Təhsil 365 - Logo Mobile

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

11303.05.2025 - 06:44
Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür.

“Tehsil365” xəbər verir ki, anadan olmasının 87-ci ildönümü tamam olan görkəmli aktyor yaratdığı bir-birindən bənzərsiz obrazlar qalereyası ilə adını Azərbaycan teatr və kino tarixinə əbədi həkk edib.

Kamal Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda doğulub. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, “Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Yarı-ac, yarı-tox uşaqlıq illərində 7-ci sinfə qədər həm işləyib, həm də oxuyub. Gündüzlər işləyən Kamal, axşamlar 6 saylı fəhlə-gənclər məktəbində təhsil alıb. Məktəb illəri başa çatdıqdan sonra o, çilingər kimi qaz idarəsində əmək fəaliyyəti göstərib. Bacarıqlı işçi olduğu üçün onu Qazaxıstanın xam torpaqlarına ezamiyyətə də göndəriblər. Bakıya artıq 21 yaşlı gənc kimi qayıdan Kamal həyat yolunda vacib qərar qəbul etməli idi.

O, məhz teatrı seçdi. Özü də səbəbini bilmədən sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verdi. Kamal, 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino fakültəsinə daxil oldu və böyük sənətkarlar Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasibdən həm sənət, həm də həyat dərsləri aldı. 1965-ci ildə ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə Akademik Milli Dram Teatrının baş rejissoru olan Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürüldü və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçdi, bu teatrın səhnəsində çoxsaylı rollar yaratdı. Kamal Xudaverdiyev “Almaz”da İbad, “Aydın”da Surxay (Cəfər Cabbarlı), “Kral Lir”də Kral Lir (U.Şekspir), “Xoşbəxtlər”də Sadıq, “Yalan”da Fərman (Sabit Rəhman), “Vaqif” də Eldar, “Mahnı dağlarda qaldı”da Bahadır, “Bağlardan gələn səs”də Kamandar (İ.Əfəndiyev), “Yollara iz düşür”də Loğman (B.Vahabzadə), “Ah Paris... Paris”də süpürgəçi (Elçin), "Şah Edib"də Şah Edib, "İblis”də İbn Yəmin kimi xarakterik rolların ifaçısı oldu.

Aktyor K.Xudaverdiyev güclü, diapazonlu və gözəl tembri olan unikal səsə malik idi. O səsə ki, ona kütləvi səhnədən tutmuş monoloqlara qədər istənilən zamanda, istənilən məkanda seçilmək imkanı verirdi. Kamal Xudaverdiyevin üz cizgiləri mərhəməti ilə ən yüksək səviyyəyə qalxa da bilərdi, Kral Lirin qəddarlığı, zalımlığı ilə vulkan kimi partlayış da yarada bilirdi. Onun səhnə görünüşü (hündür boyu, düz qaməti), gülüşü, həlim davranışı, eləcə də zabitəsi tamaşaçını cəlb etməyə bilməzdi.

Aktyor tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. “İstintaq davam edir”də Çingizov, “Dağlarda döyüş” filmində Rüstəmov, “Sonuncu məhəbbət”də Həsənov, “Nəsimi”də Yusif, “Abşeron”da Əli, “Üzü küləyə” filmində kombinat müdiri, “Oteldə bir otaq”da Alim, “Dədə Qorqud”da Ata obrazları ilə kinematoqrafiya sənətinə öz adını əbədi həkk edib.

Müsahibələrinin birində Kamal Xudaverdiyev Çingizov obrazı haqqında belə demişdi: “Filmə az çəkilmişəm. Çünki o zamanlar adətən rejissorlar başqa millətdən olan aktyorlarla işləməyə meyil göstərirdilər. Adil İsgəndərov kinostudiyanın direktoru işləyəndə xeyli milli kadrlar yetişdi. “İstintaq davam edir” filmi çəkiləndə Çingizov roluna Leninqraddan aktyor dəvət etmək istəyirdilər. Adil müəllim imkan vermədi, dedi ki, bu rola Kamal çəkiləcək”. K.Xudaverdiyev də bu rolu məharətlə ifa etmişdi.

Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Əməkdar artist, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli aktyor 2008-ci il aprelin 23-də vəfat edib.

Aydan Ələkbərova

Xəbər Lenti

OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05