Təhsil 365 - Logo Mobile

BP ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında memorandum imzalanıb - FOTO

9914.05.2025 - 06:50
BP ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında memorandum imzalanıb - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"Tehsil365" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Konfederasiyanın sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb, ölkə başçısı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. “Kurort” Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər görülür.

Vurğulanıb ki, AHİK tərəfindən özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərilir.

AHİK sədri Sahib Məmmədov  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı görülən işlər barədə də məlumat verib, Akademiyada yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli platformaya çevrildiyini bildirib.

Tədbirdə həmçinin BP şirkəti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb, sənədin qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacağı qeyd edilib.

Sonra AHİK-in fəaliyyəti, “Layiqli əmək səfirləri”, “Həmkardan həmkara qayğı ilə” və "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar  nümayiş olunub.

Çıxış üçün söz alan BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən, xüsusilə təhsil və peşə hazırlığı sahəsinə dəstəyindən danışıb, Konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla hər iki tərəf üçün faydalı olacaqdır.

Aydan Ələkbərova

Xəbər Lenti

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub16.04.2026 - 14:29
Azərbaycan muğamı Almaniyanı fəth edir16.04.2026 - 14:18
Səhv etməklə öyrənməyə psixoloji yanaşma - Mirsadiq Muxtarov16.04.2026 - 14:07
Xaçmazda tədris prosesi izlənilib16.04.2026 - 13:54
İctimai Şura üzvləri ADAU-da: aqrar təhsilin keyfiyyəti və müasir çağırışlar16.04.2026 - 13:44
“Azərbaycan dilinin İmişli rayonu şivələri” monoqrafiyası nəşr edilib16.04.2026 - 13:34
BSU-da İTİC 2026 IV beynəlxalq elmi-praktik konfransı keçirilib16.04.2026 - 13:21
Folklor İnstitutu elmi-mədəni əlaqələrini genişləndirir16.04.2026 - 13:03
DİM: 600-dən çox namizəd PMS imtahanı verəcək16.04.2026 - 12:48
Məktəb ictimai müzakirədə - təhsil və cəmiyyət arasında dialoq16.04.2026 - 12:38
AMEA-da “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimatı olub16.04.2026 - 12:26
BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb16.04.2026 - 12:10
Psixoloq: Məktəbəqədər dövrdə uşaqların emosional inkişafı əsas rol oynayır16.04.2026 - 09:56
Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA16.04.2026 - 09:45
“ADU Könüllülər – 2026” layihəsi yekunlaşıb16.04.2026 - 09:36
İranda məktəblər distant təhsilə keçir16.04.2026 - 09:30
Məktəbdəki dəhşətli hadisələrin ortaq nöqtəsi: “PUBG” oyunçuları16.04.2026 - 09:24
BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi16.04.2026 - 09:15
ADU əməkdaşları Bakı Yunus Emre İnstitutunda keçirilən elmi tədbirdə iştirak ediblər16.04.2026 - 09:08
BMU ilə “MetaWay” arasında memorandum imzalanıb16.04.2026 - 09:00
Ürəyin işini yaxşılaşdıran 2 meyvə16.04.2026 - 08:51
ADU-da “Mədəni davranış – Mədəni cəmiyyət” mövzusunda maarifləndirici təlim keçirilib16.04.2026 - 08:43
Qəbulun II mərhələsinə qeydiyyat başladı16.04.2026 - 08:35
“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub16.04.2026 - 08:26
Planetlərin böyük paradı 2040-cı ilin sentyabrında olacaq16.04.2026 - 08:20
ADU-da Pakistan nümayəndə heyəti ilə tələbələrin görüşü keçirilib16.04.2026 - 08:09
BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb16.04.2026 - 08:00
Berlində 13 yaşlı məktəbli tarixi xəzinə tapdı16.04.2026 - 07:51
Kaşalotların ünsiyyət sistemi insan dilinə bənzəyir16.04.2026 - 07:40
Şanlıurfada məktəb hücumu ilə bağlı 16 nəfər saxlanıldı16.04.2026 - 07:30
Bu günün hava proqnozu16.04.2026 - 07:21
ADU-da “Dil universalilərinin sistemli tədqiqi” mövzusunda seminar keçirilib16.04.2026 - 07:10
Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr quruldu16.04.2026 - 07:00
Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin əsası qoyuldu16.04.2026 - 06:36
Milli Qəhrəman Rizvan Teymurovun qəhrəmanlıq yolu unudulmur16.04.2026 - 06:18
Eldar Quliyev – Azərbaycan kinosunun görkəmli rejissoru16.04.2026 - 06:00
Xalq artisti Rafiq Əliyevin sənət yolu yaddaşlarda yaşayır16.04.2026 - 05:42
Ələkbər Tağıyev – musiqi və hüququ birləşdirən sənətkar16.04.2026 - 05:18
Məmmədtağı Bağırov – Azərbaycan opera səhnəsinin tanınmış baritonu16.04.2026 - 05:06
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi ehtiramla anılır16.04.2026 - 04:54
Ramiz Mirişli – Azərbaycan musiqi sənətinin görkəmli bəstəkarı16.04.2026 - 04:36
Qorxmaz Sücəddinov – Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış nümayəndəsi16.04.2026 - 04:18
Kərim Sultanov – Gəncə səhnəsinin unudulmaz ustası16.04.2026 - 04:00
Xaricdə təhsil proqramı 230-dan çox universiteti əhatə edəcək15.04.2026 - 19:58
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 19:56
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar15.04.2026 - 19:54
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 19:48
Sabah 21 dərəcə isti olacaq15.04.2026 - 19:44