Təhsil 365 - Logo Mobile

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 yaşını qeyd edir

8716.05.2025 - 11:12
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 yaşını qeyd edir

Bakının mədəniyyət rəmzlərindən biri olan, öz memarlıq üslubu, əzəməti ilə paytaxtımıza xüsusi gözəllik qatan, dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasından 80 il ötür.

Muzeyin yerləşdiyi binanın maraqlı tarixi var. Bu binanın (karvansara kimi nəzərdə tutulmuşdu) tarixi XIX əsrin ortalarına təsadüf edir. Həmin binada 1915-ci ildə “Metropol” mehmanxanası yerləşib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-1920-ci illərdə bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə edib.

“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 yaşını qeyd edir” sərlövhəli məqaləsində yazılıb. Məqaləni təqdim edirik.

Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə daimi sərgi xatirə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1939-cu il 1 noyabr tarixli sərəncamı olsa da, onun reallaşması İkinci Dünya müharibəsindən sonraya - 1945-ci il mayın 14-nə təsadüf edib. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının – Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının heykəlləri ucalır. Muzeyin interyeri görkəmli ornamentalist rəssam, xalçaçı və pedaqoq Lətif Kərimov tərəfindən işlənilib. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. 1959 və 1967-ci illərdə muzey əhəmiyyətli dərəcədə genişləndirilib, ekspozisiya imkanları artırılıb, binanın memarlıq cəhətdən müasir tələblərə cavab verən bir məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Xüsusən Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni irsimizin qorunması və təbliğində mühüm rol oynayan muzeylərin fəaliyyətinə də diqqət və qayğı ilə yanaşıb. 1970-1980-ci illərdə Ümummilli Lider Ədəbiyyat Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, fondlarının genişləndirilməsi və ekspozisiyasının zənginləşdirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edib.

Heydər Əliyev muzeyin inkişafına olan diqqətini müstəqillik illərində də davam etdirib, onun təşəbbüsü ilə ədəbiyyat klassiklərimizin, korifeylərimizin yubileyləri təntənəli şəkildə qeyd olunub, Ədəbiyyat Muzeyi də bu istiqamətdə fəal iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev də hakimiyyətə gəldikdən sonra ölkədə mədəniyyətin müxtəlif sahələrinin inkişafı istiqamətində mühüm təşəbbüslər irəli sürüb, o cümlədən muzey işinin müasirləşdirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirib. Bu çərçivədə 2004–2009-cu illərdə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Ədəbiyyat Muzeyində təmir və bərpa işləri aparılıb, sərginin sahəsi 2500 kvadratmetrədək artırılıb.

Ədəbiyyat Muzeyinin əsas missiyası qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir. Burada Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim vaxtlardan müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır, müxtəlif sənədlər, kitablar, nadir əlyazmalar və s. ilə yanaşı, qədim və orta əsrlərə aid maddi mədəniyyət nümunələri, xalçalar nümayiş etdirilir. Ədəbiyyat Muzeyi 18 əsas şöbə, 35 ekspozisiya zalı, 4 regional filial, elmi fond və digər struktur bölmələrdən ibarətdir.

Bu mədəniyyət ocağının hər gün onlarla ziyarətçisi olur. Onların sırasında xarici ölkələrdən gələn qonaqlar, turistlər, görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər də var. Muzeyin müxtəlif zallarında yer alan rəsm və heykəltaraşlıq əsərləri, portretlər, tablolar, illüstrasiyalar, eləcə də müasir Azərbaycan ədəbiyyatını əks etdirən qiymətli sənədlər, şəxsi əşyalar tamaşaçıların xüsusi marağına səbəb olur. Qonaqlar gəzintinin sonunda muzeydəki qeyri-adi ab-havadan ilhamlanaraq “Rəy kitabı”na təəssüratlarını, xoş arzularını qeyd edirlər.

Böyük ədəbi-tarixi hadisələrlə dolu, şərəfli yol keçmiş muzey artıq 80 ili geridə qoyub. Azərbaycanın görkəmli elm xadimi, tanınmış ədəbiyyatşünas, deputat, akademik Rafael Hüseynovun direktoru olduğu bu mədəniyyət ocağı hazırda təkcə ölkəmizdə deyil, bütün dünyada zəngin elmi və mədəni potensiala malik bir mərkəz kimi tanınır, öz fəaliyyətini uğurla davam etdirir.

Akademik Rafael Hüseynov muzeyə rəhbərlik etdiyi 22 il ərzində bu mədəniyyət ocağının elmi, mədəni, ədəbi fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirilib, muzeydə Azərbaycan ədəbiyyatının canlı salnaməsi yaradılıb. Məhz onun təşəbbüsü ilə muzeydə sərgi zalları yenilənib, burada irimiqyaslı tədbirlər təşkil olunub, elmi tədqiqat işlərinin aparılmasına xüsusi diqqət göstərilib. O, həm də deputat, tanınmış ictimai xadim kimi muzeyin hərtərəfli inkişafına, nüfuzunun yüksəldilməsinə töhfələr verib. Xatırladaq ki, muzeyə 2005-ci ildən “Milli” statusu verilib.

Muzeyin rəsmi saytında strukturu, fond materialları və elmi-tədqiqat fəaliyyəti, eləcə də binanın tarixi haqqında ətraflı məlumat yer alıb. Burada, eyni zamanda, görkəmli şair və yazıçılarımızın həyat və yaradıcılığı, yubiley tədbirləri, yeni nəşrlər, beynəlxalq əməkdaşlıq, muzeyin fəaliyyəti ilə bağlı yeniliklər, keçirilən konfranslar və digər tədbirlərlə bağlı informasiyalar ictimaiyyətə təqdim olunur.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, elmi, mədəni həyatına da təsir göstərib, müvafiq sahənin alim və mütəxəssislərinin, ziyalılarının qarşısına konkret vəzifələr qoyub. Bu kontekstdə Ədəbiyyat Muzeyi də öz fəaliyyətini dövlətçilik ənənələri, milli suverenlik ideologiyasına uyğun genişləndirib, ədəbi irs vasitəsilə dövlətçilik düşüncəsinin təbliği istiqamətində tədqiqatlara geniş yer ayırıb.

İnanırıq ki, muzey bundan sonra da milli ədəbiyyatımızın təbliği, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində şərəfli missiyanı uğurla davam etdirəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Qalmaqallı direktor işdən çıxarıldı24.05.2025 - 14:00
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub24.05.2025 - 13:15
Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ24.05.2025 - 12:15
Könlümün sevgili məhbubu mənim...24.05.2025 - 07:25
Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib - FOTO24.05.2025 - 07:11
Direktor 300 bal toplayan şagirdini təbrik etdi - FOTO24.05.2025 - 06:50
300 bal toplayan şagird - FOTO24.05.2025 - 06:35
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ24.05.2025 - 05:40
6 nəfərin imtahan nəticəsi ləğv edildi24.05.2025 - 05:00
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI24.05.2025 - 04:40
Buraxılış imtahanının nəticələri AÇIQLANDI23.05.2025 - 21:45
Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50