Təhsil 365 - Logo Mobile

MARTİ təşəbbüsü ilə keçirilən konfransdan təəsuratlar

14007.09.2023 - 10:10
MARTİ təşəbbüsü ilə keçirilən konfransdan təəsuratlar

İlk öncə onu deyim ki, hər zaman monitorlarda mərkəzi Bakı səviyyəsində (bəlkə də ondan da üst dərəcədə) bir konfrans iştirakçısı olmağıma səbəb olan öz bildiyim insanlara xüsusi təşəkkürlər. Bir zaman xəyal etdikləri uzun indi real şahidi olmaq da bir başqa hiss idi... Hər kəs konfransda idi... Mən isə yenə xəyal dünyasında... Uzun sözün qısası gəldiyim uzun incə yolun çətinliklərinə dəyər. Bir möhtəşəm günün təsuratlarını bölüşüm sizlərlə... Bu gün konfransda ən çox düşündüyüm "təhsildən küskün Dostlarımın hər birini MARTİ zonaya necə gətirmək olar?" düşüncəsi idi...

06.08.2023-cü il tarixdə Ağdaş rayonunda Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyinin təşəbbüsü və Ağdaş İcra Hakimiyyətinin təşkilatçılığı ilə müəllimlərin konfransı təşkil olundu. Konfransda arxada qalan 2022-2023- cü tədris ilində təhsilin keyfiyyəti ilə bağlı hesabat xarakterli təhlillər və müqayisələr aparıldı. Statistik rəqəmlərin göstəriciləri region müəllimləri arasında xüsusi maraq yaratmaqla yanaşı, qarşıdan gələn yeni tədris ilində bir çox məktəb rəhbərliyi və qabaqcıl, yeniliyə meyilli müəllimlər tərəfindən nəticəyə yönələn sağlam rəqabətli bir tədris ilini hədəf seçməyə zərurət yaratdı. Buna səbəb olan əsas nüanslardan biri isə arxada qalan tədris ilində olimpiada, fənn müsabiqələri, Lütfi Zadə müsabiqələri və digər təhsil istiqamətində uğur qazanan müəllim və şagirdlərin xüsusi fərqləndirilib, təltif olunması və onların rəğbətləndirilməsi oldu. Bu motivasiyaya hesablanan addım həm məktəb rəhbərləri, həm müəllimlər, həm də şagirdlər üçün olduqca stimulverici bir jest idi. Konfrans üçün seçilmiş bina, sərgilər, konfransın bədii hissəsi isə mərkəzləşmiş region müəllimlərinin yüksək zövq və bacarıqlarının tərənnümü idi...

Ümumiyyətlə Regionallar təşkil olunandan işləyən və inkişaf edən regionların içində MARTİ ilk sırada durur desəm yanılmaram. Çünki görünən dağın bələdçiyə nə ehtiyacı? Elm və Təhsil nazirliyinin apardığı islahat zamanı kadr seçiminin doğru istiqamətlərdə bölgü etməsinin ən bariz nümunəsidir MARTİ zonası. Elçin Kərimovun Mərkəzi Aran Regional Təhsil İdarəsinə rəhbər kimi təyin olunması və qarşısına qoyulan öhdəliyin hesabat günü idi. Bəlkə də bu gün. Artıq özü üçün bir MARTİ ordusu yaratmağı bacamış bu adamın idarəetmə prinsipinin əsas güc strukturu strateji cəhətdən mərkəzləşmiş və güclü nəzarətə hesablanmış bir sistemli mexanizmlə çalışıb, şəbəkələşərək mərkəzəqayıdış idarəetmə prinsipinə köklənib. MARTİN-in idarəetmədə liderlik xüsusiyyəti möhtəşəmdir. Belə ki, regionda son sözü MARTİ deyir deyə bir fikir formalaşıb artıq təfəkjürlərdə. Bu isə regionala etibar, inam, güvən deməkdir. MARTİ ordusu ilə yanaşı Elçin Kərimovun qurduğu güclü sistemin əsas zəncir bağı onan MARTİ KADRI kimi formalaşdırdığı ordu içində ordu siyasətidir ki, bu da tam öz güclü və güvənli komandasını quracaq və sistemin uzun müddət məhz öz komandasının seçimi ilə seçilmiş yeni MARTİ KADR-ları komandasının şəffaf işləyəcəyinə zəmanət verir.

