Təhsil 365 - Logo Mobile

Professor Cəfər Cəfərov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rektoru...

10321.04.2025 - 15:30
Professor Cəfər Cəfərov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rektoru...

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun doğum günüdür.

ADPU - Tarix və Coğrafiya fakültəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin, Tarix müəllimiyinin 2-ci kurs tələbəsi Cəfərli Ramin, Cəfər müəllimi ürəkdən təbrik edirəm, möhkəm cansağlığı və daimi müvəffəqiyyətlər arzu edirəm.

Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur. 1987-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, "Azərbaycan tarixi" kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" birgə layihəsinin milli koordinatoru olmuşdur.

2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir. 2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin

"Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım" birgə layihəsinin milli koordinatoru olmuşdur. 2013-cü il 17 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adi verilib. 2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun rektoru, 2014-2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilmişdir. 2017-ci ildə Applied Sciences Krems IMC Universitetinin təqaüdçüsü adına layiq görülmüşdür. 2017-ci ildə "Humanist Pedaqogika Beynəlxalq Mərkəzi" tərəfindən "Humanist pedaqogikanın cəngavəri - "Ürək və Qu quşu" qızıl nişanı təqdim edilib. 2018-ci ildə Əbu-Dabidəki Paris-Sorbon Universitetinin İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi səylərinə görə fəxri fərmanına layiq görülmüşdür. 2019-cu ildən Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası: Azərbaycan tarixi üzrə Elmi Şurasının üzvüdür. 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunmuşdur. 2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici Qiymətləndiricisi (ekspert) seçilmişdir. 2021-ci il 17 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2023-cü il mayın 20-də mədəniyyət və incəsənət, elm, təhsil və beynəlxalq əlaqələrin inkişafındakı səmərəli xidmətlərinə görə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru adı ilə təltif olunub. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2024-cü ilin oktyabr ayından Avrasiya Universitetlər Birliyinin (EURAS) idarə heyətinin üzvüdür. “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Türkiyə təmsilçiliyinin təqdimatına əsasən, Fondun Ağsaqqallar Şurası və jurnalın İdarə Heyətinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə Türk Dünyasının “Qızıl ürək” ordeni ilə təltif edilib. Azərbaycanda keçirilmiş bir sıra, o cümlədən də xaricdə keçirilmiş 100-dən çox beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş 90-a yaxın elmi əsərin müəllifidir. Rus, ingilis, türk dillərində sərbəst danışır. Tarix elmləri doktoru, professor Cəfər Cəfərov bir çox yeniliklərə imza atıb, universitetin inkişafının, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi üçün böyük islahatlar, yeniliklər, layihələr həyata keçirib. ADPU-nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, tədqiqat universiteti statusunu qazanması üçün səmərəli məqsədyönlü fəaliyyət aparıb. Professor Cəfər Cəfərov Pedaqoji Universitetin qlobal məsələlərini, beynəlxalq əlaqələrini, hədəf və strategiyalarını daima diqqətdə saxlayır. O, ADPU-da ciddi islahatlar apararaq problemlərə konseptual olaraq yanaşıb. O, imtahan sistemini dəyişib, imtahanlarda şəffaflığın və obyektivliyin qorunması üçün hər cür şərait yaradıb. Onun əsas xüsusiyyətlərindən biri şəxsi mənafeyini deyil, ictimai mənafeyi düşünən olmasıdır. Yəqin ki, uğurlu karyerasının əsas səbəblərindən biri də elə budur. Professor Cəfər Cəfərovun rəhbərliyi dövründə, 7 dekabr 2017- ci ildə ADPU-da TÜRKSOY kafedrası fəaliyyətə başlayıb. Həmçinin Universitetdə YUNESKO Klub və “Amerika Guşəsi” (Şəki filialında) da fəaliyyət göstərir. 