Təhsil 365 - Logo Mobile

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib - FOTO

6015.04.2025 - 14:58
ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib - FOTO

Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq qonaqları salamlayıb və konfransın məqsədindən danışıb. Rektor bildirib ki, son zamanlar ölkəmizdə süni intellekt (Aİ) texnologiyalarına xüsusi diqqət ayrılır. Cənab Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib. Bu strategiya qarşımızda mühüm vəzifələr qoyur.

Süni intellektin getdikcə yaradıcılıq prosesinə də böyük təsir göstərdiyini deyən C.Mahmudova bildirib ki, ADMİU 2023-cü ildən başlayaraq Aİ və incəsənət mövzusu ilə bilavasitə maraqlanmağa başlayıb: “Elm və incəsənətin kəsişməsində, Aİ-nin yaradıcı prosesə olan təsirinin gələcəkdə hansı perspektivlər yaradacağı, yeni paradiqmaların meydana gəlməsi, zənnimcə, olduqca vacib məsələlərdəndir.

Aİ artıq incəsənət aləminə xeyli təsir göstərir. Aİ bizə yeni özünü ifadə imkanları verir. Bu yaradıcılıq potensiyalını artırmaqla yanaşı, yeni forma və məzmun axtarışlarına da təkan verir. Şübhəsiz olan da budur ki, Aİ-nin incəsənətə təsiri böyük, maraqlı və daim tədqiqata ehtiyacı olan bir problemdir. Bu problemin həllində biz hamımız- müxtəlif sahələrin alimləri birgə çalışmalıyıq”.

Konfransa təkcə Azərbaycandan deyil, müxtəlif ölkələrdən də alimlərin maraqlı məqalə və məruzələri ilə qatıldığını vurğulayan rektor deyib ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu konfransın əsas məqsədi, mədəniyyət, incəsənət sahəsində, onun ayrı-ayrı istiqamətlərində süni intellekt texnologiyalarının müxtəlif imkanlarından istifadə olunmasını geniş müzakirə etməkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, süni intellekt hər an, hər saniyə cəmiyyətimizin müxtəlif sahələrinə öz təsirini göstərir və öz imkanlarını hər keçən gün bir az da genişləndirir: “Cəmiyyətimizin, insan həyatının elə bir sahəsi yoxdur ki, orada süni intellektin əlamətləri özünü göstərməsin. Bu, dövrümüzün yeni çağırışıdır. Bu istiqamətdə tədbirlər həyata keçirmək hər bir ölkənin və qurumun borcudur. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev son bir ayda bu istiqamətdə iki mühüm sərəncam imzalayıb. Bu sahəyə ölkə başçısı səviyyəsində diqqət ayrılması Azərbaycanın süni intellektə və onun gələcək inkişafına verdiyi önəmin bariz sübutudur”.

Akademik eyni zamanda AMEA-nın süni intellekt texnologiyalarının tətbiqi sahəsində gördüyü işlərdən danışıb və bu sahədə beynəlxalq təcrübəyə böyük önəm verildiyini vurğulayıb.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda çıxışı zamanı bildirib ki, süni intellekt texnologiyaları həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. İstər rəqəmsal dövlət texnologiyalarında, istər texnoloji proseslərdə geniş istifadə olunur: “Amma ən çətin məsələlərdən biri süni intellekt texnologiyalarının mədəniyyətdə və incəsənətdə tətbiq olunması idi. Kompüter texnologiyalarının incəsənətdə tətbiq edilməsi o qədər də asan məsələ deyildi. Digər sahələrdə riyazi modelləşdirmə, onların əsasında müəyyən sistemlərin qurulması bir qədər asan idi. Mədəniyyət və incəsənət sahələri yaradıcılıq prosesi olduğu üçün, ümumiyyətlə, bu texnologiyanın tətbiqi heç də asan məsələ deyil. Amma son vaxtlar dünya səviyyəsində görürük ki, süni intellekt texnologiyaları, müxtəlif sənət əsərlərinin yaradılmasının müəllifi olur. Bəzən bunun yaxşı tərəfi də olur, pis tərəfi də”.

Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxışında Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. Müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışan rektor bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Daha sonra süni intellekt vasitəsi ilə generasiya edilmiş videoçarx nümayiş etdirilib.

Konfransın plenar iclasında Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Şimali Kiprdən və Azərbaycandan konfransa qatılan alim və tədqiqatçıların məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. “Süni intellekt alətlərinin praktikada tətbiqi nümunələri”, “Süni intellektli gələcəyə baxış” və “Süni intellekt alətlərindən istifadənin sosial-humanitar aspektləri” mövzularına həsr olunmuş bölmələrdə Azərbaycanın müxtəlif universitetlərindən, eləcə də digər ölkələrdən həm əyani, həm də onlayn şəkildə konfransa qatılmış 70-ə yaxın tədqiqatçı süni intellekt texnologiyalarının cəmiyyətimizin ən müxtəlif sahələrinə tətbiqinə dair məruzələri ilə çıxış ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanın tanınmış həkimi Araz Budaqovun doğum günüdür07.12.2025 - 04:26
Azərbaycan musiqisinin tanınmış siması – Həsənağa Sadıqovun xatirəsi anılır07.12.2025 - 04:13
Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri07.12.2025 - 04:00
Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub06.12.2025 - 17:48
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb06.12.2025 - 17:33
Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı çərçivəsində Tbilisi məktəbində STEAM mərkəzi açılacaq06.12.2025 - 17:18
BDU-nun dosenti Eldar Kərimov vəfat edib06.12.2025 - 17:03
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşası səhnələşdiriləcək06.12.2025 - 16:47
Texnologiyaların Transferi Mərkəzi nəzdində İnşaat bölməsi yaradılıb06.12.2025 - 16:32
Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi fəlsəfə doktoru oldu06.12.2025 - 16:17
Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub06.12.2025 - 15:00
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub06.12.2025 - 14:00
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32
Baş ağrısını dərmansız dayandıran qidalar – Mütəxəssislər tövsiyə edir06.12.2025 - 12:16
Məktəblilər üçün “Qayıdışa Hazır Olaq” layihəsinə start verilib06.12.2025 - 12:00
Sabahın hava proqnozu açıqlanıb06.12.2025 - 11:40
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb06.12.2025 - 11:25
Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır06.12.2025 - 11:10
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər06.12.2025 - 10:50
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur06.12.2025 - 10:35
"Məktəblilərin sosial sahibkarlığının inkişafı" layihəsinə start verilib06.12.2025 - 10:20