Təhsil 365 - Logo Mobile

Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar - beynəlxalq elmi-praktik konfrans

8125.04.2025 - 16:25
Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar - beynəlxalq elmi-praktik konfrans

Aprelin 25-də Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru professor İbad Abbasov konfransın mövzusunun aktuallığını vurğulayıb və hər bir ölkənin suverenliyinin möhkəmləndirilməsinin və dövlət müstəqilliyinin inkişafının onun iqtisadi gücü ilə birbaşa bağlı olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bu kontekstdə Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı xüsusi əhəmiyyət daşıyır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu fikir iqtisadiyyatın həyatın bazisi, siyasətin isə onu idarə edən üstqurum olduğunu bir daha təsdiqləyir.

Professor İbad Abbasov qeyd edib ki, məhz bu yanaşmaya uyğun olaraq Prezident İlham Əliyev 2025-ci il 11 fevral tarixli Sərəncamla 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib. Bu qərar hüquqi və iqtisadi baxımdan Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm strateji addımdır və ölkədə rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır. Bu baxımdan Bakı Biznes Universiteti bir ali təhsil müəssisəsi olaraq suverenliyin möhkəmləndirilməsi istiqamətində töhfə vermək məqsədilə sözügedən mövzuda beynəlxalq elmi-praktik konfrans təşkil etməyi özünə mənəvi borc bilib. Konfransın plenar iclasında Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə “Azərbaycanda real sektorun rəqabət mühiti və onun qanunvericilik bazasının təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli ölkə və müəssisələrin rəqabət qabiliyyəti ilə bağlı analitik baxışlarını təqdim edib.

Konfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev suverenliyin möhkəmləndirilməsi baxımından rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yönəlmiş yeni strateji yanaşmaların müzakirəsinin, innovativ həllərin təhlilinin və dayanıqlı iqtisadi modelin formalaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov isə çıxışında rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında süni intellekt texnologiyalarının mühüm rol oynadığını qeyd edib. Natiqlər çıxışlarında vurğulayıblar ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması və davamlı inkişafının təmin edilməsi dövlətin gələcəyi, xalqın rifahı, eləcə də ölkənin hüquqi, siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində xarici ölkələrdən də tanınmış alimlər iştirak ediblər. Türkiyənin Kadır Has Universitetindən professor Özgür Orhanqazi, Polşanın Bıdqoş İqtisad Universitetindən prorektor Maqdalena Berqman, Estoniyanın Tallin Texnologiya Universitetindən Arçil Koçia, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən İstvan Temesi, Litvanın Utenos Tətbiqi Elmlər Universitetindən Ruta Meiste, Birləşmiş Ərəb Əmirliklərinin Qulf Universitetindən dosent Sabrin Ali Azim, Rumıniyanın Babeş-Bolyai Universitetindən Trayan İonut Luka və Moldovanın İqtisadi Araşdırmalar Akademiyasından dosent Tatiana Qutium iqtisadi rəqabətqabiliyyətlilik, süni intellektin tətbiqi, yaşıl idarəetmə və dayanıqlı inkişaf mövzularında çıxış edərək öz ölkələrinin qabaqcıl təcrübələrini bölüşüblər.

Plenar iclasdan sonra konfrans bölmə iclasları ilə davam etdirilib. Bu sessiyalarda iştirakçılar müxtəlif sahələrdə rəqabət qabiliyyətinin artırılması yolları, innovasiya, rəqəmsallaşma və dayanıqlı inkişafın təmin olunması üzrə yeni iqtisadi modellər ətrafında geniş elmi-praktik fikir mübadiləsi aparıblar.

Elmina Muxtarlı

Xəbər Lenti

Dünya Məktəbinin yubiley tədbiri keçirilib - FOTO26.04.2025 - 07:10
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür26.04.2025 - 06:50
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür26.04.2025 - 06:25
9 yaşlı uşaq xəstəxanada ölüb26.04.2025 - 06:12
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var26.04.2025 - 06:00
Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO25.04.2025 - 16:59
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb25.04.2025 - 16:47
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb25.04.2025 - 16:36
AMEA-da türkoloq Cavad Heyətin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTO25.04.2025 - 16:13
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub - FOTO25.04.2025 - 15:54
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb25.04.2025 - 15:43
ADPU-da maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib - FOTO25.04.2025 - 15:32
Suraxanıda Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib25.04.2025 - 15:21
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib SƏRƏNCAM25.04.2025 - 15:10
Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib25.04.2025 - 14:59
BDU Bolqarıstanın Cənub-Qərb Universiteti ilə əməkdaşlıq edəcək - FOTO25.04.2025 - 14:47
AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib - FOTO25.04.2025 - 14:35
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub25.04.2025 - 14:23
“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda elmi konfransın materialları çapdan çıxıb25.04.2025 - 14:11
Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb25.04.2025 - 13:59
Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək25.04.2025 - 13:48
Qanunvericilikdə dəyişiklik - Əlilliyi olan uşaqlar termini yaradıldı25.04.2025 - 13:36
TKTA-dan xaricdə təhsil almaq istəyənlərə TÖVSİYƏ25.04.2025 - 13:24
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb25.04.2025 - 13:12
Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub25.04.2025 - 13:00
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ25.04.2025 - 12:49
14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb25.04.2025 - 12:34
Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar25.04.2025 - 12:23
TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır25.04.2025 - 12:11
Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb25.04.2025 - 11:59
İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib - FOTO25.04.2025 - 11:49
Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib25.04.2025 - 11:37
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib - FOTO25.04.2025 - 11:25
BMU-İNHA İDP tələbələrinin iştirak etdiyi robotik kodlama düşərgəsi yekunlaşıb - FOTO25.04.2025 - 11:12
“Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinə start verilir25.04.2025 - 10:58
Sudanlı tələbə: “Arzuladığım təhsili BMU-da ala bilirəm”25.04.2025 - 10:46
Türkiyəli profesor BDU-da tələbələrə ustad dərsi keçib - FOTO25.04.2025 - 10:34
NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib - FOTO25.04.2025 - 10:22
Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib25.04.2025 - 10:10
Bölgələrdə tibb kollecləri açılacaq- NAZİRDƏN TAPŞIRIQ25.04.2025 - 09:53
Məktəbdə bıçaqlı hücum: 1 nəfər ölüb, 3 nəfər yaralanıb25.04.2025 - 09:41
Onların təhsil xərcləri bu şərtlə ödənəcək - QƏRAR25.04.2025 - 09:31
Sertifikasiyadan kəsilənlər bu qədər müddət işləyə bilər25.04.2025 - 09:21
“Zəkaların mübarizəsi”nin regional mərhələsi üzrə bilik yarışı keçirilib - FOTO25.04.2025 - 09:11
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb25.04.2025 - 09:00
“Muğam” Televiziya Müsabiqəsi başlayır25.04.2025 - 08:50
AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub - FOTO25.04.2025 - 08:40