Təhsil 365 - Logo Mobile

“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

5525.04.2025 - 16:47
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

4SİM və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində artıq 7500 nəfər təlimlərdən yararlanıb.

“Tehsil365” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” layihəsi çərçivəsində artıq 7500 nəfər təlimlərdən yararlanıb. İstifadəçilər “Coursera” onlayn təhsil platformasında 31 min 290 təlimə müraciət ediblər, 6599 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikat əldə edib.

Vətəndaşlar daha çox “DeepLearning.AI” şirkətinin “AI for everyone” (512 nəfər istifadəçi), “Google” şirkətinin “Foundations of Project Management” (364 nəfər) və IBM şirkətinin “Introduction to Artificial Intelligence” təlimlərinə (325 nəfər) maraq göstərib.

Qeyd edək ki, proqram çərçivəsində ödənişsiz təlimlərdən yararlanmaq istəyənlər üçün qeydiyyat davam edir. form.4sim.gov.az saytına daxil olaraq qeydiyyatdan keçənlər “Coursera” platformasında 8000 kursdan 6 həftə ərzində yararlanmaq imkanı əldə edirlər.

Aprelin 1-dən başlayan proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançester, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya bacarıqlarına dair təlimlər “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Layihə çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. SOCAR, bp, “Pasha Holding” və JOCAP şirkətləri bu proqramın əsas tərəfdaşlarıdır.

Xatırladaq ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 min nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

Elmina Muxtarlı

Xəbər Lenti

Dünya Məktəbinin yubiley tədbiri keçirilib - FOTO26.04.2025 - 07:10
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür26.04.2025 - 06:50
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür26.04.2025 - 06:25
9 yaşlı uşaq xəstəxanada ölüb26.04.2025 - 06:12
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var26.04.2025 - 06:00
Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO25.04.2025 - 16:59
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb25.04.2025 - 16:36
Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar - beynəlxalq elmi-praktik konfrans25.04.2025 - 16:25
AMEA-da türkoloq Cavad Heyətin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTO25.04.2025 - 16:13
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub - FOTO25.04.2025 - 15:54
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb25.04.2025 - 15:43
ADPU-da maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib - FOTO25.04.2025 - 15:32
Suraxanıda Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib25.04.2025 - 15:21
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib SƏRƏNCAM25.04.2025 - 15:10
Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib25.04.2025 - 14:59
BDU Bolqarıstanın Cənub-Qərb Universiteti ilə əməkdaşlıq edəcək - FOTO25.04.2025 - 14:47
AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib - FOTO25.04.2025 - 14:35
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub25.04.2025 - 14:23
“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda elmi konfransın materialları çapdan çıxıb25.04.2025 - 14:11
Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb25.04.2025 - 13:59
Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək25.04.2025 - 13:48
Qanunvericilikdə dəyişiklik - Əlilliyi olan uşaqlar termini yaradıldı25.04.2025 - 13:36
TKTA-dan xaricdə təhsil almaq istəyənlərə TÖVSİYƏ25.04.2025 - 13:24
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb25.04.2025 - 13:12
Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub25.04.2025 - 13:00
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ25.04.2025 - 12:49
14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb25.04.2025 - 12:34
Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar25.04.2025 - 12:23
TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır25.04.2025 - 12:11
Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb25.04.2025 - 11:59
İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib - FOTO25.04.2025 - 11:49
Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib25.04.2025 - 11:37
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib - FOTO25.04.2025 - 11:25
BMU-İNHA İDP tələbələrinin iştirak etdiyi robotik kodlama düşərgəsi yekunlaşıb - FOTO25.04.2025 - 11:12
“Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinə start verilir25.04.2025 - 10:58
Sudanlı tələbə: “Arzuladığım təhsili BMU-da ala bilirəm”25.04.2025 - 10:46
Türkiyəli profesor BDU-da tələbələrə ustad dərsi keçib - FOTO25.04.2025 - 10:34
NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib - FOTO25.04.2025 - 10:22
Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib25.04.2025 - 10:10
Bölgələrdə tibb kollecləri açılacaq- NAZİRDƏN TAPŞIRIQ25.04.2025 - 09:53
Məktəbdə bıçaqlı hücum: 1 nəfər ölüb, 3 nəfər yaralanıb25.04.2025 - 09:41
Onların təhsil xərcləri bu şərtlə ödənəcək - QƏRAR25.04.2025 - 09:31
Sertifikasiyadan kəsilənlər bu qədər müddət işləyə bilər25.04.2025 - 09:21
“Zəkaların mübarizəsi”nin regional mərhələsi üzrə bilik yarışı keçirilib - FOTO25.04.2025 - 09:11
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb25.04.2025 - 09:00
“Muğam” Televiziya Müsabiqəsi başlayır25.04.2025 - 08:50
AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub - FOTO25.04.2025 - 08:40