Bu gün Bakı Slavyan Universitetinin rektoru, hörmətli Anar Nağıyevin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, Anar Nağıyevin rəhbərliyi dövründə Bakı Slavyan Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-pedaqoji fəaliyyətin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Onun rəhbərliyi ilə Bakı Slavyan Universiteti davamlı inkişaf yolu ilə irəliləməkdədir.
Anar Nağıyev təkcə ali təhsil üəssisəsinin rəhbəri deyil, eyni zamanda əməkdaşlarının şəxsi və peşəkar inkişafına daim diqqət göstərən, yeniliklərə açıq və motivasiyaedici liderdir. Onun insani keyfiyyətləri, prinsipiallığı və strateji baxışları BSU-da sağlam idarəetmə mühitinin formalaşmasına mühüm töhfə verir.
Doğum günü münasibətilə Anar Nağıyevi "Tehsil365" İnformasiya Agentliyi kollektivi və rəhbərliyi adından səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində davamlı uğurlar arzulayırıq!