Təhsil 365 - Logo Mobile

İlk Azərbaycan operettasının müəllifi - Zülfüqar Hacıbəyli

5517.04.2025 - 06:20
İlk Azərbaycan operettasının müəllifi - Zülfüqar Hacıbəyli

Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

“Tehsil365” xəbər verir ki, anadan olmasının 141-ci ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.

Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.

O dövrdə - yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.

Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.

O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb.

XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

Zülfüqar Hacıbəyov 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.

Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar...

Çox keçmir ki, İkinci Dünya savaşı başlayır. Müharibə acı ruzigarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi... Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.

Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişsə də, adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qalacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

NDU-da “Ulu Öndərin xatirə həftəsi”nə start verilib - FOTO06.05.2025 - 18:38
Ağdaşda tələbə faciəli şəkildə öldü06.05.2025 - 16:25
AzMİU məktəblilərlə növbəti maarifləndirici görüş keçirib06.05.2025 - 15:54
Balakəndə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda konfrans keçirilib - FOTO06.05.2025 - 15:40
Avtomobil tələbəni vuraraq öldürüb06.05.2025 - 15:30
Bu şəxslərin sertifikatlarının verilməsinə başlanılıb06.05.2025 - 15:20
Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub06.05.2025 - 15:10
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib06.05.2025 - 14:59
ADPU rektoru Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşüb - FOTO06.05.2025 - 14:47
Peşə məktəblərində təhsil alan tələbələr üçün kommunikasiya üzrə təlimlər təşkil olunub - FOTO06.05.2025 - 14:35
BDU və Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında anlaşma memorandumu imzalanıb - FOTO06.05.2025 - 14:22
ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII beynəlxalq konfrans keçirilib - FOTO06.05.2025 - 14:10
Qərbi Azərbaycana qayıdış – tarixi ədalətin bərpası yolunda addım06.05.2025 - 13:56
Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO06.05.2025 - 13:44
İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları verəcək abituriyentlərin nəzərinə06.05.2025 - 13:32
ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub - FOTO06.05.2025 - 13:20
İdman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri 06.05.2025 - 13:10
Vaşinqton Universitetini ələ keçirən 25-dən çox Fələstin tərəfdarı həbs edilib06.05.2025 - 12:54
Azərbaycanla Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb06.05.2025 - 12:43
Kosta-rikalı tələbə: BMU-da laboratoriya dərsləri öyrənməni daha maraqlı edir06.05.2025 - 12:32
Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesabalama struktur biologiyası qrupunun rəhbəri BDU-da mühazirə deyib - FOTO06.05.2025 - 12:21
Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub06.05.2025 - 12:10
Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib - FOTO06.05.2025 - 11:59
Məktəblilərin idman festivalı keçirilib - FOTO06.05.2025 - 11:47
AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub06.05.2025 - 11:36
Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub - FOTO06.05.2025 - 11:25
Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur06.05.2025 - 11:13
ADNSU-da tələbələrin təşəbbüsü ilə “Cyber Club” açılıb - FOTO06.05.2025 - 11:01
Azİİ e-Kitab Evində kitab sərgisi keçirilir - FOTO06.05.2025 - 10:49
İsmayıllı Dağlıq Şirvanın ən fərqlənən rayonu oldu – 9 medal 06.05.2025 - 10:37
Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb06.05.2025 - 10:25
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir06.05.2025 - 10:12
AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb06.05.2025 - 09:55
Növbəti beynəlxalq arxeoloji konfransın Qarabağda keçirilməsi planlaşdırılır - FOTO06.05.2025 - 09:42
Peşə təhsilli tələbələr üçün kommunikasiya təlimləri keçirilib06.05.2025 - 09:31
Müəllimlərin vakansiya seçimi yekunlaşıb06.05.2025 - 09:20
Bakı Musiqi Akademiyası və Naxçıvan Dövlət Universiteti arasında onlayn konsert olub - FOTO06.05.2025 - 09:10
Azərbaycan Aşıqlar Birliyində yeni layihənin icrasına hazırlıq işləri görülür06.05.2025 - 09:00
Mədəniyyət naziri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək06.05.2025 - 08:50
BDU-da “Ali təhsildə keyfiyyət təminatı sistemi” mövzusunda təlimlərə başlanılıb - FOTO06.05.2025 - 08:40
Elmi şurada UNEC-in elmi nailiyyətləri və rəqəmsallaşmaya keçidlə bağlı hesabat açıqlanıb - FOTO06.05.2025 - 08:30
Dövlət Komitəsində Azərbaycan ədəbi dilinin düzgün tətbiqinə dair görüş keçirilib - FOTO06.05.2025 - 08:20
Kənd məktəbinin 5 şagirdi RFO-da medal qazanıb06.05.2025 - 08:10
Beyninə virus düşən məktəbli vəfat edib - Fotolar06.05.2025 - 07:57
Həftəsonu 7282 nəfər imtahan verəcək - DİM06.05.2025 - 07:46
Millət vəkili məktəblilərlə görüşəcək06.05.2025 - 07:34
I siniflərin müsahibəyə yazılma prosesi aktivləşib06.05.2025 - 07:23
Elmi Şurada UNEC-in elmi nailiyyətləri ilə bağlı hesabat açıqlanıb - FOTO06.05.2025 - 07:11