Təhsil 365 - Logo Mobile

NDU-nun tabeliyinə verilən institutlar: Gözləntilər

7302.05.2025 - 10:40
NDU-nun tabeliyinə verilən institutlar: Gözləntilər

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təbii Ehtiyatlar  və Bioresurslar institutlarının Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi elm və təhsilin inteqrasiyasını təmin etmək sahəsində aparılan məqsədyönlü islahatların davamı kimi bu istiqamətdə atılan növbəti mühüm addımdır. Sərəncam ali təhsil müəssisələrinin elmi-tədqiqat imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. 

Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar və Bioresurslar institutları universitetimizin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin maddi-texniki bazasının zənginləşdirilməsində, elmi fəaliyyətin yüksəldilməsində mühüm rol oynayacaq. Bu institutlar universitetin elmi potensialını artırmaqla yanaşı, təhsildəki keyfiyyəti daha da yüksəldəcək, eyni zamanda, Azərbaycan elminin inkişafına önəmli töhfə verəcək. 

Təbii Ehtiyatlar və Bioresurslar institutları ilə əməkdaşlıq Naxçıvan MR-də elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadənin səmərəliliyinin artırılması, Naxçıvanın təbii ehtiyatlarının və bioresurslarının öyrənilməsi, istifadəsi və qorunması sahəsində aparılan işlər fakültəmizin professor-müəllim heyətinin və tələbə kontingentinin elmi fəaliyyətinə mühüm töhfələr verməklə yanaşı, son illərdə əldə olunan elmi nəticələri daha da zənginləşdirəcək.

Bioresurslar İnstitutu ilə birgə Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, həmçinin  bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları elmi istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirmək mümkündür. İnstitutun tərkibində 5 şöbə (Nəbatat, Zooloji tədqiqatlar, Bitki sistematikası, İnnovasiya və elmi-istehsalat, İnzibati təsərrüfat,), 4 laboratoriya (Meyvə, tərəvəz və üzüm; Dənli taxıl, paxlalı və texniki bitkilər; Biokimyəvi tədqiqatlar; Torpaq ehtiyatları), həmçinin Nəbatat bağı,  Təbiət muzeyi və "Herbari fondu" fəaliyyət göstərir. İnstitutun Nəbatat bağının ərazisi 13,2 hektardır. Burada Naxçıvan MR-in ayrı-ayrı rayonlarının meyvə bağlarından və şəxsi təsərrüfatlardan gətirilmiş qiymətli meyvə və üzüm sortlarından genefond bağları yaradılıb, qurulmuş istixanada Naxçıvan MR-in iqliminə uyğun olmayan xeyli sayda bitki nümunəsi saxlanılır (Yapon kameliyası, ananas, avokado, limon, portağal, palmalar, kofe ağacı, çoxlu sayda kaktuslar və sair), yaşıllaşdırmada istifadə edilməsi üçün yeni dekorativ ağac və kollar, efir yağlı və çiçəkli bitkilərin introduksiyası və artırılması işləri də aparılır. İnstitutda fakültəmizin “Biologiya”, “Biologiya müəllimliyi”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarında təhsil alan tələbələrin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqatlar aparması, nəzəri və praktik dərslər, istehsalat təcrübəsi keçmələri, magistr dissertasiyası və buraxılış işləri üzrə tədqiqatlar aparması üçün yüksək maddi-texniki baza var.

Təbii Ehtiyatlar İnstitutunda isə 6 laboratoriya (mineral xammalın kimyası və texnologıyası, sorbsiya prosesləri, fiziki tədqiqatlar, hidrogeologiya və mineral sular, filiz və qeyri-filiz, geoekologiya və seysmologiya), 3 şöbə (Coğrafiya, İqtisadiyyat, Seysmoloji Xidmət) fəaliyyət göstərir. İnstitutla birgə əməkdaşlıq sayəsində həm professor-müəllim heyətimiz, həm də tədqiqatla məşğul olan tələbələrimiz bakalavr və magistr dissertasiya işlərinin təcrübələrini yerinə yetirməyə, yüksək indeksli jurnallara məqalələr hazırlamağa, qrant və layihə işlərini yerinə yetirməyə, yerli xammal əsasında sənaye və praktiki əhəmiyyətli maddələrin və materialların alınması və tətbiq edilməsinə, beynəlxalq olimpiada və müsabiqələrdə iştirak etməyə nail olacaqlar. Həmçinin “Kimya” və “Kimya müəllimliyi” ixtisaslarında təhsil alan tələbələrimiz nəzəri və praktik dərsləri, istehsalat təcrübələrini də bu institutun bazasında keçə biləcəklər.

Prezidentin müvafiq sərəncamı fakültəmizin professor-müəllim heyətinin elmi-tədqiqat sahəsində yeni hədəflərinin müəyyənləşdirilməsinə imkanlar açır. Bu institutların bazasında yerinə yetiriləcək elmi- tədqiqatların nəticələrinin tədrisə tətbiqi universitetimizdə yüksəkixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Təbii Ehtiyatlar və Bioresurslar institutlarının universitetimizin tabeliyinə verilməsi ölkə başçısının bir daha Naxçıvan Dövlət Universitetinə göstərdiyi yüksək qayğının və etimadın bariz nümunəsidir. Bu elmi-tədqiqat institutları ilə əməkdaşlıq Naxçıvan MR-in flora və faunasının tədqiqi, mühafizəsi, təbii ehtiyatlarının səmərəli istifadəsi istiqamətlərində yeni-yeni tədqiqat imkanları yaratmaqla elmimizə mühüm nailiyyətlər qazandıracaq. Həm Təbii Ehtiyatlar, həm də Bieoresurslar İnstitutu universitetimizin bundan sonrakı elmi tədqiqat işlərində mühüm baza kimi önəmli olacaq. 
Universitetimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğıya və etimada görə kollektivimiz adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Bəhruz MƏMMƏDOV,
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi 

Aydan Ələkbərova

Xəbər Lenti

"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 07:56
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02
Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək13.12.2025 - 06:49
Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi13.12.2025 - 06:36
Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib13.12.2025 - 06:23
Astara şəhərində Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş bilik yarışması keçirildi13.12.2025 - 06:10
Astara şəhərində “Gənclərin DİN sistemi üzrə təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirildi13.12.2025 - 05:57
Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaranmasından 101 il ötür13.12.2025 - 05:44
Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev anılır13.12.2025 - 05:31
Şərqşünas alim Saleh Əliyevin doğum günüdür13.12.2025 - 05:18
Əməkdar memar Abbas Ələsgərovun doğum günüdür13.12.2025 - 05:05
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi – Vidadi Nərimanbəyov13.12.2025 - 04:52
Azərbaycan musiqisinin tanınmış siması – Adil Gəray13.12.2025 - 04:39
Tahir İmanov – Azərbaycan komediyasının tanınmış siması13.12.2025 - 04:26
Nərgiz Paşayeva – Elmin və təhsilin ziyalı siması13.12.2025 - 04:13
1909-cu il: "Şeyx Sənan" operasının premyerası13.12.2025 - 04:00
BMU-da Ulu Öndərin anım günü ilə bağlı açıq dərslər keçirilib12.12.2025 - 19:56
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi12.12.2025 - 19:45
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir12.12.2025 - 19:30
Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 19:24
“Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 19:15
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq12.12.2025 - 19:00
Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:54
Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:45
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:30