Təhsil 365 - Logo Mobile

Yeni tədqiqat: Yerdəki suyun mənşəyi ilə bağlı nəzəriyyə təkzib olunur

9420.04.2025 - 06:34
Yeni tədqiqat: Yerdəki suyun mənşəyi ilə bağlı nəzəriyyə təkzib olunur

Oksford Universitetində aparılan yeni tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı dominant elmi nəzəriyyəyə ciddi şübhələr doğurub. “Icarus” jurnalında dərc olunan araşdırma seysmik əhəmiyyətə malik nəticələrlə Yerin formalaşdığı ilkin materialın əvvəl ehtimal ediləndən daha yüksək miqdarda hidrogen ehtiva etdiyini ortaya qoyur. Tapıntılar Yerdəki suyun əsasən, asteroidlərin toqquşması nəticəsində əmələ gəldiyi fikrini zəiflədərək suyun mənşəyinin birbaşa planetimizin yaranma mərhələsinə gedib çıxdığını göstərir.

“Tehsil365” “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat qrupu erkən Yerə analoq kimi qəbul edilən nadir meteoritin kimyəvi analizini aparıb. Antarktidadan toplanmış LAR 12252 meteoritindən istifadə olunaraq sinxrotron əsaslı rentgen spektroskopiyası vasitəsilə materialın elementar tərkibi və kimyəvi vəziyyəti araşdırılıb. Əvvəlki tədqiqatlar meteoritlərdə hidrogenin mövcudluğunu çirklənmənin nəticəsi ola biləcəyini irəli sürsə də, yeni araşdırmada Oksford alimləri hidrogenin əsasən meteoritin matris hissəsində kristal olmayan zonada yerləşdiyini aşkar ediblər. Bu hissədə meteoritin hidrogen sulfidlə zəngin olması və yerüstü çirklənmə əlamətləri göstərməməsi onun kosmik mənşəli olduğunu təsdiqləyir. 

Analiz nəticələri göstərib ki, matrisdəki hidrogen miqdarı beş dəfə yüksəkdir. Əksinə, meteoritin səthindəki çatlarda və oksidləşmiş hissələrdə hidrogenin miqdarı ya çox az olub, ya da ümumiyyətlə, qeydə alınmayıb. Bu isə hidrogenin yer mənşəli çirklənmədən deyil, ilkin formalaşma mərhələsindən qaynaqlandığını təsdiqləyir.

Tədqiqatın aparıcı müəllifi, Oksford Universitetinin doktorantı Tom Barrett qeyd edir: “Nümunədə hidrogen sulfidin aşkar olunması bizi çox həyəcanlandırdı — xüsusilə də bunu gözləmədiyimiz bir yerdə tapdıq. Bu maddənin yerüstü çirklənmədən yaranma ehtimalı olduqca azdır və bu, planetimizdəki suyun əslində onun inşa materialından törədiyini göstərən güclü dəlildir”.

Tədqiqatın həmmüəllifi, dosent Ceyms Brison isə əlavə edib: “Bu tapıntılar Yer planetinin formalaşması və onun indiki şəraitə necə gəlib çatması ilə bağlı suallara mühüm cavablar verir. Görünür ki, Yerin ilkin komponentləri (enstatit xondritləri kimi) əvvəlki düşüncələrimizə nisbətən xeyli daha çox hidrogen ehtiva edirdi. Bu isə sonradan baş verən asteroid toqquşmalarından asılı olmayaraq Yerin suya sahib olmasını mümkün edib”.

Araşdırma Yer kürəsində həyatın yaranması üçün əsas rol oynayan suyun mənşəyi ilə bağlı elmi yanaşmalara yenidən baxılmasını tələb edir. Suyun planetin formalaşmasından dərhal sonra mövcud olması ehtimalı onun xarici mənbədən gətirilməsinə nisbətən daha əsaslı görünür. Bu isə planetar formalaşma modelləri və astrobioloji tədqiqatlar üçün yeni istiqamətlər açır.

Aydan Ələkbərova

Xəbər Lenti

Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO09.05.2025 - 17:00
Çayda boğulan yeniyetmənin meyiti tapıldı-YENİLƏNİB09.05.2025 - 16:05
Azərbaycanda 49 jurnalist əməliyyat olunub - FOTO09.05.2025 - 13:46
9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ09.05.2025 - 12:55
Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər09.05.2025 - 12:05
Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi - FOTO09.05.2025 - 08:40
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib09.05.2025 - 08:30
Milli Kitabxana faşizm üzərində qələbəyə həsr olunan elektron məlumat bazası və virtual sərgi istifadəyə verib09.05.2025 - 08:20
“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb - FOTO09.05.2025 - 08:10
ATU-da Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO09.05.2025 - 08:00
BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib - FOTO09.05.2025 - 07:50
Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib - FOTO09.05.2025 - 07:40
Bakıda uşaq bağçası bağlanır09.05.2025 - 07:30
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçirilir09.05.2025 - 07:20
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı PAYLAŞIM09.05.2025 - 07:10
Fransada universitetlərdə hicabın qadağan olunması istənilir09.05.2025 - 07:00
İlham Əliyevlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2025 - 06:50
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib09.05.2025 - 06:40
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir09.05.2025 - 06:30
İlham Əliyevdən 9 May PAYLAŞIMI09.05.2025 - 06:20
295 nömrəli məktəbdə Ulu Öndər anıldı - FOTO09.05.2025 - 06:10
Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib - FOTO09.05.2025 - 05:59
Heydər Əliyev və Azərbaycan təbiəti - seminar08.05.2025 - 17:10
BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb - FOTO08.05.2025 - 16:50
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli - FOTO08.05.2025 - 16:30
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib - FOTO08.05.2025 - 16:20
Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO08.05.2025 - 16:10
BDU-da ali təhsildə keyfiyyət təminatı üzrə təlim proqramı uğurla tamamlanıb - FOTO08.05.2025 - 16:00
UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO08.05.2025 - 15:40
“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” – mühazirə08.05.2025 - 15:30
Kollecdə tədbir: Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır - FOTO08.05.2025 - 15:20
Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib - FOTO08.05.2025 - 15:10
Əbədiliyə doğru 102 addım - FOTO08.05.2025 - 15:00
BDU-nun Geologiya fakültəsinin tələbələri “Azerbaijan International Mining Company”də istehsalat təcrübəsində - FOTO08.05.2025 - 14:50
Tələbələrə “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirə oxunub - FOTO08.05.2025 - 14:40
Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır08.05.2025 - 14:30
AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir - FOTO08.05.2025 - 14:20
BDU-da tədbir: İsrailin mədəni irsi - FOTO08.05.2025 - 14:10
Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi08.05.2025 - 13:59
Müasir Azərbaycanın memarı – elmi sessiya08.05.2025 - 13:47
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib - FOTO08.05.2025 - 13:35
Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO08.05.2025 - 13:23
MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb - FOTO08.05.2025 - 13:11
AMEA-da Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti ilə görüş keçirilib08.05.2025 - 13:00
Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTO08.05.2025 - 12:50
Özbəkistanlı alim BDU tələbələrinə mühazirə oxuyub - FOTO08.05.2025 - 12:40
MEK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş sərgi keçirilir08.05.2025 - 12:30
Arxeoloqlar Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünü qeyd ediblər08.05.2025 - 12:20