Təhsil 365 - Logo Mobile

Mediator şagirdlər üçün 6 günlük məktəb mediasiyası təlimi yekunlaşdı

7217.04.2025 - 09:37
Mediator şagirdlər üçün 6 günlük məktəb mediasiyası təlimi yekunlaşdı

Məktəb mediasiyasının tətbiqi ilə bağlı şagirdlər üçün keçirilən 6 günlük onlayn təlim yekunlaşıb. Təlimlər “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində reallaşdırılıb.

“Tehsil365” xəbər verir ki, təlimlərdən öncə 15 pilot məktəbin hər birində layihəyə cəlb olunan VI-IX siniflərdə mediator seçkiləri keçirilib. Şagirdlər oxuduqları siniflərdə yaşanan münaqişələri həll etmək üçün etibar etdikləri şagirdləri seçiblər. Seçkilərin nəticəsi olaraq 15 pilot məktəbdən 118 nəfər şagird müəyyənləşib. Daha sonra həmin şagirdlərin valideynlərindən övladlarının könüllü mediator fəaliyyəti üçün razılıq alınıb. Sonda 101 şagird onlayn təlimlərə cəlb olunub.  

Təlimə cəlb olunan şagirdlər təhsil alması zamana uyğun iki qrupa bölünüblər. Günün birinci yarısı təhsil alan şagirdlər günün ikinci yarısı, günün ikinci yarısı təhsil alan şagirdlər isə günün birinci yarısı onlayn formada təlimə cəlb olunublar.  

Onlayn təlimlər 10, 11, 12, və 14, 15, 16 aprel tarixlərində “Zoom” proqramı üzərindən keçirilib. 

Təlimin ilk 3 günü Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, psixoloq Şəfiqə Rzayeva tərəfindən aparılıb. Şagirdlərə məktəb psixoloqları münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarıqları ilə bağlı məlumatlandırılıblar.

Növbəti 3 gündə təlimlər layihə çərçivəsində əməkdaşlıq edilən Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev, mediatorlar - Şakir Səfərbəyov, Aynur Hüseyn, Almaz Ağamuradova, Narvin Mahmudova və Nəsimi Mirzəyev tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara məktəbli münaqişələri, münaqişənin mərhələləri, məktəbli mediasiyası, mediasiyanın əsas prinsipləri, münaqişələrin çözülməsi üçün tələb olunan bacarıqlar, neytral yanaşma sərgiləmə, münaqişə tərəflərinə ünvanlanacaq sualların seçilməsi, onlar üçün ortaq nöqtələrin tapılması ilə bağlı məlumat veriblər. 

Sonda şagirdlər rol oyunları vasitəsi ilə 6 gündə öyrəndikləri nəzəri bilikləri təcrübədə necə bacarığa çevirdiklərini nümayiş etdiriblər. 

Növbəti mərhələdə təlimlərdə fəal iştirak edən 84 nəfər şagird məktəb mediatoru kimi fəaliyyətə başlayacaqlar. 

Qeyd edək ki, layihənin icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 113, 156 və 244 nömrəli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  Xırdalan şəhəri 6, 11 nömrəli, Sumqayıt şəhəri 3 nömrəli, 7 nömrəli  və 14 nömrəli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  Kəlbəcər rayon 117 nömrəli, Laçın rayonu 1 nömrəli, 45 nömrəli, Qubadlı rayonu 1 nömrəli və Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbi və Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  Füzuli rayonu 47 nömrəli, Ağdam rayonu 32 nömrəli tam orta məktəbi əhatə edir. 


Aydan Ələkbərova

Xəbər Lenti

İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji yay məktəbinə evsahibliyi edəcək02.06.2025 - 09:20
Nazir: Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq02.06.2025 - 09:10
Qəbul imtahanının test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb02.06.2025 - 09:00
Şəkidə müəllim və şagirdlərlə görüş keçirilib - FOTO02.06.2025 - 08:50
Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilib02.06.2025 - 08:40
“BankTech” Hakatonu keçirilib - FOTO02.06.2025 - 08:30
Emin Əmrullayev: Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır02.06.2025 - 08:20
Qarabağ Universitetinin daha da inkişaf etməsi əsas hədəflərimizdəndir – Şahin Bayramov02.06.2025 - 08:10
Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu öz işinə başlayıb - FOTO02.06.2025 - 08:00
“Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçiriləcək - FOTO02.06.2025 - 07:50
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib - FOTO02.06.2025 - 07:40
Bu gün maqnit qasırğası müşahidə olunur02.06.2025 - 07:30
BDU “Round University Ranking” reytinqində 137 pillə irəliləyib02.06.2025 - 07:20
BSU “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” Forumunda iştirak edib - FOTOLAR02.06.2025 - 07:12
Azərbaycan dili imtahanında iştirak üçün qeydiyyat davam edir02.06.2025 - 07:10
32 yaşlı müəllim vəfat etdi 02.06.2025 - 07:00
Lütfi Zadə olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin finalı keçirilib02.06.2025 - 06:50
Azərbaycanda zəlzələ oldu02.06.2025 - 06:40
16 yaşlı oğlan kanalda boğularaq ölüb02.06.2025 - 06:30
Ğ“Ali təhsil müəssisələrində mühafizə sistemi güclü şəkildə möhkəmləndirilməlidir” 02.06.2025 - 06:20
Alimlər autizmdə ünsiyyət problemlərinin səbəbini tapıblar02.06.2025 - 06:10
Bu gün hava necə olacaq? - PROQNOZ02.06.2025 - 05:59
Azərbaycanda Ali Təhsilin Rolu və Əhəmiyyəti: Mövcud Vəziyyət və Perspektivlər01.06.2025 - 18:40
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib01.06.2025 - 17:10
Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq01.06.2025 - 16:50
Qarabağ Universitetində kampus inşası planlaşdırılır – Emin Əmrullayev 01.06.2025 - 16:21
“Xaricə göndərilən gənclərin qayıtması nəticəsində mühüm elmi uğurların şahidi olacağıq - Nazir01.06.2025 - 16:11
BANM dosenti Qazax-Ağstafa bölgəsindəki elmi-praktiki seminarda əsas məruzəçi qismində çıxış edib - FOTO01.06.2025 - 15:49
Qarabağ Universitetində “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” adlı konfrans keçirilib01.06.2025 - 15:35
AMEA-da Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimatı olub - FOTO01.06.2025 - 15:07
Bakıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO+VİDEO01.06.2025 - 14:06