Təhsil 365 - Logo Mobile

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib - FOTO

9114.05.2025 - 12:24
AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Ege Universiteti ilə elmi əməkdaşlıq çərçivəsində “Ege Universiteti ilə AzMİU arasında elmi əməkdaşlıq imkanları” mövzusunda seminar keçirilib. 

Universitetdən “Tehsil365”ə bildirilib ki, seminar Beynəlxalq Ortaq Təhsil Proqramlarının İdarəedilməsi sektoru və Elmi-tədqiqat şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda Ege Universitetinin Landşaft memarlığı kafedrasının müdiri professor Emine Malkoç True və həmin kafedranın professoru Erhan Vecdi Küçükerbaş, eləcə də AzMİU-nun akademik heyəti iştirak ediblər.

Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlıq, təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, Ege Universitetində tətbiq olunan iki əsas akademik idarəetmə sistemi – ÜNİSİS (Üniversite Bilgi Sistemi) və Ders Bilgi Paketi barədə ətraflı məlumat təqdim edilib. Bu sistemlərin tədris proseslərinin rəqəmsallaşdırılması, idarəetmədə şəffaflığın təmin olunması və akademik fəaliyyətin effektiv təşkili baxımından rolu vurğulanıb.

Seminarda Orhun mübadilə proqramı çərçivəsində Ege Universitetində təhsil alan AzMİU tələbələrinin akademik uğurları diqqətə çatdırılıb. Qonaqlar bu proqram çərçivəsində iştirak edən tələbələrin fəallığını və əldə etdikləri nəticələri yüksək qiymətləndiriblər.

Seminar AzMİU ilə Ege Universiteti arasında akademik əlaqələrin möhkəmləndirilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Aydan Ələkbərova

Xəbər Lenti

Akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim edilib12.06.2025 - 12:30
Türkiyəli nazir Xəzər Universitetində professor-müəllim heyəti və tələbələrlə görüşüb12.06.2025 - 12:20
Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir - Məleykə Abbaszadə12.06.2025 - 12:00
Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz12.06.2025 - 11:50
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA12.06.2025 - 11:40
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur12.06.2025 - 11:40
İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi12.06.2025 - 11:30
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb12.06.2025 - 11:20
Kolleclərdə yaz imtahan sessiyası başlayıb - FOTO12.06.2025 - 11:10
DİM sədri: “Şagirdlər buraxılış imtahanından sonra da məktəbə getməlidirlər” 12.06.2025 - 11:00
BANM-in iki tələbəsinə xüsusi təqaüd veriləcək - FOTO12.06.2025 - 10:50
Azərbaycan nümayəndə heyəti “QS EduData 2025” sammitində iştirak edib - FOTO12.06.2025 - 10:40
BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və media nümayəndələri imtahan sessiyasını izləyiblər12.06.2025 - 10:30
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib12.06.2025 - 10:20
Dillər Universitetində Çin İrsi Günü qeyd olunub12.06.2025 - 10:10
UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb12.06.2025 - 10:00
Nazir müavini: Statistika göstərir ki, ən çox karbon emissiyası yaradan sahə məhsul və qida zənciri üzrə istehsaldır12.06.2025 - 09:50
Nazir müavini: Ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir12.06.2025 - 09:40
Rektor: Ötən il “Scopus” bazasında UNEC əməkdaşlarının məqalələrinə 6 mindən çox istinad olub12.06.2025 - 09:30
VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO12.06.2025 - 09:20
Alimlər kompüter əsaslı kimyəvi tədqiqatlar zamanı yeni yanaşmalar müəyyən ediblər - FOTO12.06.2025 - 09:10
Sabah 37 dərəcə isti olacaq12.06.2025 - 09:00
DİM bu şəxslərə müraciət edib12.06.2025 - 08:50
Azərbaycanın 12 universiteti "UI GreenMetric"də yer alır12.06.2025 - 08:40
Yaşıl enerji və iqlim dəyişiklikləri təhsildə rəsmi tətbiq olunacaq12.06.2025 - 08:30
UNEC xarici müəlliflərlə birgə 574 elmi məqalə dərc edib12.06.2025 - 08:20
2 tədqiqat universitetinin yaradılması istiqamətində işlər gedir - Nazir müavini12.06.2025 - 08:10
STEAM Mərkəzində məktəblilər üçün maarifləndirici təlim keçirilib.- FOTO12.06.2025 - 08:00
Ədalət Muradov: Vahid plagiat sistemin yaradılmasına ehtiyac var12.06.2025 - 07:50
UNEC məqalə artım tempinə görə dünyada birincidir12.06.2025 - 07:40
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb12.06.2025 - 07:30
“Şahin” hərbi-idman oyununun finalı keçirilib - FOTO12.06.2025 - 07:20
«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyası təqdim edilib12.06.2025 - 07:10
264 nömrəli məktəbdə attestat üçün pul yığılması ilə bağlı ARAŞDIRMA APARILIR12.06.2025 - 07:00
Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub12.06.2025 - 06:50
DİM-də TOEFL iBT imtahanı keçiriləcək12.06.2025 - 06:40
İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadədən CAVAB12.06.2025 - 06:30
Xəbərdarlığı heçə sayıb pulla attestat verirlər? - VİDEO12.06.2025 - 06:20
Bu gün 36 dərəcə isti olacaq - PROQNOZ12.06.2025 - 06:10
DİM sədri nəticələrdən gileyləndi - “Bilikli müəllimlərimiz çatışmır”12.06.2025 - 05:59
"Gözüm ol mənim" kitab klubundan yeni sosial layihə: "Kitab Səsləndir – Könüllü Ol!"11.06.2025 - 19:20
Sumqayıtda gənc oğlan bıçaqlandı11.06.2025 - 18:34
Milli Qurtuluş Günü münasibətilə Niyazinin mənzil-muzeyində konsert təşkil olunub - FOTO11.06.2025 - 17:47
Tramp uşaqlarına qoyduğu qadağalardan danışdı11.06.2025 - 17:13
Azərbaycanlı gənc maksimum bal ilə TR-YÖS-ü fəth etdi11.06.2025 - 16:24
Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb11.06.2025 - 16:00
Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb - FOTO11.06.2025 - 15:50
“Halal iqtisadiyyat” kitabının təqdimatı keçirilib - FOTO11.06.2025 - 15:40