Təhsil 365 - Logo Mobile

Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb

9225.04.2025 - 13:59
Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə ilk dəfə birgə elektron ərizə qəbulu başlayıb.

Mədəniyyət Nazirliyindən “Tehsil365”ə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə təhsilalanların ərizə qəbulu vahid elektron sistem üzərindən aparılacaq. 2025/2026-cı tədris ilinə təhsilalanların qəbulu üçün qeydiyyat “My Culture” vahid şəxsi kabineti vasitəsilə aprelin 25-dən başlayacaq və mayın 25-dək davam edəcək.

Mədəniyyət Nazirliyi sistemində təhsilin keyfiyyətinin yüksəldilməsi, xidmətlərin rəqəmsallaşdırılması, informasiya sistemləri ilə inteqrasiya və ictimaiyyətlə çevik ünsiyyətin gücləndirilməsi istiqamətində geniş islahatlar davam etdirilir. Bu məqsədlə tətbiq edilən “My Culture” platforması vətəndaşlarla daha şəffaf, əlçatan və funksional əlaqənin qurulmasına xidmət edir.

Elektron qeydiyyat prosesi çevik xidmətin təşkili və vətəndaş məmnuniyyətinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Namizədlər (18 yaşına çatmayanların valideyni və ya qanuni nümayəndəsi) əlavə vaxt itirmədən və təhsil müəssisəsinə fiziki olaraq getmədən qeydiyyatdan keçərək elektron formada müraciət edə biləcəklər. Bununla əlaqədar müraciət edən şəxsin "Digital.Login" qeydiyyatının olması zəruridir. Qeydiyyatdan uğurla keçmiş namizədlər iyun ayı ərzində əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edəcəklər.

Qəbul üç əsas istiqamət üzrə həyata keçirilir: musiqi, rəssamlıq və xoreoqrafiya. Müraciət edən şəxslər qeydiyyat zamanı həm ixtisas istiqamətini, həm də imtahan vermək istədikləri ərazini (şəhər və ya rayonu) seçmək imkanı əldə edirlər.

I sinfə qəbul üçün yaş hədləri təhsil müddəti və ixtisas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilib: 7 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, simli alətlər) 6 yaşdan 8 yaşadək, xor sinfinə 7 yaşdan 10 yaşadək; 5 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, xalq çalğı, simli və nəfəs alətləri) 8 yaşdan 12 yaşadək, xanəndəlik və vokal siniflərinə 7 yaşdan 11 yaşadək, xoreoqrafiya sinfinə 6 yaşdan 10 yaşadək; 4 illik təhsil üzrə rəssamlıq sinfinə 8 yaşdan 12 yaşadək.

Bundan əlavə, məktəblərin I sinfinə ödənişli əsaslarla qəbul zamanı aşağı yaş həddi saxlanılmaqla yuxarı yaş həddi 29 yaş müəyyən olunub.

Musiqi sahəsi üzrə 5 illik və ya 7 illik tam kursu bitirmiş məzunlar onbirillik musiqi məktəblərində təhsillərini davam etdirmək üçün elektron qaydada müraciət edərək VIII sinfə qəbul imtahanlarında iştirak edə bilərlər.

Qəbul imtahanlarının vaxtı və yeri barədə məlumatlar şəxsi kabinet, SMS məlumatlandırma xidməti və elektron poçt vasitəsilə namizədlərə təqdim olunacaq.

Elmina Muxtarlı

Xəbər Lenti

Dünya Məktəbinin yubiley tədbiri keçirilib - FOTO26.04.2025 - 07:10
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür26.04.2025 - 06:50
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür26.04.2025 - 06:25
9 yaşlı uşaq xəstəxanada ölüb26.04.2025 - 06:12
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var26.04.2025 - 06:00
Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO25.04.2025 - 16:59
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb25.04.2025 - 16:47
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb25.04.2025 - 16:36
Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar - beynəlxalq elmi-praktik konfrans25.04.2025 - 16:25
AMEA-da türkoloq Cavad Heyətin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTO25.04.2025 - 16:13
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub - FOTO25.04.2025 - 15:54
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb25.04.2025 - 15:43
ADPU-da maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib - FOTO25.04.2025 - 15:32
Suraxanıda Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib25.04.2025 - 15:21
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib SƏRƏNCAM25.04.2025 - 15:10
Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib25.04.2025 - 14:59
BDU Bolqarıstanın Cənub-Qərb Universiteti ilə əməkdaşlıq edəcək - FOTO25.04.2025 - 14:47
AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib - FOTO25.04.2025 - 14:35
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub25.04.2025 - 14:23
“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda elmi konfransın materialları çapdan çıxıb25.04.2025 - 14:11
Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək25.04.2025 - 13:48
Qanunvericilikdə dəyişiklik - Əlilliyi olan uşaqlar termini yaradıldı25.04.2025 - 13:36
TKTA-dan xaricdə təhsil almaq istəyənlərə TÖVSİYƏ25.04.2025 - 13:24
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb25.04.2025 - 13:12
Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub25.04.2025 - 13:00
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ25.04.2025 - 12:49
14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb25.04.2025 - 12:34
Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar25.04.2025 - 12:23
TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır25.04.2025 - 12:11
Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb25.04.2025 - 11:59
İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib - FOTO25.04.2025 - 11:49
Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib25.04.2025 - 11:37
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib - FOTO25.04.2025 - 11:25
BMU-İNHA İDP tələbələrinin iştirak etdiyi robotik kodlama düşərgəsi yekunlaşıb - FOTO25.04.2025 - 11:12
“Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinə start verilir25.04.2025 - 10:58
Sudanlı tələbə: “Arzuladığım təhsili BMU-da ala bilirəm”25.04.2025 - 10:46
Türkiyəli profesor BDU-da tələbələrə ustad dərsi keçib - FOTO25.04.2025 - 10:34
NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib - FOTO25.04.2025 - 10:22
Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib25.04.2025 - 10:10
Bölgələrdə tibb kollecləri açılacaq- NAZİRDƏN TAPŞIRIQ25.04.2025 - 09:53
Məktəbdə bıçaqlı hücum: 1 nəfər ölüb, 3 nəfər yaralanıb25.04.2025 - 09:41
Onların təhsil xərcləri bu şərtlə ödənəcək - QƏRAR25.04.2025 - 09:31
Sertifikasiyadan kəsilənlər bu qədər müddət işləyə bilər25.04.2025 - 09:21
“Zəkaların mübarizəsi”nin regional mərhələsi üzrə bilik yarışı keçirilib - FOTO25.04.2025 - 09:11
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb25.04.2025 - 09:00
“Muğam” Televiziya Müsabiqəsi başlayır25.04.2025 - 08:50
AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub - FOTO25.04.2025 - 08:40