Qarabağ Universitetinə bu il təxminən 1300–1400 tələbənin qəbulu planlaşdırılır.
“Tehsil365” xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı qeyd edib.
Nazirin sözlərinə görə, gələcəkdə Qarabağ Universitetinə qəbul olan tələbələrin sayının 2500 nəfərə çatacağı gözlənilir.
"2026-ci ilə qədər inanıram ki, yeni yaradılmış bir çox təhsil müəssisələrinin fəaliyyətini görəcəyik".