Təhsil 365 - Logo Mobile

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib - FOTO

5215.04.2025 - 14:58
ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib - FOTO

Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq qonaqları salamlayıb və konfransın məqsədindən danışıb. Rektor bildirib ki, son zamanlar ölkəmizdə süni intellekt (Aİ) texnologiyalarına xüsusi diqqət ayrılır. Cənab Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib. Bu strategiya qarşımızda mühüm vəzifələr qoyur.

Süni intellektin getdikcə yaradıcılıq prosesinə də böyük təsir göstərdiyini deyən C.Mahmudova bildirib ki, ADMİU 2023-cü ildən başlayaraq Aİ və incəsənət mövzusu ilə bilavasitə maraqlanmağa başlayıb: “Elm və incəsənətin kəsişməsində, Aİ-nin yaradıcı prosesə olan təsirinin gələcəkdə hansı perspektivlər yaradacağı, yeni paradiqmaların meydana gəlməsi, zənnimcə, olduqca vacib məsələlərdəndir.

Aİ artıq incəsənət aləminə xeyli təsir göstərir. Aİ bizə yeni özünü ifadə imkanları verir. Bu yaradıcılıq potensiyalını artırmaqla yanaşı, yeni forma və məzmun axtarışlarına da təkan verir. Şübhəsiz olan da budur ki, Aİ-nin incəsənətə təsiri böyük, maraqlı və daim tədqiqata ehtiyacı olan bir problemdir. Bu problemin həllində biz hamımız- müxtəlif sahələrin alimləri birgə çalışmalıyıq”.

Konfransa təkcə Azərbaycandan deyil, müxtəlif ölkələrdən də alimlərin maraqlı məqalə və məruzələri ilə qatıldığını vurğulayan rektor deyib ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu konfransın əsas məqsədi, mədəniyyət, incəsənət sahəsində, onun ayrı-ayrı istiqamətlərində süni intellekt texnologiyalarının müxtəlif imkanlarından istifadə olunmasını geniş müzakirə etməkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, süni intellekt hər an, hər saniyə cəmiyyətimizin müxtəlif sahələrinə öz təsirini göstərir və öz imkanlarını hər keçən gün bir az da genişləndirir: “Cəmiyyətimizin, insan həyatının elə bir sahəsi yoxdur ki, orada süni intellektin əlamətləri özünü göstərməsin. Bu, dövrümüzün yeni çağırışıdır. Bu istiqamətdə tədbirlər həyata keçirmək hər bir ölkənin və qurumun borcudur. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev son bir ayda bu istiqamətdə iki mühüm sərəncam imzalayıb. Bu sahəyə ölkə başçısı səviyyəsində diqqət ayrılması Azərbaycanın süni intellektə və onun gələcək inkişafına verdiyi önəmin bariz sübutudur”.

Akademik eyni zamanda AMEA-nın süni intellekt texnologiyalarının tətbiqi sahəsində gördüyü işlərdən danışıb və bu sahədə beynəlxalq təcrübəyə böyük önəm verildiyini vurğulayıb.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda çıxışı zamanı bildirib ki, süni intellekt texnologiyaları həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. İstər rəqəmsal dövlət texnologiyalarında, istər texnoloji proseslərdə geniş istifadə olunur: “Amma ən çətin məsələlərdən biri süni intellekt texnologiyalarının mədəniyyətdə və incəsənətdə tətbiq olunması idi. Kompüter texnologiyalarının incəsənətdə tətbiq edilməsi o qədər də asan məsələ deyildi. Digər sahələrdə riyazi modelləşdirmə, onların əsasında müəyyən sistemlərin qurulması bir qədər asan idi. Mədəniyyət və incəsənət sahələri yaradıcılıq prosesi olduğu üçün, ümumiyyətlə, bu texnologiyanın tətbiqi heç də asan məsələ deyil. Amma son vaxtlar dünya səviyyəsində görürük ki, süni intellekt texnologiyaları, müxtəlif sənət əsərlərinin yaradılmasının müəllifi olur. Bəzən bunun yaxşı tərəfi də olur, pis tərəfi də”.

Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxışında Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. Müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışan rektor bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Daha sonra süni intellekt vasitəsi ilə generasiya edilmiş videoçarx nümayiş etdirilib.

