Təhsil 365 - Logo Mobile

“Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib

9116.05.2025 - 07:20
“Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib

Mayın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda açıq dərs formatında tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev iştirak ediblər.

Tədbir iştirakçıları öncə Aİİ nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi tərəfindən hazırlanmış “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” sərgisi ilə tanış olublar.

Açıq dərs formatında davam edən tədbirdə ali təhsil müəssisəsinin tələbələri İslamda ailə dəyərləri, uşaq tərbiyəsi, ailə institutunun ictimai əhəmiyyəti, erkən nikahın qarşısının alınmasında təhsilin rolu mövzularında təqdimatlarla çıxış ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələrin nümunəvi çıxışlarını, xüsusilə aktual problemlərdən  olan erkən nikahın fəsadlarının qabardılmasını müsbət hal kimi dəyərləndirib. Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyətin tərəqqisinə, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət kimi yetişdirilməsinin önəmli olduğunu diqqətə çatdırıb.  Komitə sədri açıq dərsin bu formatda keçirilməsinin tələbələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbələrin çıxış etdikləri mövzuların aktuallığından danışaraq, cəmiyyətə ötürmək istədikləri mesajların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, tələbələr təqdimatlarında ənənə və müasirliyi bir araya gətirərək, ailə dəyərlərimizi təqdim etdilər.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva tələbələrin çıxışlarını yüksək qiymətləndirib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mövzunun aktuallığını və həssaslığını nəzərə alsaq, belə bir açıq dərsin keçirilməsi təqdirəlayiqdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva tələbələrin təhsil aldıqları müddətdə göstərdikləri ictimai-sosial aktivliyin önəminə toxunaraq, dini sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının  vacibliyindən bəhs edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa müxtəlif ixtisaslar üzrə təhsil alan  tələbələrin fərqli mövzularda  araşdırmalarını, o cümlədən tədqiqatları zamanın tələbinə uyğunlaşdırmaq səylərini yüksək qiymətləndirib. Tələbələrin müstəqil şəkildə öz fikirlərini ifadə etmələrində esse müsabiqələrinin əhəmiyyətini vurğulayan millət vəkili gənclərə tövsiyələrini verib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gənclərimizin milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin maarifləndirilməsi istiqamətində səylə çalışmalarının gələcək fəaliyyətlərində özünü biruzə verəcəyinə əminliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev ailə institutunun qorunmasının fərdi, ictimai, eyni zamanda, dövlət məsələsi olduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov çıxış edərək, tədbirdə iştirak edən dövlət və hökümət nümayəndələrinə təşəkkür edib. Tələbələrin açıq dərsdə sərbəst, səlis nitqinə, maraqlı təqdimatlarına görə minnətdarlığını bildirib. Qeyd edib ki, institutun əsas məqsədi Vətəninə, xalqına layiq, məntiqi təfəkkürü formalaşmış, zəngin dünyagörüşlü, yüksəkintellektli kadrların hazırlanmasıdır.

Tədbirdə “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri və iştirakçıları, həmçinin sərginin hazırlanmasında və açıq dərsdə fəallıq göstərənlər təltif olunublar.

Aydan Ələkbərova

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12