Təhsil 365 - Logo Mobile

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır – məqalə

9828.04.2025 - 11:11
Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır – məqalə

2025-ci il Azərbaycan mətbuatı tarixində əlamətdar illərdən biridir. Bu il milli mətbuatımızın 150 ili tamam olur. Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız şərəfli yol keçmiş, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynamışdır.

“Tehsil365” xəbər verir ki, bu fikirlər AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Mətbuatımızın 150 illik yubileyinin qeyd olunması onun müasir dövrdəki fəaliyyətinin qiymətləndirilməsi, qarşısında yeni vəzifələrin müəyyənləşdirilməsi, eləcə də gələcək nəsillər üçün mətbu irsimizin qorunub saxlanılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşdüyü qeyd olunub.

Milli mətbuatımızın qürur yeri olan “Əkinçi” fəaliyyət göstərdiyi cəmi iki il ərzində azərbaycançılıq, müasirləşmə, milli özünüdərk kimi bəşəri dəyərləri təbliğ etmiş, Azərbaycanda müstəqil demokratik mətbuatın təməlini formalaşdırmışdır. “Əkinçi”nin ardınca “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat” və digər qəzetlər, jurnallar mətbuatımızın inkişafında, cəmiyyətin quruculuğu prosesində əvəzsiz rol oynamışlar.

Ölkəmizdə mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyev hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib. Ulu Öndər mətbuatımızın inkişafı yönündə 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi, eləcə də 1998-ci Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı Sərəncamın imzalanması Heydər Əliyevin mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər.

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda da Ümummilli Liderin mətbuatımızın inkişafında roluna dair mühüm faktlar yer alıb. Qeyd olunub ki, Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahədə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının mətbuatın inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğı, jurnalistika sahəsində problemlərin həlli istiqamətində atdığı addımlar, qəbul etdiyi əhəmiyyətli qərarlar medianın fəaliyyətinin genişlənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Sərəncamda, həmçinin müasir dövrdə Azərbaycan mətbuatında müşahidə olunan yeni tendensiyalar, süni intellekt və rəqəmsal texnologiyaların təsiri ilə bu sahədə baş verən dəyişikliklərə toxunulub, Azərbaycan mediasının qarşısında yeni vəzifələrin müəyyənləşdirildiyi qeyd olunub: “Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Məlumdur ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə Azərbaycan həqiqətlərinin operativ işıqlandırılması üçün böyük əzmkarlıqla, yorulmadan çalışıblar. Üç il sonra – 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyulub. Bu çətin və şərəfli tarixi mərhələdə də Azərbaycan mətbuatı yüksək peşəkarlıq, fədakarlıq nümayiş etdirib, Vətənimizin ədalətli mübarizəsi, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə obyektiv məlumatları ötürüb.

Sərəncamda qeyd olunduğu kimi, müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaradıb.

Vətən müharibəsindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sferasında da yeni reallıqların yaranması bir müddət sonra dövlətimizin başçısı tərəfindən “Media haqqında” Qanunun təsdiqlənməsi ilə nəticələnib. Demokratik məzmunu ilə diqqət cəlb edən bu qanun Azərbaycan mətbuatının tərəqqisi üçün yeni imkanlar açıb, mühüm vəzifələr müəyyənləşdirib. “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir”, – deyə “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam”da vurğulanıb.

Sərəncamda milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq milli mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması qərara alınıb. Sözügedən sənəd dövlətimizin başçısının Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğı ilə yanaşı, jurnalistika sahəsində fəaliyyət göstərən hər kəsin qarşısında yeni prioritetlərin müəyyənləşdirildiyini göstərir, jurnalistləri öz işini daha məsuliyyətlə yerinə yetirməyə, səmərəli fəaliyyət göstərməyə səsləyir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80, Azərbaycanın ilk veb-saytı – “science.gov.az”ın isə yaranmasının 30 ili tamam olur. AMEA 80 illik fəaliyyəti ərzində uğurla fəaliyyət göstərərək Azərbaycan elminin dayağına çevrilib, çoxaspektli, fundamental tədqiqatların mərkəzi olub, elmimizi bütün dünyada təmsil edib.

Ölkə jurnalistikasında xüsusi yeri olan AMEA mətbuatı – “science.gov.az” da bu illər ərzində Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, bu sahənin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri təbliğ edib. Portal bu gün də tarixi ənənələrə sadiq qalaraq Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir.

