Təhsil 365 - Logo Mobile

“Xəzər” jurnalının yeni nömrəsi çap olunub

8916.05.2025 - 08:40
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub

Azərbaycan tərcümə məktəbinin formalaşmasında müstəsna xidmətləri olan ixtisaslaşmış “Xəzər” tərcümə və mədəniyyət jurnalının Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi yeni nömrəsi işıq üzü görüb.

ADU-dan “Tehsil365”ə bildirilib ki, jurnal redaktorun “Tərcümənin və tərcüməçinin problemi: bizdə nə yoxdur, nə çatışmır” yazısı ilə başlayır. “İlin nobelçisi” bölməsində Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kan ilə müsahibə, yazıçının “İşıq və bağ” adlı Nobel mühazirəsi və “İnsan əməlləri” romanından bir parça oxuculara təqdim olunub. “Şərq mədəniyyəti” bölməsində “Şəms Təbrizi-840”, “Bir qeybin anatomiyası”, “Eşq qapısı” (“Məqalat”dan pritçalar) yazıları yer alıb.

Oxucular “Şimali Amerika ədəbiyyatı” bölməsində Sol Bellounun “Gümüş nimçə” hekayəsi, Leroy Consun “Uçan hollandiyalı” pyesi və Marqaret Ətvudun şeirləri ilə tanış ola bilərlər. “Avropa ədəbiyyatı” bölməsində Lev Tolstoy yaradıcılığından yeni tərcümələr, Anri Arbilin şeirləri, Natali Kulişin “Onuncu parallel” hekayəsi yer alıb. “Tərcümə sənəti” bölməsində Qabriel Qarsia Markesin “Bu yazıq tərcüməçilər”, Umberto Ekonun “Təxminən eyni fikir ifadə etmək” və s. yazılar təqdim olunub. “Dialoq. Esse” rubrikasında isə Latın Amerikası romanı haqqında Mario Varqas Lyosanın Qabriel Qarsia Markeslə söhbəti, Karlos Fuentesin “Roman sənətinin əsas prinsipləri” və V Beynəlxalq Berlin ədəbiyyat festivalındakı çıxışı yer alıb.

Jurnalın “Mövqe” rubrikasında oxucular Sadiq Zamanın “Dəyərli elmi irs: Azərbaycan tərcümə ensiklopediyası”, akademik Muxtar Kazımoğlunun “Elmi əsər yazıçı tərcüməsində”, Fəxri Uğurlunun “Dünyaya çıxmaq necə mümkündür” adlı yazılarla tanış ola biləcəklər. “Debüt” rubrikasında Banuçiçək Qasımzadənin tərcüməsində Lidiya Deyvisin hekayələri təqdim olunub. “Yaddaş” bölməsində isə oxucular Vilayət Hacıyev-75: “Tərcümə -mədəniyyətin sütunlarından biridir”, Arif Acaloğlu: “Milli mübarizəmizə tərcümələrimlə xidmət edirəm” adlı müsahibələrlə tanış ola biləcəklər.

Qeyd edək ki, “Xəzər” tərcümə və mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.

Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallı daxildir.

Jurnalın Beynəlxalq Şurasında isə Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.

Aydan Ələkbərova

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12