Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Ağstafa rayonunun ümumtəhsil məktəblərinin rəhbərləri və Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin rəhbərliyi arasında onlayn formatda görüş keçirilib.
Bu barədə "Tehsil365"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirin əsas məqsədi iki rayon arasında təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək olub. Görüş zamanı Aşağı Surra kənd tam orta məktəbinin direktoru tədris və idarəetmə sahəsindəki uğurlu təcrübələrini iştirakçılarla bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.
İştirakçılar onlayn görüşü yüksək qiymətləndirərək, gələcəkdə bu kimi əməkdaşlıqların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.