Təhsil 365 - Logo Mobile

53 min şagird imtahan verib - YENİLƏNİB

8420.04.2025 - 10:25
53 min şagird imtahan verib - YENİLƏNİB

20 aprel 2025-ci il tarixində Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan və Cəbrayılda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Mərkəzdən “Tehsil365”ə verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3963 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 644 imtahan rəhbəri və ümumi rəhbər, 4946 nəzarətçi, 722 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahanda 53649 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 46 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

09:25

Bu gün 20-Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan, Cəbrayılda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

“Tehsil365” xəbər verir ki, imtahan saat 11:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 10-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3963 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 644 imtahan rəhbəri və ümumi rəhbər, 4946 nəzarətçi, 722 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahanda 53649 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 46  nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Aydan Ələkbərova

Xəbər Lenti

Söz qədər uzun və dəyərli04.05.2025 - 16:36
Təhsil eksperti: “Universitet məzunları ofis proqramlarını bilmədən diplom alır”04.05.2025 - 12:25
BANM-də Beynəlxalq Elmi Konfransların qalibləri mükafatlandırılıb - FOTO04.05.2025 - 11:38
Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib - FOTO04.05.2025 - 11:10
"Ən yaxşı təqdimat" müsabiqəsinin Abşeron-Xızı regionu üzrə QALİBLƏRİ - FOTO04.05.2025 - 10:37
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir04.05.2025 - 10:23
İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM04.05.2025 - 09:25
27 mindən çox şagird imtahan verib - YENİLƏNİB04.05.2025 - 09:05
Rezidenturanın nəticələri 2-3 gün ərzində elan ediləcək04.05.2025 - 08:55
Okeanlarla bağlı alimlərdən yeni KƏŞF04.05.2025 - 06:20
Bu gün 27 mindən çox şagird və abituriyentin Azərbaycan dili imtahanı verməsi nəzərdə tutulur04.05.2025 - 06:10
DİM bu gün rezidenturaya qəbul imtahanı keçirəcək04.05.2025 - 05:50
Tədqiqat ürək xəstəliklərinin diaqnozuna yeni yanaşma təklif edir03.05.2025 - 13:40
Olimpiadada 400-dən artıq şagird iştirak edib03.05.2025 - 12:45
AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib - FOTO03.05.2025 - 11:24
Alimlərdən növbəti ARAŞDIRMA03.05.2025 - 10:50
Cəmilənin rənglər dünyası - FOTO03.05.2025 - 10:30
Azərbaycanda şok əməliyyat: Casus tələbələr ələ keçdilər03.05.2025 - 09:50
Abşeronda müəllim borca görə özünü öldürdü03.05.2025 - 08:10
Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür03.05.2025 - 06:44
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Milli opera incilərimiz” layihəsini təqdim edir03.05.2025 - 06:32
Alimlər fəlakət barədə SİQNALLAR aşkarladılar03.05.2025 - 06:20
Mayın 6-dan DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərəcək03.05.2025 - 06:10
DİM-də rəqəmsal SAT imtahanı keçirəcək03.05.2025 - 06:00
BDU tələbələri Qobustan palçıq vulkanlarının xüsusiyyətləri ilə tanış olublar - FOTO02.05.2025 - 19:13
Məktəb psixoloqu vəzifəsi üzrə müsahibə nəticələrinə dair Apellyasiya komissiyası fəaliyyətə başlayır02.05.2025 - 18:51
Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndәr Heydәr Әliyevə həsr edilmiş tədbir keçirilib - FOTO02.05.2025 - 18:35
ADPU-da süni intellekt və müasir pedaqoji yanaşmalar mövzusunda beynəlxalq görüş keçirilib - FOTO02.05.2025 - 18:20
MEK-də “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda mühazirə dinlənilib - FOTO02.05.2025 - 18:10
“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”02.05.2025 - 18:00
Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi02.05.2025 - 17:48
“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir - FOTO02.05.2025 - 17:35
“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir - FOTO02.05.2025 - 17:21
Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar - FOTO02.05.2025 - 17:10
Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib - FOTO02.05.2025 - 17:00
Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib02.05.2025 - 16:50
ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib02.05.2025 - 16:40
Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib02.05.2025 - 16:30
Gəncədə “Karyera festivalı” keçiriləcək - FOTO02.05.2025 - 16:20
Xalq artisti Möhsün Sənaninin xatirəsi anılıb02.05.2025 - 16:10
“Məktəblinin hüquq bələdçisi” layihəsinə başlanılır02.05.2025 - 16:00
“Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya - FOTO02.05.2025 - 15:50
Azərbaycan və Gürcüstan Coğrafiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb02.05.2025 - 15:40
Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da olublar - FOTO02.05.2025 - 15:30
ATMU-nun kafedra müdiri: Türkiyənin nüfuzlu universitetləri ilə əlaqələrimiz möhkəmlənir - FOTO02.05.2025 - 15:20
“Musiqi dünyası”na elmi səyahət02.05.2025 - 15:10
“Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib - FOTO02.05.2025 - 14:47
Xocalıda hərbi sursat partladı: 17 yaşlı oğlan yaralandı02.05.2025 - 14:35