Təhsil 365 - Logo Mobile

Ədliyyə Akademiyasında ETN əməkdaşları üçün TƏLİM

8125.04.2025 - 07:44
Ədliyyə Akademiyasında ETN əməkdaşları üçün TƏLİM

Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın aidiyyəti hissəsinin icrası məqsədilə Ədliyyə Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib.

Bu barədə nazirlikdən “Tehsil365”ə bildirilib.

Qeyd olunub ki, təlimin məqsədi dövlət qulluqçularının etik davranış normaları, korrupsiyaya qarşı mübarizə mexanizmləri və şəffaf idarəetmə prinsipləri, habelə bu sahədə praktiki bacarıqların təkmilləşdirilməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı məlumatlılığın artırılmasıdır.

Ədliyyə Akademiyasında keçirilən tədbirin açılışında çıxış edən Akademiyanın prorektoru Elçin Xələfov korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulayıb. O, bu sahədə keçirilən təlimlərin əhəmiyyətinə toxunaraq qeyd edib ki, maarifləndirmə tədbirləri yalnız Akademiya çərçivəsində deyil, digər qurumlarla əməkdaşlıq şəklində də həyata keçiriləcək. Elçin Xələfov həmçinin artıq anti-korrupsiya mövzusunda dərsliyin hazırlandığını bildirib və gələcəkdə hüquqi maarifləndirməyə dair müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov çıxış edərək bildirib ki, son illərdə bu sahədə qanunvericilik daha da təkmilləşdirilib, korrupsiyaya qarşı mübarizəyə yönəlik hüquqi baza möhkəmləndirilib və müvafiq qurumlar yaradılıb. Elvin Rüstəmov vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə təkcə hüquqi müstəvidə deyil, həm də ictimai, mədəni və təhsil sahələrində kompleks şəkildə aparılmalıdır. Bu istiqamətdə etik davranış normalarının gücləndirilməsi, vətəndaşların maarifləndirilməsi əsas prioritetlərdəndir. Elm və Təhsil Nazirliyi də bu sahədə mühüm addımlar atıb. Nazirlik tərəfindən təşkil olunan 1800-dən çox maarifləndirmə tədbiri 75 min nəfəri əhatə edib. Bu tədbirlər, xüsusilə təhsil işçiləri və gənc nəslin etik dəyərlərə əsaslanan davranış modeli formalaşdırmasına yönəlib. 

Qeyd olunub ki, təhsil sisteminə olan inam, eyni zamanda dövlətə olan güvənin formalaşmasına böyük təsir göstərir. Məhz bu səbəbdən, təhsildə şəffaflığın təmin olunması, korrupsiyanı istisna edən yanaşmaların tətbiqi, cəmiyyətin sağlam inkişafı üçün vacibdir. 

Elm və Təhsil Nazirliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə mövzular Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən tədris edilib. Təlim zamanı təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları, korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə məsələlərə toxunulub, Ədliyyə Akademiyasının fəaliyyət istiqaməti və Akademiyanın Hüquqi təminat bölməsi tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım barədə məlumat verilib.

Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, təlimçi Fərdin Xəlilov “Təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları” mövzusunda maarifləndirici çıxış edib. Fərdin Xəlilov etik davranış prinsiplərinin yalnız iş mühitində deyil, həm də təhsil prosesində nə qədər vacib rol oynadığını vurğulayaraq, bu sahədə deontoloji yanaşmanın əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra təlimçi, Ədliyyə Akademiyasının Ədliyyə işçilərinin tədrisi fakültəsinin baş məsləhətçisi Nuridə Əlizadə korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilmiş son dəyişiklikləri iştirakçıların diqqətinə çatdıraraq korrupsiya riskləri və bu risklərin idarə olunması mexanizmləri barədə ətraflı danışıb.

Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin rəisi Kamran İsmayılov çıxışında qurumların fəaliyyətində korrupsiya risklərinin idarə edilməsinin vacibliyini vurğulayıb. Kamran İsmayılov qeyd edib ki, risklərin idarəolunması qurumlara hadisə baş verməzdən əvvəl preventiv tədbirlərin daha aydın mənzərəsini görməyə şərait yaradır. Bundan başqa korrupsiya faktı baş verdikdə ona qarşı reaksiyanın hədəfə yönəlmiş konkret addımlarını müəyyənləşdirməyə imkan verir. Bu və digər yeniliklər zaman keçdikcə korrupsiya risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. 

