Təhsil 365 - Logo Mobile

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

9014.05.2025 - 10:11
“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

04-05 sentyabr 2025-ci il tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı respublika konfransı keçiriləcək.

“Tehsil365” xəbər verir ki, konfransın keçirilməsinin əsas məqsədi Azərbaycanda astronomiya və astrofizika sahəsində aparılan elmi-tədqiqatlarda alınmış elmi nəticələrin müzakirə edilməsidir. Bununla yanaşı, 2025-ci ildə 70 yaşı tamam olan, Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli şəkildə fəaliyyət göstərmiş və dünya astronomiya elminə özünəməxsus töhfə vermiş və dünya elmində sanballı yer tutan görkəmli alimlərin yubileyinin qeyd olunmasıdır. 

Bu istiqamət üzrə görkəmli Azərbaycan astronomlarının elmi fəaliyyətinə nəzər salınması, onların yetirmələrinin öz elmi rəhbərləri haqqında məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Konfransda həm də gənc doktorant və dissertantların apardıqları elmi-tədqiqatlara həsr olunmuş məruzələrin dinlənilməsi planlaşdırılır. Konfransın işçi dili azərbaycan, ingilis və rus dilləridir. 

Konfransın elmi təşkilat komitəsinin tərkibi:

N.S.Cəlilov - sədr (Şamaxı Astrofizika Rəsədxanası)

N.Z.İsmayılov (Şamaxı Astrofizika Rəsədxanası)

Ə.S.Quliyev (Şamaxı Astrofizika Rəsədxanası)

C.N.Rüstəmov (Şamaxı Astrofizika Rəsədxanası)

A.İ. Asvarov (Fizika İnstitutu)

K.Alışeva (Bakı Dövlət Universiteti)

F.N.Əfəndiyeva (Xəzər Universiteti)

V.A.Hüseynov (Bakı Mühəndislik Universiteti)

A.H.Məmmədli (Batabat Astrofizika Rəsədxanası)

V.Ə.Məhərrəmov (Azərbaycan Texniki Universiteti)

Konfransın Lokal Təşkilat Komitəsi:

H.N. Adıgözəlzadə - sədr

A.B. Həsənova - müavin

S.R.Rəhimli - müavin

Ü.R. Rüstəm - katib

N.Ə. Hüseynov

O.V. Xəlilov

O.M.Salehli

S.O. Məmmədova

H.Ə.Qasımov

G.M.Hacıyeva

A.B.Rüstəmova

A.F.Abdulkərimova

A.R.İskəndərova 

Texniki dəstək

L.H.Səlimzadə

C.C.Tağıyeva

Konfransın katibi:

Ü.R.Rüstəm

e-mail: [email protected]

əlaqə nömrəsi: (+99470 3555566)

Müzakirələrin istiqamətləri:

1. Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar;

2. Ulduz astrofizikası, dəyişən ulduzlar;

3. Günəş və günəş sistemi cisimləri, nəhəng planetlər;

4. Qalaktikadankənar obyektlər: qalaktikalar, kvazarlar, qamma şüalanma mənbələri;

5. Astronomik müşahidələr və metodlar, kosmik rəsədxanalar;

6. Azərbaycanda astronomiya elmi irsi – biliklərin ötürülməsi

Konfransın gündəliyi

Konfrans 04-05 sentyabr 2025-ci ildə ŞAR-ın konfrans zalında keçiriləcəkdir. İki gün ərzində bütün məruzə və müzakirələrin tamamlanması nəzərdə tutulmuşdur. Konfrans zamanı məruzələr ənənəvi forma ilə yanaşı hibrid formada da dinləniləcəkdir. Konfransın gündəliyi 2-ci elanda öz əksini tapacaqdır. 

Konfransda iştirak və qeydiyyat

Konfransda Azərbaycanda astronomiya və astrofizika sahəsində elmi tədqiqatlar aparan hər bir şəxs iştirak edə bilər. İştirak etmək üçün linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır: Qeydiyyat formu

Təqdim olunan məruzələrə iştirakçıların sayından və məruzənin növündən asılı olaraq 30 dəqiqə (plenar), 10-15 dəqiqə (şifahi) vaxt ayrılacaq. Konfransda əyani iştirak edən iştirakçılar üçün üzvlük haqqı 20 AZN təşkil edir. İştirakçılar üçün 04 sentyabrda Bakıdan rəsədxanaya və 05 sentyabrda rəsədxanadan Bakıya avtobus reysi təşkil olunacaqdır. 04 sentyabrdan 05 sentyabra keçən gecə rəsədxanada gecələmək istəyən iştirakçıların qeydiyyat formunda qeyd etmələri vacibdir.

Tezislərə qoyulan tələblər

  1. Məruzənin başlığı böyük hərflərlə və qalın şriftlə yazılmalıdır;

  2. Müəlliflərin ad və ata adının baş hərfləri soyadları ilə birlikdə qalın şriftlə qeyd olunmalıdır;

  3. Təşkilatların adı və ünvanı kursivlə yazılmalıdır;

  4. Birinci müəllifin e-mail ünvanı göstərilməlidir;

  5. Tezisdə şəkil və istinadlar  olmamalıdır;

  6. Həcmi 1 A4 səhifə, maksimum 2500 işarə, sətirlərarası interval 1 olmalıdır;

  7. Səhifənin kənar ölçüləri: yuxarı və aşağıdan 2.5 sm, soldan 3 sm, sağdan 1.5 sm;

  8. Şrift: Arial, ölçü 12 pt.

Qeyd: Abstrakt forması qeydiyyatdan keçən iştirakçılara birbaşa göndərilir.

Konfrans materiallarının çapı

Konfrans materialları elektron şəkildə ŞAR-ın rəsmi saytında yerləşdiriləcəkdir. Bütün məruzəçilər elektron iştirakçı sertifikatı ilə təmin olunacaqdırlar.

Konfransda edilmiş məruzələr rəydən keçdikdən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının dövri nəşri olan Azərbaycan Astronomiya Jurnalında (AzAJ) məqalə şəklində çap olunacaqdır. Jurnal məqalələrin beynəlxalq indeksləşməsi üzrə nüfuzlu baza hesab edilən ADS bazasında indekslənir və bütün məqalələri fərdi DOI (Digital Object Identifier) nömrəsi ilə nəşr olunur. Məqalələrin mətni ingilis dilində AzAJ jurnalının qaydaları (bax: AzAJ qaydalar)  əsasında tərtib olunmalıdır. Plenar məruzələr 15 səhifə, şifahi məruzələr 10 səhifə, posterlər 4-5 səhifə həcmə malik olmalıdır.

Əsas tarixlər:

13 may 2025 – birinci elan;

16 may 2025 – qeydiyyat başlanır, məruzə tezisləri və qeydiyyat formaları qəbul olunur;

1 avqust 2025 – ikinci elan;

20 avqust 2025 – qeydiyyat bitir;

01 sentyabr 2025 - konfransın proqramı yayımlanır;

04 sentyabr 2025 – konfransın açılışı;

05 sentyabr 2025 – konfransın bağlanışı;

31 oktyabr 2025 – tam məqalələrin qəbulunun son tarixi.

Konfrans Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində keçiriləcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30