Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 19 may tarixində saat 16:00-da “Yerin öz oxu və Günəş ətrafında hərəkəti” mövzusunda vebinar keçiriləcək.
“Tehsil365” ARTİ-nin məlumatına əsasən xəbər verir ki vebinarda spiker qismində 246 saylı məktəb-liseyin coğrafiya müəllimi Könül Mehdiyeva çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.