Digər təlimçi, Ədliyyə Akademiyasının Tədris şöbəsinin rəisi Zeynəb Qənbərova çıxışı zamanı Akademiyanın əsas fəaliyyət istiqamətləri və Hüquqi təminat bölməsi tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım barədə məlumat verib. O, həmçinin Akademiya ilə universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasından bəhs edərək, hüquq fakültəsi tələbələri üçün təşkil olunan kliniki kursların əhəmiyyətini vurğulayıb.

Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Sonda təkliflər irəli sürülüb və təlim iştirakçılarına şəhadətnamələr təqdim edilib.

Təltif olunanlar

Elmina Muxtarlı

Xəbər Lenti

Dünya Məktəbinin yubiley tədbiri keçirilib - FOTO26.04.2025 - 07:10
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür26.04.2025 - 06:50
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür26.04.2025 - 06:25
9 yaşlı uşaq xəstəxanada ölüb26.04.2025 - 06:12
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var26.04.2025 - 06:00
Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO25.04.2025 - 16:59
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb25.04.2025 - 16:47
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb25.04.2025 - 16:36
Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar - beynəlxalq elmi-praktik konfrans25.04.2025 - 16:25
AMEA-da türkoloq Cavad Heyətin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTO25.04.2025 - 16:13
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub - FOTO25.04.2025 - 15:54
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb25.04.2025 - 15:43
ADPU-da maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib - FOTO25.04.2025 - 15:32
Suraxanıda Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib25.04.2025 - 15:21
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib SƏRƏNCAM25.04.2025 - 15:10
Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib25.04.2025 - 14:59
BDU Bolqarıstanın Cənub-Qərb Universiteti ilə əməkdaşlıq edəcək - FOTO25.04.2025 - 14:47
AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib - FOTO25.04.2025 - 14:35
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub25.04.2025 - 14:23
“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda elmi konfransın materialları çapdan çıxıb25.04.2025 - 14:11
Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb25.04.2025 - 13:59
Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək25.04.2025 - 13:48
Qanunvericilikdə dəyişiklik - Əlilliyi olan uşaqlar termini yaradıldı25.04.2025 - 13:36
TKTA-dan xaricdə təhsil almaq istəyənlərə TÖVSİYƏ25.04.2025 - 13:24
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb25.04.2025 - 13:12
Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub25.04.2025 - 13:00
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ25.04.2025 - 12:49
14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb25.04.2025 - 12:34
Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar25.04.2025 - 12:23
TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır25.04.2025 - 12:11
Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb25.04.2025 - 11:59
İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib - FOTO25.04.2025 - 11:49
Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib25.04.2025 - 11:37
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib - FOTO25.04.2025 - 11:25
BMU-İNHA İDP tələbələrinin iştirak etdiyi robotik kodlama düşərgəsi yekunlaşıb - FOTO25.04.2025 - 11:12
“Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinə start verilir25.04.2025 - 10:58
Sudanlı tələbə: “Arzuladığım təhsili BMU-da ala bilirəm”25.04.2025 - 10:46
Türkiyəli profesor BDU-da tələbələrə ustad dərsi keçib - FOTO25.04.2025 - 10:34
NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib - FOTO25.04.2025 - 10:22
Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib25.04.2025 - 10:10
Bölgələrdə tibb kollecləri açılacaq- NAZİRDƏN TAPŞIRIQ25.04.2025 - 09:53
Məktəbdə bıçaqlı hücum: 1 nəfər ölüb, 3 nəfər yaralanıb25.04.2025 - 09:41
Onların təhsil xərcləri bu şərtlə ödənəcək - QƏRAR25.04.2025 - 09:31
Sertifikasiyadan kəsilənlər bu qədər müddət işləyə bilər25.04.2025 - 09:21
“Zəkaların mübarizəsi”nin regional mərhələsi üzrə bilik yarışı keçirilib - FOTO25.04.2025 - 09:11
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb25.04.2025 - 09:00
“Muğam” Televiziya Müsabiqəsi başlayır25.04.2025 - 08:50
AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub - FOTO25.04.2025 - 08:40