Təhsil 365 - Logo Mobile

22 apreldə səmada heyrətamiz təbiət hadisəsi baş verəcək - FOTO

9319.04.2025 - 08:35
22 apreldə səmada heyrətamiz təbiət hadisəsi baş verəcək - FOTO

Hər il aprel ayında baş verən "Lirid" meteor yağışı bu il də səma həvəskarları üçün füsunkar mənzərə təqdim edəcək.

“Tehsil365” xəbər verir ki, bu barədə Britaniya Kral Astronomiya Cəmiyyətindən məlumat verilib.

Məlumata görə, "Lirid" meteor yağışı aprelin 25-dək müşahidə ediləcək və Türkiyədən də adi gözlə izləmək mümkün olacaq.

"Lirid" yağışının ən sıx müşahidə olunacağı tarix isə aprelin 22-si səhərin erkən saatlarında olacaq.

Meteor yağışını izləmək üçün teleskopa ehtiyac olmayacaq. Ancaq aydın şəkildə görə bilmək üçün süni işıqlardan uzaq qaranlıq və açıq yerlərə üstünlük verilməlidir. Şəhərin işıqlarından uzaq olan çöllük ərazilər belə müşahidələr üçün ən uyğun yerlər sırasındadır.

"Lirid" meteor yağışında biz qısamüddətli işıq zolaqlarını görürük, yəni xalq arasında "ulduz axması" kimi tanınan parıltılar görürük", - deyə Kral Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robert Massey bildirib.

"Lirid" meteor yağışı bu günə qədər müşahidə edilən ən qədim meteor yağışlarından biri kimi tanınır. İlk dəfə eramızdan əvvəl 687-ci ildə qeydə alındığı bildirilir. Yağışın adı meteorların çıxdığı nöqtə olaraq bilinən "Lirid" ulduz qrupundan qaynaqlanır.

"Lirid" yağışları "C/1861 G1 Thatcher" adlı quyruqlu ulduzun (kometanın) buraxdığı toz və hissəciklərin atmosferə daxil olması nəticəsində yaranır. Bu hissəciklər atmosferdə yanaraq səmada parlaq izlər qoyur.

Meteor yağışını izləmək istəyənlər gözlərini şimal-şərqə çevirməli və "Lirid" ulduz qrupundakı Veqa ulduzunu tapmalıdırlar. Ancaq meteoritlər səmanın müxtəlif nöqtələrində görünə biləcəyi üçün geniş bir baxış sahəsinə üstünlük verilməlidir.

Bu il müşahidə edilə biləcək digər meteor yağışları isə aşağıdakılardır:

"Eta Akvarid" (19 aprel-28 may): Pik dövrü 5 may;

"Delta Akvarid" (12 iyul-23 avqust);

"Perseid" (17 iyul-24 avqust): Saatda 150 meteorla ilin ən intensividir;

"Əkizlər" (4 dekabr-20 dekabr): Rəngarəng işıq izləri ilə diqqəti cəlb edir.

Alimlərin fikrincə, bu cür səma hadisələri kainatın keçmişinə işıq salmaqla yanaşı, eyni zamanda, təbiətlə əlaqə yaratmaq üçün də unikal imkanlar yaradır.


Aydan Ələkbərova

Xəbər Lenti

Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər09.05.2025 - 12:05
“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb - FOTO09.05.2025 - 08:10
ATU-da Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO09.05.2025 - 08:00
BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib - FOTO09.05.2025 - 07:50
Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib - FOTO09.05.2025 - 07:40
Bakıda uşaq bağçası bağlanır09.05.2025 - 07:30
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçirilir09.05.2025 - 07:20
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı PAYLAŞIM09.05.2025 - 07:10
Fransada universitetlərdə hicabın qadağan olunması istənilir09.05.2025 - 07:00
İlham Əliyevlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2025 - 06:50
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib09.05.2025 - 06:40
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir09.05.2025 - 06:30
İlham Əliyevdən 9 May PAYLAŞIMI09.05.2025 - 06:20
295 nömrəli məktəbdə Ulu Öndər anıldı - FOTO09.05.2025 - 06:10
Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib - FOTO09.05.2025 - 05:59
Heydər Əliyev və Azərbaycan təbiəti - seminar08.05.2025 - 17:10
BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb - FOTO08.05.2025 - 16:50
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli - FOTO08.05.2025 - 16:30
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib - FOTO08.05.2025 - 16:20
Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO08.05.2025 - 16:10
BDU-da ali təhsildə keyfiyyət təminatı üzrə təlim proqramı uğurla tamamlanıb - FOTO08.05.2025 - 16:00
UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO08.05.2025 - 15:40
“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” – mühazirə08.05.2025 - 15:30
Kollecdə tədbir: Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır - FOTO08.05.2025 - 15:20
Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib - FOTO08.05.2025 - 15:10
Əbədiliyə doğru 102 addım - FOTO08.05.2025 - 15:00
BDU-nun Geologiya fakültəsinin tələbələri “Azerbaijan International Mining Company”də istehsalat təcrübəsində - FOTO08.05.2025 - 14:50
Tələbələrə “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirə oxunub - FOTO08.05.2025 - 14:40
Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır08.05.2025 - 14:30
AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir - FOTO08.05.2025 - 14:20
BDU-da tədbir: İsrailin mədəni irsi - FOTO08.05.2025 - 14:10
Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi08.05.2025 - 13:59
Müasir Azərbaycanın memarı – elmi sessiya08.05.2025 - 13:47
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib - FOTO08.05.2025 - 13:35
Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO08.05.2025 - 13:23
MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb - FOTO08.05.2025 - 13:11
AMEA-da Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti ilə görüş keçirilib08.05.2025 - 13:00
Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTO08.05.2025 - 12:50
Özbəkistanlı alim BDU tələbələrinə mühazirə oxuyub - FOTO08.05.2025 - 12:40
MEK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş sərgi keçirilir08.05.2025 - 12:30
Arxeoloqlar Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünü qeyd ediblər08.05.2025 - 12:20
Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu - elmi konfrans08.05.2025 - 12:10
“Üzvi sintezdən praktikum” dərs vəsaiti çap olunub08.05.2025 - 11:57
Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar - FOTO08.05.2025 - 11:34
Özbəkistanın poeziya nəğməsi Azərbaycanda - “Aşiqlərə salam deyin”08.05.2025 - 11:21
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub - FOTO08.05.2025 - 11:11
ADPU ilə Qazi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO08.05.2025 - 11:00
Paytaxt məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər08.05.2025 - 10:50