Təhsil 365 - Logo Mobile

AzMİU-da “Elmdə addımlar: TEC günləri” çərçivəsində “Gələcəyin qurucuları” layihəsinə başlanılıb - FOTO

9213.05.2025 - 12:10
AzMİU-da “Elmdə addımlar: TEC günləri” çərçivəsində “Gələcəyin qurucuları” layihəsinə başlanılıb - FOTO

Mayın 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Elmdə addımlar: TEC günləri” çərçivəsində tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin qurucuları” adlı yeni layihənin icrasına başlanılıb.

“Tehsil365” xəbər verir ki, layihənin ilk günü keçirilən sessiyalar öyrədici, maarifləndirici və praktik yönümlü tədbirlərlə yadda qalıb. Gündəlik proqram çərçivəsində “Dashyunu” MMC, “İZOFASAD” MMC, “Penoplex” və “HOLCİM” kimi tikinti sektorunun aparıcı şirkətlərinin nümayəndələri tələbələrlə görüşərək müasir tikinti materialları və texnologiyalar barədə ətraflı təqdimatlar ediblər.

Universitetin həyətində təşkil olunan xüsusi yarış isə layihəyə əlavə rəng qatıb. İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən 40 tələbə (hər fakültədən 20 nəfər) bu yarışa qoşulub. Yarışda 8 komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Komandalar inşaat və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar.

Yarış zamanı tələbələr müxtəlif praktik fəaliyyətlərlə məşğul olub, real iş şəraitinə yaxın simulyasiyalar vasitəsilə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticə göstərən tələbələrə şirkətlər tərəfindən hədiyyələr təqdim olunub. Bu yarış tələbələrin həm komanda ruhunu gücləndirib, həm də nəzəri biliklərini praktikaya tətbiq etmələri baxımından faydalı olub.

Mayın 14-də layihə “HOLCİM Academy” nümayəndəsinin təqdimatında keçiriləcək təlimlə davam edəcək. Təlim zamanı tələbələr sement və tikinti texnologiyalarındakı yeniliklərlə tanış olacaqlar. Ardınca “GEOTEST” MMC tərəfindən təşkil olunacaq sessiyalarda geotexniki araşdırmalar və torpaq mühəndisliyi sahəsində praktik biliklər tələbələrlə paylaşılacaq.

Mayın 15-də isə İnşaat konstruksiyaları kafedrasının müdiri professor Muxlis Hacıyev tələbələr üçün təlim keçirəcək. Daha sonra universitetin müasir laboratoriyalarında tələbələrlə birgə sınaqlar aparılacaq.

“Gələcəyin qurucuları” layihəsi sənaye və universitet arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin real iş mühiti ilə tanış olması və gələcək peşəkar inkişaflarına dəstək verilməsi baxımından önəmli təşəbbüsdür. Layihə gənclərə bilik, təcrübə və motivasiya qazandırmaqla onların gələcəyinə dəyərli töhfə verir, sənaye və universitet əməkdaşlığının bariz nümunəsi kimi çıxış edir.

Aydan Ələkbərova

Xəbər Lenti

Alimlərin suyun xüsusiyyətləri haqqında kitabı nəşr edilib12.03.2026 - 14:21
Gənclər Kitabxanasında Xalq şairi Süleyman Rüstəmin xatirəsi anılıb12.03.2026 - 14:13
Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir12.03.2026 - 14:03
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 13:53
Müasir tarix elmi: qlobal yanaşmalar və Azərbaycanın milli irsi12.03.2026 - 13:43
Kolinda Qrabar-Kitaroviç: Beynəlxalq institutlar yeni reallıqlara uyğunlaşmalıdır12.03.2026 - 13:39
BilBacar” müsabiqəsinin IV “Hazırlıq” mərhələsinə başlanılıb12.03.2026 - 13:31
Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” beynəlxalq elmi konfransına məqalə qəbulu aparılır12.03.2026 - 13:21
Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri - elmi seminar12.03.2026 - 13:11
Yeni yaradılmış xidmət vasitəsilə ilk elektron iddia sənədi Avrasiya Patent İdarəsinə təqdim edilib12.03.2026 - 13:01
Qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri - BDU-da ustad dərsi12.03.2026 - 12:51
Magistraturaya qəbul imtahanının yekun nəticələri: 1 nəfər 96 bal toplamaqla ən yüksək nəticəni göstərib12.03.2026 - 12:41
Dövlət orqanlarında 816 vəzifə müsahibəyə çıxarılıb12.03.2026 - 12:35
İslamın müqəddəs məkanlarının memarlığına dair yeni nəşr12.03.2026 - 12:25
Dayanıqlı şəhərlərin su təhlükəsizliyi – AzMİU-da elmi konfrans12.03.2026 - 12:15
Tələbələr palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar12.03.2026 - 12:05
Əməkdar artist Adil Zeynalovun xatirəsi yad edilir12.03.2026 - 07:00
Görkəmli dövlət xadimi və alim Musa Məmmədovun xatirəsi yad edilir12.03.2026 - 06:36
Görkəmli musiqişünas alim Səadət Abdullayevanın xatirəsi yad edilir12.03.2026 - 06:18
Azərbaycanın ilk Hərbi prokuroru Rövşən Əliyevin xatirəsi yad edilir12.03.2026 - 06:00
Görkəmli alim Lətif İmanovun xatirəsi yad edilir12.03.2026 - 05:42
Görkəmli memar Ənvər Qasımzadənin xatirəsi yad edilir12.03.2026 - 05:18
Azərbaycanlı qrosmeyster Teymur Rəcəbovun doğum günü qeyd olunur12.03.2026 - 05:06
Xalq artisti Məbud Məhərrəmovun doğum günü qeyd olunur12.03.2026 - 04:54
Xalq şairi Cabir Novruzun xatirəsi yad edilir12.03.2026 - 04:36
Sosialist Əməyi Qəhrəmanı Şükür Əhmədovun xatirəsi yad edilir12.03.2026 - 04:18
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılovun anım günü qeyd olunur12.03.2026 - 04:00
Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30