Təhsil 365 - Logo Mobile

Yəhudilər Misirdə...

9421.04.2025 - 08:09
Yəhudilər Misirdə...

Yusifdən Musaya və yaxud ağalıqdan köləliyə...

Yusifin hekayəsi uşaqdan böyüyə hərkəsin əzbər bildiyi və xüsusilə Hz. Yusif serialı ilə yaddaşlara həkk olunmuş bir hekayədir. Lakin bu yazıda mən misirşünaslar və bir sıra yəhudi mətnlərində oxuduğum bilgiləri paylaşaraq Yusif dövrü və Yusif sonrası İsrailoğullarının Misir həyatı haqqında danışacam. Zəngin misirli tərəfindən kölə bazarında satın alınan Yusif, ağlı, bacarığı sayəsində Firon sarayında önəmli bir vəzifəyə gəlmişdi. Bir sıra qərb misirşünasların fikrincə müqəddəs mətnlərdəki Yusif məhz Misirin dövlət adamı və eyni zamanda məbəd kahini İmhotepdir. Bu barədə fərqli iddialar da mövcuddur. Yusif sarayda gücləndikdən sonra atası və qardaşlarını Misirə çağırdı. İsrailoğulları Misirə gəldiklərində xoş qarşılandılar. Bunun səbəbi Yusiflə bağlı deyildi, çünki 1600-cü illərdə Misirdə hakim yerli kıpti olmayan Hiksoslar idi. Hiksoslar məhz İsrailoğulları kimi köçkün həyat tərzi yaşamış, Misirə ticarət üçün gələrək zamanla burada hakimiyyəti ələ almış və 15-ci sülalənin banisi olmuşdular. Hiksoslardan olan ilk firon isə Salitis olmuşdur. Hiksoslar yerli xalq ilə o qədər də qaynayıb qarışmırdılar. Yəhudilər əkinçilik, maldarlıq ilə məşğul olduqları üçün Yaqub və oğulları Fironun tövsiyyəsi ilə Misirin ən bərəkətli torpaqları sayılan Goşen/Goshen vadisinə yerləşdilər. Qoşen torpağı məhsuldar kənd təsərrüfatı torpaqları ilə mal-qara otarmaq üçün əlverişli səhra arasındakı sərhədin keçdiyi yer kimi xarakterizə edilə bilər. Ərazilərin bu birləşməsi Misir üçün xarakterik deyil, lakin oxşar əraziyə Nil və Süveyş kanalı arasındakı bölgədə rast gəlmək olar. Onun qərb sərhəddi Nildir və şərqdə İsmailiyyə şəhərinin yaxınlığında yerləşən Timsah gölünə qədər uzanır. Bütün bu vadi olduqca böyükdür. Onun içərisində Nil çayının suyunu süni kanallardan istifadə edərək səhraya yönəltməyə imkan verən Wadi Tumilat yerləşir. Arxeoloji qazıntılar zamanı məlum olub ki, qədim zamanlarda (e.ə. 1980) bu ərazidə yüngül gəmilərin Nildən Qırmızı dənizə getməsinə imkan verən kanal çəkilib. Bu rayon su ilə zəngin idi. Bir tərəfdən bura qonşu yüksəkliklərdən yağış suları gəlirdi, digər tərəfdən isə yeraltı sular və süni şəkildə qazılmış kanallarla yönəldilmiş sular var idi. Ona görə də bu vadinin torpaqları, xüsusən də onun şimal hissəsində çox münbitdir. Əksər tədqiqatçıların fikrincə, bu vadi, xüsusən də onun Ez-Zəkazıq, Bilbeys və Əbu Həmməd şəhərləri arasında üçbucaq olan Nil çayına yaxın olan hissəsi Tövratda qeyd olunan Qoşen ölkəsidir. Bütün bu şəhərlər müasir Misir Şərqiyyəsinin ərazisində yerləşir. Maraqlıdır ki, İsrail Torpağının da müasir Kiryat Qat və Laçiş bölgəsində öz Qoşen torpağı var idi. İsrail torpağının fəthindən bəhs edən Yehoshua bin Nun kitabında bir neçə dəfə onun adı çəkilir.

Zaman keçdikcə İsrailoğulları Misir həyatına adaptasiya olub, dövlət işlərində vəzifələrə, habelə ölkənin ticarətində əsas oyunçuya çevrildilər. Üstəlik, Yusifin Misirin aristokrat ailəsindən Heliopolis baş kahini Potiferahın qızı Asenat ilə evlənməsi Yaqub və oğulları üçün böyük bir fürsət olmuşdu. Asenat ilə evlilik Yusifə Manasseh və Efraim adında iki oğul qazandırdı. Bu gün də Yusifin bu iki soyu davam etməkdədir. Yusifin 110 yaşında baş verən ölümü, İsrailoğulları üçün köləlik dövrünün ilk işarəsi olmuşdu. 1550-ci ildə Misirdə baş vermiş inqilabdan sonra məbəd kahinlərinin dəstəyi ilə Hiksosları taxtdan endirib hakimiyyəti ələ keçirən 1-ci Ahmos və baş kahin Tuty/Tuti yəhudiləri ilk olaraq bərəkətli və münbit torpaq olan Goşen vadisindən zorla çıxartdı. Firon 2-ci Ramzesin hakimiyyətinə qədər və xüsusən də bu dövrdə böyük nifrət və düşmənçilik hədəfi olmuşdular. Kölələşdirmə prosesinə Amon məbədinin baş kahinlari və Misirin ali ruhani lideri Nebneteru Tenri başçılıq edirdi. Ayrıca inqilab ilə taxta keçən Ahmose yalnız hiksosları qovmadı. O, qədim Misiri birləşdirdi və imperiyasını Kənan və Suriyaya qədər genişləndirməyə başladı. Yeni hakim elitanın bir digər qorxusu isə, yəhudilərin Yusif dövründəki Hiksoslar ilə ittifaq quraraq çevriliş etmələri idi. Musa isə tam belə bir dövr içində dünyaya gəlmişdi. Yəhudilərin Misir dövründən günümüzə qədər gəlib çatmış ən önəmli iki şəhəri var kİ, bunlar Ramzes dövründə tikilən Pitom və Ramzes şəhərləridir.

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN TARİX FAKÜLTƏSİNİN 2-Cİ KURS TƏLƏBƏSİ CƏFƏRLİ RAMİN RAMİL OĞLU.


Aydan Ələkbərova

Xəbər Lenti

Qalmaqallı direktor işdən çıxarıldı24.05.2025 - 14:00
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub24.05.2025 - 13:15
Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ24.05.2025 - 12:15
Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb24.05.2025 - 11:50
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib24.05.2025 - 11:07
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…24.05.2025 - 09:10
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTO24.05.2025 - 09:00
Könlümün sevgili məhbubu mənim...24.05.2025 - 07:25
Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib - FOTO24.05.2025 - 07:11
Direktor 300 bal toplayan şagirdini təbrik etdi - FOTO24.05.2025 - 06:50
300 bal toplayan şagird - FOTO24.05.2025 - 06:35
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ24.05.2025 - 05:40
6 nəfərin imtahan nəticəsi ləğv edildi24.05.2025 - 05:00
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI24.05.2025 - 04:40
Buraxılış imtahanının nəticələri AÇIQLANDI23.05.2025 - 21:45
Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30