Bu gün AMEA akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni mərhələdə uğurla fəaliyyət göstərir, zəngin elmi ənənələrini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Akademik İsa Həbibbəyli jurnalistikanın inkişafına xüsusi önəm verərək AMEA-da mətbuatın müstəqil və peşəkar fəaliyyəti istiqamətində mühüm qərarlar qəbul edir, mütəmadi toplantılar keçirir.

Təbii ki, bir-biri ilə bağlı olan bütün bu tarixi hadisələr, yubileylər kontekstində elm və informasiya cəmiyyətinin tərəqqisi, jurnalistikamızın yeni mərhələdə inkişafı da böyük məna kəsb etməyə başlayır. Dövlətimizin başçısının milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyəti daha da artır. İnanırıq ki, bu mühüm sənəd ölkə jurnalistikasının gələcək inkişafı üçün yeni üfüqlər açacaq, söz və ifadə azadlığının daha da möhkəmləndirilməsi, zəngin mətbu irsimizin öyrənilməsi, təbliği və gənc nəsillərə çatdırılması istiqamətində innovativ layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Elmina Muxtarlı

Xəbər Lenti

Naxçıvan Dövlət Universitetində qabiliyyət tələb edən magistratura ixtisaslarına qeydiyyat başlayıb01.07.2025 - 15:30
Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirəcək01.07.2025 - 15:20
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlük imtahanını keçirəcək01.07.2025 - 15:10
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib01.07.2025 - 15:00
AMEA İctimai Elmlər Bölməsində Şahbulaq Arxeoloji Kompleksinin Tədqiqi Müzakirə Edilib01.07.2025 - 14:50
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasında ilk müştərək layihə müsabiqəsi elan edilib01.07.2025 - 14:40
Dünya Bankı süni intellektin ali təhsildə tətbiqi ilə bağlı hesabat yayımladı01.07.2025 - 14:30
Sertifikasiya imtahanları 5 mindən çox müəllimin işdən azad olunması ilə nəticələnib – Rəqəmlər açıqlandı01.07.2025 - 14:20
“Milli Proqram” çərçivəsində 27 min təlim tamamlandı – Coursera-da yeni mərhələyə start verildi01.07.2025 - 14:20
İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib01.07.2025 - 14:10
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddialar yayılıb – Nazirlikdən açıqlama gözlənilir01.07.2025 - 14:00
Təkrar sertifikasiyada 2 344 müəllim uğursuz oldu – Əmək müqavilələri ləğv ediləcək01.07.2025 - 13:50
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illiyinə həsr olunan sərgilər təqdim olunub-FOTO01.07.2025 - 13:40
Sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüşlərə start verildi – BŞTİ komissiya yaratdı01.07.2025 - 13:30
“Munisnamə”nin təsəvvüf mənbəyi kimi əhəmiyyəti araşdırılıb – Yeni elmi nəşr çapdan çıxıb01.07.2025 - 13:20
Azərbaycan və Tacikistan arasında təhsil əməkdaşlığı çərçivəsində 2025–2026-cı il üzrə təqaüd proqramı elan edildi01.07.2025 - 13:00
Mingəçevir Dövlət Universitetində Məzun günü keçirilib 01.07.2025 - 12:50
ADNSU-da “Məzun Günü” qeyd edilib - FOTO 01.07.2025 - 12:40
Rezidenturaya qəbul imtahanının nəticələri elan edilib01.07.2025 - 12:30
Təkrar sertifikatlaşdırma suallarında səhv olmayıb01.07.2025 - 12:20
334 müəllim təkrar sertifikatlaşdırmada iştirak etməyib01.07.2025 - 12:10
İmtahan zamanı qaydaları pozan 4 müəllimin nəticələri ləğv olunub01.07.2025 - 12:00
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin sayı 2000-i ötüb01.07.2025 - 11:50
Akademik Cəlal Əliyevin 97-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib01.07.2025 - 11:40
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul üçün müraciət etmək istəyən şagirdlərin nəzərinə01.07.2025 - 11:30
PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı tədqiqat həyata keçirilib01.07.2025 - 11:20
Akademik Cəlal Əliyevin məzarı önündə ziyarət həyata keçirilib01.07.2025 - 11:10
Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10
17 yaşlı gənc kanalda batdı01.07.2025 - 08:00
Oxu.Az 12 yaşını qeyd edir01.07.2025 - 07:50
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin iyun sayı təqdim edilib01.07.2025 - 07:40