Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar İlham Əliyev "Azərişıq" ASC-nin "Xocalı" yarımstansiyasının və RİM-in açılışında iştirak edib Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər İlham Əliye
Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə “Tehsil365”ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
17:29
Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.
“Tehsil365” "Report"a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.