Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2025-ci il tarixli 30 yanvar qərarı ilə Türkiyədə “Qazax qəhrəmanlıq dastanlarındakı gözəlləşdirmələrin rolu” kitabı nəşr edilib. Kitabın müəllifləri Bakyt Manatqızı Aitbayeva və Sevil Piriyeva Karamandır.
Bu barədə “Tehsil365”ə institutdan bildirilib. Kitabın elmi redaktoru Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd və araşdırmaçı-tarixçi Ali Akdır. Kitabın rəyçiləri və “Ön söz” müəllifləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ağahüseyn Şükürov, Aygün Bağırlı, Karağanda Universitetinin əməkdaşları professorlar Berik Serikbayulı və Muhammedkali İliyasulı Abdulovdur.