli alimlərimiz Azərbaycan meşələrinin müxtəlif aspektlərdən öyrənilməsində müstəsna rol oynayıblar.

“Tehsil365” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru professor Səyyarə İbadullayeva söyləyib. Baş direktor Botanika İnstitutunda yaradılması nəzərdə tutulan Meşəçilik şöbəsinin fəaliyyətinin əsas məqsədləri sırasında aşağıdakıları qeyd edib:

- Qlobal iqlim dəyişmələrinin və antropogen amillərin meşə ekosistemlərinə təsirini öyrənmək;

- Texnogen çirklənmə şəraitində davamlı növlərin adaptasiya qanunauyğunluqlarını təhlil etmək;

- İşğaldan azad olunmuş ərazilərdəki meşələrin müasir vəziyyətini tədqiq edərək bərpa fəaliyyətinə başlamaq;

- Azərbaycanın meşə örtüyündə yayılan yabanı meyvələrin məhsuldarlığının tədqiqi və istifadəsini öyrənmək;

- Azərbaycan dendroflorasının endemik, relikt və nadir fərdlərinin sayı azalmaqda olan növlərin müasir vəziyyətini analiz etmək, statusunu müəyyənləşdirmək, mühafizə tədbirlərini hazırlamaq;

- Son zamanlar dağətəyi meşə qurşaqlarında müşahidə edilən aridləşmə, orta qurşaqlarda qiymətli cinslərin seyrəkləşməsi, az qiymətli cinslərlə əvəz edilməsi, yuxarı qurşaqlarda sərhədin aşağı enməsi, bu səbəbdən digər bitki formasiyalarında, biogeosenozlarda baş verən suksessiya dəyişmələrinin səbəblərini, biotik və abiotik antropogen amillərin rolunu təhlil etmək, çıxış yollarını araşdırmaq.

“Botanika İnstitutunda yaradılması nəzərdə tutulan Meşəçilik şöbəsində fəaliyyət göstərəcək təcrübəli alimlərimiz vardır. Şöbə və laboratoriyaların fəaliyyət istiqamətləri yenidən dəyərləndiriləcək, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün təkliflər hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim ediləcək”, - deyə professor Səyyarə İbadullayeva bildirib.

Aydan Ələkbərova

Xəbər Lenti

İlham Əliyevlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2025 - 06:50
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib09.05.2025 - 06:40
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir09.05.2025 - 06:30
İlham Əliyevdən 9 May PAYLAŞIMI09.05.2025 - 06:20
295 nömrəli məktəbdə Ulu Öndər anıldı - FOTO09.05.2025 - 06:10
Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib - FOTO09.05.2025 - 05:59
Heydər Əliyev və Azərbaycan təbiəti - seminar08.05.2025 - 17:10
BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb - FOTO08.05.2025 - 16:50
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli - FOTO08.05.2025 - 16:30
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib - FOTO08.05.2025 - 16:20
Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO08.05.2025 - 16:10
BDU-da ali təhsildə keyfiyyət təminatı üzrə təlim proqramı uğurla tamamlanıb - FOTO08.05.2025 - 16:00
UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO08.05.2025 - 15:40
“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” – mühazirə08.05.2025 - 15:30
Kollecdə tədbir: Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır - FOTO08.05.2025 - 15:20
Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib - FOTO08.05.2025 - 15:10
Əbədiliyə doğru 102 addım - FOTO08.05.2025 - 15:00
BDU-nun Geologiya fakültəsinin tələbələri “Azerbaijan International Mining Company”də istehsalat təcrübəsində - FOTO08.05.2025 - 14:50
Tələbələrə “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirə oxunub - FOTO08.05.2025 - 14:40
Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır08.05.2025 - 14:30
AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir - FOTO08.05.2025 - 14:20
BDU-da tədbir: İsrailin mədəni irsi - FOTO08.05.2025 - 14:10
Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi08.05.2025 - 13:59
Müasir Azərbaycanın memarı – elmi sessiya08.05.2025 - 13:47
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib - FOTO08.05.2025 - 13:35
Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO08.05.2025 - 13:23
MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb - FOTO08.05.2025 - 13:11
AMEA-da Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti ilə görüş keçirilib08.05.2025 - 13:00
Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTO08.05.2025 - 12:50
Özbəkistanlı alim BDU tələbələrinə mühazirə oxuyub - FOTO08.05.2025 - 12:40
MEK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş sərgi keçirilir08.05.2025 - 12:30
Arxeoloqlar Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünü qeyd ediblər08.05.2025 - 12:20
Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu - elmi konfrans08.05.2025 - 12:10
“Üzvi sintezdən praktikum” dərs vəsaiti çap olunub08.05.2025 - 11:57
Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar - FOTO08.05.2025 - 11:34
Özbəkistanın poeziya nəğməsi Azərbaycanda - “Aşiqlərə salam deyin”08.05.2025 - 11:21
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub - FOTO08.05.2025 - 11:11
ADPU ilə Qazi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO08.05.2025 - 11:00
Paytaxt məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər08.05.2025 - 10:50
BMU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO08.05.2025 - 10:40
ADNSU-da Memorial otağın açılışı olub 08.05.2025 - 10:30
LDU-da Beynəlxalq elmi-praktiki konfrans keçirilib - FOTO08.05.2025 - 10:20
Bu universitet 2025/2026-cı tədris ili üçün magistraturaya qəbul elan edir08.05.2025 - 10:10
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib08.05.2025 - 10:00
“Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi” başlayıb08.05.2025 - 09:50
I sinfə qəbul: 100 minə yaxın uşağın prosesi tamamlanıb08.05.2025 - 09:40
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib08.05.2025 - 09:30
QƏLƏBƏ GÜNÜ - 8008.05.2025 - 09:20