Təhsil 365 - Logo Mobile

Mayın 6-dan DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərəcək

7403.05.2025 - 06:10
Mayın 6-dan DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərəcək

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya komissiyası fəaliyyət göstərəcək.

Mərkəzdən “Tehsil365”ə bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//dim.gov.az/CkImage/6_aprel_izah_r_1744003506.pdf ) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Xatırladaq ki, aprelin 6-da DİM tərəfindən aşağıda qeyd olunan imtahanlar keçirilib:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 33 min 382 nəfərdən 2205-i imtahana gəlməyib. Səkkiz nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Aytən Eynur qızı Əsədova göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Aydan Ələkbərova

Xəbər Lenti

Bir millətin zəfəri-28 May27.05.2025 - 16:36
MİQ-də yüksək bal toplamaq üçün 800 manat verdi - Dələduzluqla üzləşdi 27.05.2025 - 16:21
“Əmək hüquqları və qanunvericilik” mövzusunda maarifləndirici təlim təşkil edilib27.05.2025 - 16:10
BDU tələbələri “bp Azərbaycan”ın fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb27.05.2025 - 15:52
Neft və Sənaye Universitetində 28 May – Müstəqillik Günü qeyd olunub27.05.2025 - 15:37
“Karyera xəritəsi necə hazırlanmalıdır?” - infosessiya27.05.2025 - 15:23
ADPU-nun qəbul planı artıb - yeni tədris ilində 2705 tələbə qəbul ediləcək27.05.2025 - 15:08
MEK-də tədbir: 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzidir27.05.2025 - 14:51
Botanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib27.05.2025 - 14:36
AzMİU-da “Təhsildə İdarəçilik Forumu 2025” keçirilib27.05.2025 - 14:22
Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək27.05.2025 - 14:10
“Müstəqilliyimiz əbədidir, dönməzdir!” mövzusunda respublika elmi konfransı keçirilib27.05.2025 - 13:55
Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib27.05.2025 - 13:41
Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA27.05.2025 - 13:26
Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub27.05.2025 - 13:12
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub27.05.2025 - 12:58
Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub27.05.2025 - 12:42
BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub27.05.2025 - 12:31
BDU-da Karyera Festivalı keçirilib27.05.2025 - 12:14
Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar27.05.2025 - 11:59
“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib27.05.2025 - 11:45
Koç Universitetinin rektoru BANM-də olub - FOTO27.05.2025 - 11:30
BDU tələbələrinin rəsədxanada istehsalat təcrübəsi başa çatıb - FOTO27.05.2025 - 11:20
“Müstəqil respublika: Hüquqi dövlətin bünövrəsi və əqli mülkiyyətin qorunması” mövzusunda tədbir keçirilib - FOTO27.05.2025 - 11:10
Peşə təmayüllü siniflərdə interaktiv dərslər təşkil olunub27.05.2025 - 10:57
Taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək27.05.2025 - 10:46
Qalmaqallı “100 böyük türk”ün içində kimlər var? - SİYAHI - FOTO27.05.2025 - 10:35
Sabah 33 dərəcə isti olacaq27.05.2025 - 10:24
İşə qəbul müsabiqəsinin test imtahanı keçirilir27.05.2025 - 10:22
Bu gün Xalq artisti Soltan Dadaşovun doğum günüdür27.05.2025 - 10:11
“Dayanıqlı İnkişaf Məqsədlərinə ümumi baxış və ali təhsildə tətbiqi” - təlim27.05.2025 - 10:01
Qarabağ Universitetinə ayrılan vəsait AÇIQLANIB27.05.2025 - 09:50
Bakıda məktəbdə daha bir QALMAQAL27.05.2025 - 09:40
Təqaüdçü kişi albalı dərmək istəyən məktəbli qızlara atəş açdı27.05.2025 - 09:30
Alimlər Afrika torpaqlarını quraqlıqdan xilas etməyin yolunu tapıblar27.05.2025 - 09:20
Büdcədən təhsil haqqı ödənilən köçkün tələbələrin sayı AÇIQLANDI27.05.2025 - 09:10
Məktəb direktoru və müavininin maaşına 35 faiz əlavə olub27.05.2025 - 09:00
DİM II cəhddə iştirak edəcək abituriyentlərə müraciət etdi27.05.2025 - 08:50
"GƏLƏCƏYİNİ QUR!” layihəsi iştirakçı qəbuluna start verib27.05.2025 - 08:40
Müəllimin yanlış davranışı ilə bağlı məktəbdaxili araşdırma başlayıb27.05.2025 - 08:30
Ötən il bağça və məktəbəqədər təlim qruplarının fəaliyyətinə 415,9 milyon manat xərclənib27.05.2025 - 08:20
ADNSU tələbələri beynəlxalq layihədə iştirak ediblər - FOTO27.05.2025 - 08:10
Azərbaycanda iki universitetə 32,4 milyon manat xərclənib27.05.2025 - 08:00
Ötən il imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün 18,9 milyon manat xərclənib27.05.2025 - 07:50
Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün MİQ mövzuları27.05.2025 - 07:40
Keçən il tələbə kreditinin verilməsi üçün dövlət büdcəsindən 8 milyon manat xərclənib27.05.2025 - 07:30
Komitə sədri: Təhsildən yayınan 23 uşağın məktəbə davamiyyəti təmin olunub27.05.2025 - 07:20
BDU-da “Tələbə məkanı”nın açılışı olub - FOTO27.05.2025 - 07:10