2018-ci ildə “Clarivate Analytics” şirkəti tərəfindən ADPU inkişaf sürətinə görə son 3 ilin “Web of Science” bazasının “Ən mütərəqqi Universitet” mükafatına layiq görüldü. Cəfər müəllimin rektor olaraq əhəmiyyətli işlərindən biri də Pedaqoji Universitetdə beynəlxalq əlaqələri genişləndirməsidir. Qeyd etmək ki, lazımdır ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının" icrası çərçivəsində gənclərin xaricə getmədən keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədilə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU arasında beynəlxalq ikili diplom proqramları imzalanıb. ADPU ilə CVU arasında 4 ildir ki, uğurla icra olunan ikili diplom proqramı çərçivəsində ümumilikdə 100-dən çox gəncin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssis kimi yetişdirilməsi gözəl nəticədir. Professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetimizdə həm də bir çox xarici ölkələr üçün ixtisaslı mütəxəssislər yetişdirilir. Hazırda Türkiyə, Rusiya, Pakistan, Gürcüstan, Çin, Türkmənistan, Suriya və Ukraynadan olan 200-dən çox əcnəbi vətəndaş hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Bundan başqa professor Cəfər Cəfərov müəllimlərin imkanlarının, bacarıq və qabiliyyətlərinin artırılması istiqamətində təlimlərə cəlb olunmasını təşkil edib, ingilis dilini tədris edən 100-ə yaxın müəllim üçün ABŞ səfirliyi və Müəllim İnkişafı Mərkəzinin köməyilə imtahanların, TKT imtahanlarının keçirilməsinə nail olub. Nəticədə həmin müəllimlərimizin imkanları əhəmiyyətli dərəcədə dəyişib və bunun da nəticəsində rəhbərlik struktur dəyişiklikləri edib. Bu gün də professor Cəfər Cəfərovun rəhbərliyi ilə STEAM bacarıqları olan yeni nəsil müəllimlərin hazırlanması yönündə işlərin aparılması davam edir. ADPU-da STEAM laboratoriyası yaradılıb. Artıq 8 ixtisasda STEAM üzrə tədris aparılır. Rektor Cəfər Cəfərov ADPU-da xarici dillərdə tədrisin aparılması üçün də şərait yaradıb. Həmçinin onun rəhbərliyi ilə artıq 5 ildən çoxdur, keyfiyyət sisteminin bir aləti olaraq professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi həyata keçirilir ki, bu da müsbət nəticələrini verməkdədir. Professor Cəfər Cəfərovun daha bir uğurlu işi ADPU-da kitabxananı yeniləndirməsidir. Qeyd etmək lazımdır ki, əvvəllər bir milyondan artıq kitab fondu olan Pedaqoji Universitetin kitabxanasının vəziyyəti elə də yaxşı deyildi. Cəfər müəllim “BP Azerbaijan” şirkətinin dəstəyindən istifadə edərək Pedaqoji Universitetin kitabxanasının yenilənməsinə nail oldu. Sevindirici haldır ki, artıq universitetdə Kitabxana-İnformasiya Mərkəzinin beş tədris korpusunda kitabxanası, altı xidmət bölməsi və elektron kitabxana fəaliyyət göstərir. Kitabxanada dəqiq və humanitar elmlər üzrə, ədəbiyyatların növünə görə abonoment xidmətləri təşkil edilir. Beş tədris korpusundan dördündə ixtisaslaşmış xidmət bölməsi, oxu zalı və məlumat- biblioqrafiya xidməti fəaliyyət göstərirr. Əsas tədris binasında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) əsasında elektron kitabxana fəaliyyət göstərir. Xüsusilə qeyd edək ki, ADPU kitabxanası ölkəmizin ikinci ən böyük universitet kitabxanasıdır. Eyni zamanda kitabxananın fondunda 1000 nüsxəyə yaxın nadir və qiymətli kitablar və əlyazmalar qorunur. Pedaqoji Universitetdə ən müasir standartlara uyğun qurulmuş elektron kitabxana xidməti tələbələrin ixtiyarındadır. Hazırda Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqunda 12 min 818 adda kitab mövcuddur. Kitabxana oxuculara xidmət etməklə yanaşı, mədəni-kütləvi tədbirlərin təşkili və təbliğinə, kitab mütaliəsinin populyarlaşdırılmasına da xüsusi diqqət ayırır. Cəfər müəllimin ADPU-nun nüfuzunun yüksəldilməsi işinin uğurlu nəticəsidir ki, artıq Pedaqoji Universiteti seçən abituriyentlər arasında 600 baldan yüksək bal toplayan tələbələr kifayət qədərdir. Və bu proses hər il daha çox artmaqdadır. Həmçinin MİQ imtahanlarında uğur qazanan məzunların sayı da dinamik şəkildə çoxalır. Universitetdə tələbələrin sosial və məişət şəraitinin yaxşılaşdırılması, ictimai fəaliyyətlərinin dəstəklənməsi üçün işlək mexanizmlər qurulub və həyata keçirilir. Professor Cəfər Cəfərovun əsas amalı dövlətimiz üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. O, elm və təhsilin inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu yaxşı bilir, odur ki, Pedaqoji Universiteti elmi əsaslarla idarə edir. Rektor kimi idarə etdiyi Pedaqoji Universitetin məqsəd və