Birinci sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb.
“Tehsil365” xəbər verir ki, valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.
Vətəndaşlara dəstək lazım olarsa, aşağıdakı qəbul mərkəzlərinə müraciət edə bilərlər:
– Alternativ qeydiyyat mərkəzlərinə;
– MÜTDA-nın və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.