İdarəetmənin əsas 3 prinsipindən biridir. Kim idik? Nə etdik? Kim olduq? Kim olmaq istəyirik? Bu sualların cavabını bu gün tək başına izah edən Elçin müəllim öz komandası ilə birgə hazırladığı hesabat xarakterli göstəricilərlə çıxdı MARTİ ORDUSUNUN qarşısına. Rəqəmlərin şkalalarla göstəricisi xüsusi maraq və rəqabət yaradırdı konfrans iştirakçıları arasında. İrəlidə olan məktəb rəhbərləri və müəllimləri qürur duyur, orta şkalada qalanlar irəliləməyə düşünür, aşağı şkala göstəricisi olanlar isə məyus olmuşdur. Amma bu onları ruhdan salmadı. Əksinə gələn il üçün yeni strategiya seçimi etməyə təkan yaratdı.MARTİ zonasının fənn olimpiada, müsabiqələrfə ölkə üzrə öndə olan göstəriciləri qürurverici idi. Mingəçevir təhsilin isə bütün şkalalarda ən öndə olması daha möhtəşəm idi. Nur şəhəri hər zaman təhsil göstəricilərinə görə öndə olub. Amma heç vaxt bu günki kimi dəyərləndirilməlidir. Çox istərdim ki, o tədbirdə illərlə zəhməti olan digər məktəblərimizin çox bacarıqlı, həvəskar, rəqabət il rəhbərləri və müəllimləri xüsusi fərəhləndirilərdi... Amma bu hələ mənim istəyim olaraq qaldı. Zamanla bu arzum da reallaşacağına çox böyük ümid edirəm. Çünki Elçin Müəllimin öhdəliyinə düşən bu zonada motivasiya və stimulverici rəğbətləndirilməyə layiq görüləcək. İllərin əsl təhsil rəhbərləri, qocaman müəllimləri, uğur qazanan təhsil işçiləri var... Onların çatışmayan tək tərəfi MARTİ rəhbəri və onun komandası tərəfindən diqqət, qayğı və dəyərləndirilməkdir... Başqa heç nə... Süniliklər deyil, həqiqətlər dəyərləndiriləndə, dəyər verənlər daha çox sevilir.

Apardığı islahatlsrda mərkəzədönüş strategiyası möhtəşəmdir. MARTİ-nin şəbəkələşmiş formada yaradılan komanda birliyinin idarəetmə sistemində informasiya bazasının yayımlanması və geri dönüşü, bir mərkəzdə analiz edilib, çözülməsi və insanlarda inam, güvən, etibarın formalaşdırılması üçün qarşılıqlı operativ reaksiya bu sistemin əsas strukturudur. Yaranmış böyük MARTİ ORDUSU içərisində xüsusi yaranmış ordu içində ordu olan MARTİ KADRLARINA inam, güvən etibar isə bir başqadır. Bu taktika uzun illər öz iş prinsipini və gələcəyə hesablanmış sistemli idarəetmə mexanizminin uzunmüddətli olmasının zəmanətidir. Marti mühafizəkardır. Öz kadrlarını izləyir, qoruyur təkmilləşdirir, inkişafına təkan yaradaraq sanki dublikatını yaradır. Bu artıq möhkəm təməl daşları ilə fundamenti qoyulmuş bir network mexanizmidir ki, MARTİ liderinin strategiyasında xüsusi müşahidə olunur. MARTİ kadrlarına inamın artırılması və düzgün komnikasiya qurulması prosesinin izlənməsi xüsusi nəzarətdə və diqqət mərkəzindədir. Bu isə məhz bu zonada artıq qanunauyğunluq prinsipinin inkişafı və ənənəvi idarəetməyə geridönüş olmayacağını göstəricisi deməkdir. Bu bir MARTİ LİDERİNİN şəffaf gələcəyə hesablanmış xüsusi strateji taktikası da ola bilər. Əsas mahiyyət isə vicdan amili üzərində qurulan, dürüstlük, doğruluq, isbat, etibar və inamdır...

Vəzifə əsas deyil, əsas olan o vəzifənin öhdəliyinin məsuliyyətlidir. Bunun üçün vacib amil vicdandır. Bu gün konfransda bir həmkarım demiş:

"VİCDAN BİZİ QIRAJAX", "VİCDAN AXRIMIZA ÇIXAJAX" Elçin Müəllimin komandasının həm real, həm virtual məsuliyyətli və operativ olduğunu MARTİ zonasında bilməyən çox az adam olar ki, onların da hər hansı bir imtiyazı var ki, həllini tapması bəzən səlahiyyətdənkənar olur. Amma tam səmimi deyim ki, digər regionallardan olan FB dostlarımın dediklərindən bildiyim bu ki, şanslıyıq. Çünki MARTİ real-virtual 24 saat ünvanladığımız suallarımızı cavabını anında verir... Müraciətlərə laqeyd qalmır, hətta süründürməçilik, dezo info, kobudluq və s. kimi qarşılaşdığımız ənənəvi hallara rast gəlmədik bir çox hallarda. Bu isə MARTİ-nin "ƏMR ETMƏDƏN İDARƏETMƏK OLAR" devizli prinsipinin reallaşması deməkdir. Hər bir təhsil işçisinə göstərilən xüsusi qayğı, diqqət, probleminə məsuliyyətlə yanaşmaq tərzi, yüksək mədəniyyət, qadağalarsız, təhdid və təhqirsiz problemlərinin həllinin düyün nöqtəsinin tapılıb ordan bərpası və yola davam etməsini izləməsi doğurdan bir MARTİ komandasının vaxt enerji sərfiyyatı, zəhməti, bacarıq və demokratik şərtlər humanist idarəetmə gücünün göstəricisidir. Bir sözlə başda Elchin Kərimov olmaqla Cavad Cavadlı, Elmin Mammedtaghiyev, Məmməd Rahim, Rüstəm müəllim, Əli müəllimə və adlarını bilmədiyim komanda üzvləriniə, eləcə də sektor müdirləri, Ağdaş İcra hakimiyyəti və xüsusilə Leyla Bayramovaya bu gün üçün təşəkkürlər deyirik. Konfransın xüsusi qonağı, hər zaman sosial şəbəkələr və mavi ekranlardan görməyə vərdiş etdiyimiz Orkhan Abbas Müəllimə isə Regionumuza gəldiyi üçün minnətdarıq...

Eltac Mirzəzadə

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45