"Konstitusiya və Suverenlik İli" çərçivəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Tovuzda uşaq və yeniyetmələr arasında şahmat üzrə tempo turniri təşkil olunub.
"Tehsil365" xəbər verir ki, turnirin əsas məqsədi gənc nəslə Vətənə məhəbbət və vətənpərvərlik hisslərini aşılamaq, Ulu Öndərin zəngin irsini tanıtmaqla yanaşı, şahmatın yeniyetmələr arasında təbliğini gücləndirmək və onların intellektual inkişafına dəstək göstərmək olub.
Yarış Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı, Tovuz rayonu üzrə təhsil sektoru və Tovuz rayonu uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Turnir müddətində uşaqlar həm öz bacarıqlarını nümayiş etdirmək, həm də sağlam rəqabət şəraitində intellektual imkanlarını inkişaf etdirmək fürsəti əldə ediblər.
Sonda qalib gələn və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, bu cür tədbirlər uşaqların fiziki və zehni inkişafına töhfə verməklə yanaşı, onların vətənə bağlı, sağlam düşüncəli vətəndaşlar kimi formalaşmasına da xidmət edir.