Təhsil 365 - Logo Mobile

Yarımçıq qalmış müəllim ömrü...

2906.09.2023 - 13:55
Yarımçıq qalmış müəllim ömrü...

Ömrün azlığından şikayətlənmədi

Ömrü insan kimi başa vuranlar!

2023-cü  il avqust  ayının 27-si. Yayın son ayı. Yandırıcı avqust istisi. Bu istidə daha dəhşətli bir ölüm xəbəri.   Əzizimiz İradə Nəbiyevanın qəfil ölüm xəbəri sanki bir ildırım kimi düşdü onu sevənlərin  dünyasına. Ölümünə inanmadıq, inanmayacağıq, barışmayacağıq! Adı daima qəlbimizdə, xatirələrimizdə və dilimizdə yaşayacaq. 

İnanmadı onsuz da heç kim bu məşum xəbərə. Axı bu necə ola bilər? Hamı uzunmüddətli yay tətilindən doğma məktəbə qayıdarkən hamının sevimlisi İradə müəllimə əbədi “məzuniyyətəmi” yollanır? Ola bilməz axı! Axı hamı yeni dərs ilində onun  gəlişini, məlahətli danışığını, həvəslə tədris edəcəyi dərslərini, qazanacağı yeni-yeni uğurlarını gözləyirdi. İradə müəllimə onu sevənləri, ailəsini, kollektivini, canı qədər sevdiyi şagirdlərini  tərk edib necə gedə bilər axı? Axı dünənə qədər duyan insan, döyünən bir qəlb necə yox ola bilər? Necə heçliyə doğru axan bir axına qoşula bilər?

Axı o öz məsuliyyəti, çalışqanlığı, nizam-intizamı ilə hər kəsə örnək olan bir pedaqoq idi? Bəs bu dəfə sözünə vəfalı çıxıb niyə dönmədi geri? İradə müəllimə, yeni  dərs ili başlayır. Bizi qoyub hara gedirsiniz bu tezliklə? Axı hər yerdə sizin yeriniz görünəcək! Mehriban şagirdləriniz, sinif otaqları,  Bakı Slavyan Universitetinin Məktəb-Liseyi Kompleksi kollektivinin hər bir üzvü, qırmızı qələminiz, ədəbiyyat  kitabınız və daha nələr, nələriniz  sizi gözləyir. Nə olar qayıdın geri! Ölüm sizə yaraşmadı. 

Son vida! Son nəfəs! Bizi vaxtsız tərk etdiniz! Ölümü həqiqət, həyatı röya olan dünyadan İradə müəllimə keçdi! Bu cümləyə Əsli hıçqırdı, Kərəm yandı! Bu cümləyə təbiət, torpaq da hönkür-hönkür ağladı! 30   ilə qədər pedaqoji stajı, iti qələmi, güclü yaddaşı olan, çiynində çox çətin, şərəfli və məsuliyyətli bir yük  daşıyan əsl müəllim idi İradə Nəbiyeva. Azərbaycan dili və ədəbiyyatını mükəmməl bilməsi,  bunu şagirdlərinə sevə-sevə öyrətmə metodları, elmi-publisistik yazıları, məqalələri,  gözəl nitqi ilə  sözün əsl mənasında  ziyalı bir insan, əsl Azərbaycan qadını, xanımı idi. 
Neçə illərdir ki, yetirmələri  məhz  İradə  müəllimin  sayəsində Azərbaycanımıza layiq vətəndaşlar kimi formalaşıb  ana dilimizi, söz sənətimizi  və onun zənginliyini  sevib öyrəniblər. Çünki  gözəl insan  hər bir dərsində sanki əsl  ustad dərsləri keçirdi.

O, şagirdlərinə  sadəcə Azərbaycan dili və ədəbiyyatını  deyil, həyatı, gözəl insan olmağın sirlərini öyrədirdi. Axı o həm savadlı, ziyalı müəllim, həm də dəyərli bir şəxsiyyət, mükəmməl bir xanım idi . Onun mütəmadi verdiyi açıq dərslər, təşkil etdiyi ədəbi-bədii gecələr, tədbirlər İradə müəllimin  peşəkarlığından və yorulmaz fəaliyyətindən xəbər verirdi. 

Həyatı boyunca sadə, mərhəmətli, yardımsevər  və vicdanlı insan adını layiqincə daşıyan,  əsl pedaqoq kimi Əməkdar müəllim zirvəsinə qədər pillə-pillə  ucalan tələbkar müəllim,  qayğıkeş ana, vəfalı dost, mehriban iş yoldaşıtək  daima hörmət bəslənilən  İradə  müəllimə əsl ziyalı olmağın qürurunu yaşadı. Onun ömür tarixçəsinə gözəl ailə, şərəfli müəllim peşəsi və əbədiyaşar insanlıq, hörmət,  məhəbbət sözləri həkk edildi. Onun yarımçıq qalan ömür yolu övladları və şagirdləri ilə bundan sonra davam edəcək, ağır olsa da, xatırlanacaq, qəlbləri kövrəldəcək.

Dünya adlı pəncərədən bir alagöz xanım məğrur-məğrur baxıb keçdi deyəcəklər. Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi dəyərli bir gövhər itirdi. Neçə-neçə nəsil gənclər qayğıkeş və fədakar, öz işini fanatı olan bir pedaqoqla ünsiyyətdən, öyrənmə imkanından, məktəb isə işıqlı ziyalı zəkasından, şagirdlərinə, təcrübəçi tələbələrinə, gənc həmkarlarına nümunə və örnək olan bir müəllimdən məhrum oldu…

İradə müəllimə, siz həmişə bizimləsiniz! Xatirəmizdə daima vüqarlı, iradəli və mərdanə bir insan olaraq qalacaqsınız!

Ruhunuz şad, məkanınız cənnət olsun!

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin kollektivi


Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərsdə halı pisləşən şagird ÖLDÜ05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45