vəzifələrini, missiyasını, strategiyalarını, tarixini, korporativ prinsiplərini yaxşı bələd olan Cəfər Cəfərov, həmçinin davamlı öyrənməyə, özünü inkişaf etdirməyə açıq, komanda halında işləməyə önəm verən, ünsiyyət yönümlü və davranışlarıyla nümunəvi olan, elmi, texnoloji və sosial yenilikləri yaxından izləyən, sürətli dəyişikliklərə uyğunlaşan və təmsil etdiyi qurumu bu dəyişikliklərə uyğunlaşdırmağı bacaran rektordur. Ona görə də gördüyü bütün işlər uğurlu alınır. Professor Cəfər Cəfərov ölkəmizin yeni inkişaf mərhələsinə uyğun olaraq ADPU-nun maddi-texniki bazasını, elmi-pedaqoji kadr potensialını, informasiya-kommunikasiya texnologiyaları ilə təminatını gücləndirir, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlanmasına xüsusi diqqət yetirir. O, beynəlxalq proqram və layihələrdə fəal iştirak edir, innovativ təşəbbüslərlə çıxış edir, ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmaq üçün yorulmadan çalışır. Universitetdə əmək və tədris şəraitinin yaxşılaşdırılmasına, pedaqoji mühitin saflaşdırılmasına xüsusi önəm verən Cəfər müəllim, bütövlükdə Pedaqoji Universitetin nüfuzunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Professor Cəfər Cəferov Pedaqoji Universitetdə tələbə yönümlü təhsilin təşkilinə xüsusi diqqət göstərir. Tələbələr onu qayğıkeş rektor, alicənab insan, peşəkar idarəçi, ustad müəllim kimi qiymətləndirir, böyük hörmət bəsləyirlər. Rektorla görüşmək, ona problemlərini söyləmək tələbələr üçün çətin deyil. Təsadüfi deyil ki, Cəfər Cəfərov tələbələrin müraciətlərini ən çevik şəkildə cavablandıran rektor kimi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb. Professor Cəfər Cəfərovun təhsil quruculuğundakı xidmətləri dövlət və icimai-siyasi təşkilatlar tərəfindən də yüksəkqiymətləndirilib. ABŞ-da təhsil alan Azərbaycan Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Vətən Müharibəsi Veteranlar Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019), ADPU və Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında Birgə Bəyannamə (2019) medalı və müxtəlif media mükafatları ilə təltif edilib. Professor Cəfər Cəfərov 9 illik fəaliyyəti nəticəsində ADPU ilə bağlı çox müsbət, fərqli bir imicin formalaşmasını təmin edə bilib. Belə ki, Pedaqoji Universiteti rəqabətə davamlı, qabaqcıl keyfiyyətlərə malik universitet səviyyəsinə yüksəldib. O, bütün bunlara işgüzarlığı, peşəkarlığı, dayanıqlı səbri, əzmkarlığı, qətiyyəti, elm və təhsil sahəsinə dərindən bələdliyi, təşkilati bacarığı, işinə olan sevgisi ilə nail olub. İnanırıq ki, Cəfər müəllim fəaliyyətinin sonrakı illərində də ADPU-nun inkisafına gözəl töhfələr verəcək, qocaman elm ocağını öndə gedən, tələbələr üçün geniş perspektivli üfüqlər açan, müəllimlər üçün yeni-yeni imkanlar yaradan ali təhsil müəssisəsi olaraq daha yüksək səviyyəyə qalxması üçün əzmlə çalısacaqdır. Bu çətin və şərəfli yolda ona uğurlar diləyir, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram...

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN TARİX FAKÜLTƏSİNİN 2-Cİ KURS TƏLƏBƏSİ CƏFƏRLİ RAMİN RAMİL OĞLU.

Aydan Ələkbərova

Xəbər Lenti

Qalmaqallı direktor işdən çıxarıldı24.05.2025 - 14:00
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub24.05.2025 - 13:15
Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ24.05.2025 - 12:15
Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb24.05.2025 - 11:50
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib24.05.2025 - 11:07
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…24.05.2025 - 09:10
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTO24.05.2025 - 09:00
Könlümün sevgili məhbubu mənim...24.05.2025 - 07:25
Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib - FOTO24.05.2025 - 07:11
Direktor 300 bal toplayan şagirdini təbrik etdi - FOTO24.05.2025 - 06:50
300 bal toplayan şagird - FOTO24.05.2025 - 06:35
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ24.05.2025 - 05:40
6 nəfərin imtahan nəticəsi ləğv edildi24.05.2025 - 05:00
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI24.05.2025 - 04:40
Buraxılış imtahanının nəticələri AÇIQLANDI23.05.2025 - 21:45
Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30