Təhsil 365 - Logo Mobile

Məktəblilərin öldüyü qəzaya görə saxlanılanların məhkəməsi başlayır

7428.04.2025 - 07:53
Məktəblilərin öldüyü qəzaya görə saxlanılanların məhkəməsi başlayır

Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə başlayır.

Cinayət işinin məhkəməyə verilməsi

“Tehsil365” xəbər verir ki, cinayət işi İmişli Rayon Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 6-na təyin edilib.

Qəza hadisəsi və ilkin istintaq

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Təqsirləndirilən şəxslə bağlı məlumat

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qəza yerində hüquq pozuntuları

Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

Qəzada üçüncü məktəblinin ölümü

Onu da əlavə edək ki, qəzada xəsarət alan uşaqlardan biri müalicə olunduğu Yeni Klinikada yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.

Elmina Muxtarlı

Xəbər Lenti

Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər09.05.2025 - 12:05
BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib - FOTO09.05.2025 - 07:50
Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib - FOTO09.05.2025 - 07:40
Bakıda uşaq bağçası bağlanır09.05.2025 - 07:30
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçirilir09.05.2025 - 07:20
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı PAYLAŞIM09.05.2025 - 07:10
Fransada universitetlərdə hicabın qadağan olunması istənilir09.05.2025 - 07:00
İlham Əliyevlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2025 - 06:50
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib09.05.2025 - 06:40
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir09.05.2025 - 06:30
İlham Əliyevdən 9 May PAYLAŞIMI09.05.2025 - 06:20
295 nömrəli məktəbdə Ulu Öndər anıldı - FOTO09.05.2025 - 06:10
Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib - FOTO09.05.2025 - 05:59
Heydər Əliyev və Azərbaycan təbiəti - seminar08.05.2025 - 17:10
BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb - FOTO08.05.2025 - 16:50
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli - FOTO08.05.2025 - 16:30
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib - FOTO08.05.2025 - 16:20
Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO08.05.2025 - 16:10
BDU-da ali təhsildə keyfiyyət təminatı üzrə təlim proqramı uğurla tamamlanıb - FOTO08.05.2025 - 16:00
UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO08.05.2025 - 15:40
“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” – mühazirə08.05.2025 - 15:30
Kollecdə tədbir: Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır - FOTO08.05.2025 - 15:20
Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib - FOTO08.05.2025 - 15:10
Əbədiliyə doğru 102 addım - FOTO08.05.2025 - 15:00
BDU-nun Geologiya fakültəsinin tələbələri “Azerbaijan International Mining Company”də istehsalat təcrübəsində - FOTO08.05.2025 - 14:50
Tələbələrə “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirə oxunub - FOTO08.05.2025 - 14:40
Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır08.05.2025 - 14:30
AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir - FOTO08.05.2025 - 14:20
BDU-da tədbir: İsrailin mədəni irsi - FOTO08.05.2025 - 14:10
Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi08.05.2025 - 13:59
Müasir Azərbaycanın memarı – elmi sessiya08.05.2025 - 13:47
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib - FOTO08.05.2025 - 13:35
Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO08.05.2025 - 13:23
MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb - FOTO08.05.2025 - 13:11
AMEA-da Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti ilə görüş keçirilib08.05.2025 - 13:00
Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTO08.05.2025 - 12:50
Özbəkistanlı alim BDU tələbələrinə mühazirə oxuyub - FOTO08.05.2025 - 12:40
MEK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş sərgi keçirilir08.05.2025 - 12:30
Arxeoloqlar Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünü qeyd ediblər08.05.2025 - 12:20
Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu - elmi konfrans08.05.2025 - 12:10
“Üzvi sintezdən praktikum” dərs vəsaiti çap olunub08.05.2025 - 11:57
Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar - FOTO08.05.2025 - 11:34
Özbəkistanın poeziya nəğməsi Azərbaycanda - “Aşiqlərə salam deyin”08.05.2025 - 11:21
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub - FOTO08.05.2025 - 11:11
ADPU ilə Qazi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO08.05.2025 - 11:00
Paytaxt məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər08.05.2025 - 10:50
BMU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO08.05.2025 - 10:40
ADNSU-da Memorial otağın açılışı olub 08.05.2025 - 10:30