ABŞ-nin Şmidt Okean İnstitutunun (SOI) rəhbərliyi altında beynəlxalq alimlər qrupu tarixdə ilk dəfə olaraq canlı nəhəng kalmarı (Mesonychoteuthis hamiltoni) təbii yaşayış mühitində görüntüləməyi bacarıb.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumat SOI-nin rəsmi saytında dərc olunub.
Unikal görüntülər 2025-ci il martın 9-da, uzaqdan idarə olunan "SuBastian" adlı aparat vasitəsilə Antarktika sularında, təxminən 600 metr dərinlikdə qeydə alınıb.