Konfransın plenar iclasında Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Şimali Kiprdən və Azərbaycandan konfransa qatılan alim və tədqiqatçıların məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. “Süni intellekt alətlərinin praktikada tətbiqi nümunələri”, “Süni intellektli gələcəyə baxış” və “Süni intellekt alətlərindən istifadənin sosial-humanitar aspektləri” mövzularına həsr olunmuş bölmələrdə Azərbaycanın müxtəlif universitetlərindən, eləcə də digər ölkələrdən həm əyani, həm də onlayn şəkildə konfransa qatılmış 70-ə yaxın tədqiqatçı süni intellekt texnologiyalarının cəmiyyətimizin ən müxtəlif sahələrinə tətbiqinə dair məruzələri ilə çıxış ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan alimləri Antalyada ortaq türk əlifbasına dair müzakirələrdə iştirak edirlər - FOTO28.04.2025 - 11:34
AzMİU Özbəkistanda keçirilən beynəlxalq sərgidə təmsil olunub - FOTO28.04.2025 - 11:22
Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır – məqalə28.04.2025 - 11:11
Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib - FOTO28.04.2025 - 10:52
MEK akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilən sərgi hazırlayıb - FOTO28.04.2025 - 10:41
AzMİU beynəlxalq təbliğat kampaniyasını genişləndirir - FOTO28.04.2025 - 10:29
Birinci sinfə qəbul başlayır28.04.2025 - 10:19
Mayın 28-dək meteor yağışı müşahidə olunacaq28.04.2025 - 10:09
“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib - FOTO28.04.2025 - 09:54
RFO-nun fizika və kimya fənləri üzrə final turu keçirilib - FOTO28.04.2025 - 09:42
TKTA-da Akkreditasiya komissiyaları ilə görüş keçirilib - FOTO28.04.2025 - 09:31
Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb28.04.2025 - 09:20
Nəsirəddin Tusi haqqında monoqrafiya nəşr edilib28.04.2025 - 09:10
Milli Aviasiya Akademiyasının komandası Afinada beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə yüksəlib - FOTO28.04.2025 - 08:57
İsmayıl bəy Nakamın həyat və yaradıcılığı haqqında monoqrafiya nəşr olunub28.04.2025 - 08:45
“Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” - təlim28.04.2025 - 08:34
S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının şagirdləri BDU-nun Şərqşünaslıq fakültəsində - FOTO28.04.2025 - 08:23
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq28.04.2025 - 08:11
Məktəblilərin öldüyü qəzaya görə saxlanılanların məhkəməsi başlayır28.04.2025 - 07:53
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ28.04.2025 - 07:42
Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun TƏLİMLƏR28.04.2025 - 07:30
Universitetlər üzrə III ixtisas qrupuna keçid balları – SİYAHI28.04.2025 - 07:20
Yeni nəslin tərbiyəsi müzakirə edildi – Bu dəfə Gəncədə28.04.2025 - 07:00
Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub28.04.2025 - 06:50
Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb28.04.2025 - 06:40
Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib - FOTO28.04.2025 - 06:30
Məktəbli bıçaqla 6 nəfəri yaraladı28.04.2025 - 06:20
Abituriyentlərin diqqətinə: Qeydiyyat davam edir28.04.2025 - 06:10
Zərifə Əliyevanın doğum günüdür28.04.2025 - 06:00
Azərbaycanda ZƏLZƏLƏ oldu27.04.2025 - 15:10
Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib27.04.2025 - 13:45
50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb27.04.2025 - 11:30
Bugünkü imtahan nəticələrinin açıqlanacağı TARİX27.04.2025 - 11:00
1 nəfər imtahandan xaric edilib - DİM27.04.2025 - 10:55
Bu gün 9-cu siniflərin imtahan verib - YENİLƏNİB27.04.2025 - 10:50
Tapılan qızlar sığınacağa yerləşdirildi27.04.2025 - 07:14
53 tələbə ZƏHƏRLƏNDİ27.04.2025 - 05:35
6 əsr sonra aşkarlanan maraqlı TAPINTI27.04.2025 - 05:20
Ay hərəkət edirmiş- Alimlərdən şok araşdırma27.04.2025 - 05:10
240 milyon illik "əsl Çin əjdahası" aşkarlandı 27.04.2025 - 05:05
Bu gün 9-cu siniflərin imtahanıdır27.04.2025 - 05:00
Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB26.04.2025 - 17:45
Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı26.04.2025 - 13:45
Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb26.04.2025 - 13:25
Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar26.04.2025 - 12:10
Bir abidənin fəryadını verdik ki... - Elnur Nəciyev yazır26.04.2025 - 11:50
UNEC əməkdaşlıq əlaqələrini gücləndirir26.04.2025 - 10:05
Bu məktəblərdə kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq26.04.2025 - 09:30