Təhsil 365 - Logo Mobile

Martın 9-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb: 20 nəfər 300 bal toplayıb

7917.04.2025 - 11:10
Martın 9-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb: 20 nəfər 300 bal toplayıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən “Tehsil365”ə bildirilib ki, imtahan vermiş 11-ci sinif şagirdləri linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

Bu imtahanda iştirakı nəzərdə tutulan 58732 nəfərdən 407 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Aynur Qəzənfərqızı Türk Birlikləri Təşkilatı Federasiyasının idarə heyətinə üzv seçilib30.06.2025 - 12:10
20 yaşlı gənc 8-ci mərtəbədən yıxılaraq həyatını itirib30.06.2025 - 12:00
Bu il ATMU-nun bakalavriat və magistratura pillələrini 605 nəfər bitirib - FOTO 30.06.2025 - 11:50
İnformasiya Texnologiyaları İnstitutu və GEANT arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub - FOTO 30.06.2025 - 11:40
BDU-nun prorektoru Macarıstanda Türk Dövlətləri üzrə Akademik Konfransda iştirak edib - FOTO 30.06.2025 - 11:30
AzMİU tələbələrinin uğuru: Dünya Robot Çempionatının Azərbaycan finalı30.06.2025 - 11:20
İkinci iş yeri üzrə müəllimlərin qeydiyyatı başladı30.06.2025 - 11:10
Xaricdə natamam ali təhsil alanların diqqətinə – Qismən tanınma prosesinin vaxtı uzadılıb30.06.2025 - 11:00
Aynur Qəzənfərqızı dosent elmi adı ilə təltif edilib30.06.2025 - 10:50
Adil Kərimli Lerikdə vətəndaş qəbulu keçirəcək30.06.2025 - 10:40
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzaladı30.06.2025 - 10:30
Sabahdan məktəbli formaları daha ucuz qiymətlərlə satışda olacaq30.06.2025 - 10:20
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə əldə ediblər30.06.2025 - 10:10
AzMİU müəlliminin araşdırması tikinti sektorunda innovasiyaların inkişafına təkan verə bilər30.06.2025 - 10:00
30 İyun – Sevgiyə və Sədaqətə Həsr Olunan Gün30.06.2025 - 09:50
İyulun əvvəlində hava dəyişkən və əsasən yağmursuz olacaq30.06.2025 - 09:40
Dietoloqdan dondurma açıqlaması30.06.2025 - 09:30
Sosial Xidmət Mərkəzləri: Həssas Qruplara Dəstək Genişlənir30.06.2025 - 09:20
Sosial Qayğıdan Uğura: 13 Məzun Yeni Həyata Addım Atdı30.06.2025 - 09:10
İlin sonuna qədər 5 sosial xidmət mərkəzinin açılması nəzərdə tutulur 30.06.2025 - 09:00
Məktəblərdə 1 752 risk qrupuna daxil olan uşaq aşkarlanıb30.06.2025 - 08:50
Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir30.06.2025 - 08:40
Bir qrup xeyriyyəçi iş xanımı BANM-in 9 tələbəsinin təhsil haqqını ödəyib -FOTO 30.06.2025 - 08:30
Bakı Ali Neft Məktəbində data analitikası adlı yeni ixtisası açılır30.06.2025 - 08:20
BDU-nun komandası “Nə? Harada? Nə zaman? intellektual oyunun qalibi olub -FOTO 30.06.2025 - 08:10
Süni intellekt həyatımızı necə dəyişir?30.06.2025 - 08:00
DİM Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirib30.06.2025 - 07:50
Bu il 72 peşə təhsil müəssisəsinin 17 566 tələbəsi məzun olub 30.06.2025 - 07:40
Bu gün Cəlal Əliyevin doğum günüdür 30.06.2025 - 07:30
Azərbaycanlı gənclər WRC Azerbaijan Çempionatında qalib gəldi -Foto 30.06.2025 - 07:20
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin diqqətinə 30.06.2025 - 07:10
Bu gün hava necə olacaq?30.06.2025 - 06:30
Peşə mərkəzinin tələbələri WRC Azerbaijan Çempionatında böyük uğura qazanıblar -FOTO 30.06.2025 - 06:20
FHN tərəfindən təşkil olunan yarışların qaliblərinin mükafatlandırma mərasimi olub-FOTO 30.06.2025 - 06:10
30 iyun tarixində "Şəhidin səsi" proqramında Vətən müharibəsi şəhidi Aslan Rzayev yad ediləcək29.06.2025 - 10:20
Milli Kitabxanada professor Pənah Xəlilovun 100 illiyinə həsr olunmuş sərgi açıldı29.06.2025 - 10:10
Rezidentura imtahanında qayda pozuntusu: Bir nəfər mobil telefonla yaxalanaraq imtahandan xaric edildi29.06.2025 - 10:00
Rezidentura imtahanının ikinci cəhdi keçirildi – Bir nəfər imtahandan xaric edilib29.06.2025 - 09:50
İyunun 30-na gözlənilən hava proqnozu açıqlandı – Yağış, şimşək və leysan ehtimalı var29.06.2025 - 07:00
MDU tələbələri Dünya Robot Çempionatına vəsiqə qazandı – “MDU-SKYRIDERS” tarix yazdı29.06.2025 - 06:50
Bu gün DİM rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək29.06.2025 - 06:40
Bu gün DİM Azərbaycan dili fənni üzrə imtahan keçirəcək 29.06.2025 - 06:30
Təhsil eksperti Nadir İsrafilov vəfat edib28.06.2025 - 11:40
İyunun 29-da Azərbaycan dili fənni üzrə test imtahanı keçiriləcək 28.06.2025 - 10:05
MDU Riyaziyyat və İnformatika Sahəsində Yeni Kadrlar Axtarır28.06.2025 - 09:45
Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.28.06.2025 - 09:35
Türkiyədə ilk:Bahçeşehir Universitetində tar bölməsi açılır 28.06.2025 - 09:25
Ali təhsil müəssisələrində nəzəri biliklər üstünlük təşkil edir"28.06.2025 - 09:15