Respublika Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyat fənni üzrə final turunun nəticələrinə əsasən, Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin şagirdi Sevinc Süleymanova gümüş medala layiq görülüb.
"Tehsil365" xəbər verir ki, Olimpiadanın yekununda yüksək nəticə göstərən Sevinc Süleymanova göstərdiyi uğura görə təltif olunub. Bu nailiyyət həm şagirdin, həm də təhsil aldığı məktəbin akademik uğurunu bir daha təsdiqləyir.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları istedadlı şagirdlərin aşkara çıxarılması və onların biliklərinin dəyərləndirilməsi məqsədilə hər il Təhsil Nazirliyi tərəfindən təşkil olunur.