Təhsil 365 - Logo Mobile

AzMİU-nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb

7916.05.2025 - 16:10
AzMİU-nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb

Azərbaycan memarlıq elminin inkişafında misilsiz xidmətləri olan, fundamental tədqiqatları ilə tanınan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Rayihə Əmənzadə elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Bu barədə “Tehsil365”ə AzMİU-dan məlumat verilib.

Daha əvvəl o, Prezidentin Sərəncamı ilə 18 dekabr 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunaraq ölkənin elmi -mədəni həyatına verdiyi töhfələrə görə yüksək qiymətləndirilib. 1948-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gələn Rayihə Əmənzadə memarlığa olan marağını gənc yaşlarından formalaşdırmış, 1966–1972-ci illərdə Azərbaycan Politeknik İnstitutunda (indiki AzMİU) memarlıq ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra elmi fəaliyyətə başlamış, 1973-cü ildən etibarən AMEA Memarlıq və İncəsənət İnstitutunda çalışmış, 1975–1978-ci illərdə institutun aspiranturasında təhsil alaraq elmi karyerasını davam etdirmişdir.

Onun elmi fəaliyyətində ilk mühüm mərhələ 1983-cü ildə “Azərbaycan memarlığında portal kompozisiyaları”  mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etməsi ilə başlanmışdır. Bu tədqiqatda o, portal arxitekturasının bədii-forma xüsusiyyətlərini və funksional mahiyyətini elmi cəhətdən izah etmişdir. 2009-cu ildə isə “XI–XVII əsr Azərbaycan memarlığında kompozisiya qanunauyğunluqları” adlı doktorluq dissertasiyası ilə Azərbaycan orta əsrlər memarlığının nəzəri əsaslarının sistemli şəkildə tədqiqinə mühüm töhfə vermişdir. Bu mövzu əsasında nəşr olunmuş “Azərbaycan memarlığında monumental tikililərin kompozisiya qanunauyğunluqları XI-XVII əsrlər”(2025) və “Композиционные закономерности монументальных сооружений Азербайджана XI-XVII веков” (2007)  memarlıq elminin əsas tədqiqat nümunələrindən sayılır.


Professor Əmənzadənin fəaliyyətində Azərbaycan memarlıq irsinin sistemləşdirilməsi və elmi əsaslarla təsnifatı xüsusi yer tutur. Onun müəllifi olduğu və 2016-cı ildə çap olunan “Azərbaycan memarlıq abidələrinin tipologiyası (XI–XVII əsrlər)” adlı fundamental əsəri dini, xatirə, mülki, ticarət və müdafiə xarakterli tikililərin tarixi inkişafını və funksional xüsusiyyətlərini əhatə etməklə memarlıq irsinə yanaşmada yeni mərhələnin əsasını qoymuşdur. Bu əsər zəngin vizual materiallarla – memarlıq planları, şəkillər və cizgilərlə müşayiət olunur, Şərq, Avropa və rus tədqiqatçıların mənbələrinə istinad edilməklə beynəlxalq elmi standartlara cavab verir. Rayihə Əmənzadənin digər əhəmiyyətli tədqiqatlarına “Azərbaycan memarlığında baştağlar”(1995) “Azərbaycan memarlığı XV–XIX əsrin əvəllərində”, “Azərbaycan memarlığı XV–XIX əsrin əvvəllərində. Cild III”(2013), “Gəncənin memarlıq salnaməsi (XII–XIX əsrlər)(2021)”, “Ganja Architectural Chrcnicle 12- 19 centuries” (2023) kimi əsərlər daxildir. Bu nəşrlər Azərbaycanın müxtəlif bölgələrinin memarlıq xüsusiyyətlərini araşdıraraq regional memarlıq irsinin elmi baxımdan öyrənilməsinə xidmət edir.


Hazırda professor Rayihə Əmənzadə AMEA Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, eyni zamanda AzMİU-nun “Memarlıq konstruksiyaları və abidələrin bərpası “ kafedrasında professor kimi fəaliyyət göstərir. O, bu sahədə həm tədris, həm də metodoloji rəhbərlik baxımından önəmli rol oynayır. Alimin müəllifi olduğu 250-dən çox elmi məqalə, 8 fundamental kitab və 3 həmmüəllifli əsər memarlıq elminin müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, bu sahənin inkişafına güclü təkan verib. O, Beynəlxalq Memarlar Akademiyasınınakademiki, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Azərbaycan Memarlar İttifaqının isə 1981-ci ildən üzvüdür, bir sıra yerli və beynəlxalq toplularının  redaktə heyətinə salınıb. Rayihə Əmənzadənin tədqiqat fəaliyyəti yalnız memarlıq tarixi ilə məhdudlaşmır – o, tarixi-mədəni irsin qorunması və müasir şəhərsalma siyasətində bu irsin-inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirir. Onun elmi yanaşmasında keçmişlə gələcək arasında körpü qurmaq, tarixi abidələrin yalnız muzey eksponatı kimi deyil, canlı mədəniyyət nümunəsi kimi yaşadılması ideyası mühüm yer tutur.


Tədqiqatçı alimin rəhbərliyi altında hazırlanmış bir sıra tədqiqat layihələri Azərbaycan abidələrinin pasportlaşdırılması, onların bərpa metodikalarının işlənməsi və regionlar üzrə memarlıq inventarizasiyası sahəsində ciddi nəticələr vermişdir. Professor Rayihə Əmənzadə elmi səriştəsi, pedaqoji bacarığı və milli irsə sadiqliyi ilə Azərbaycan memarlıq elminin aparıcı simalarından biridir. Onun apardığı tədqiqatlar memarlıq tariximizin elmə əsaslanmış sistemli təsnifatını təqdim edir və bu sahədə gələcək nəsillər üçün möhkəm elmi baza yaradır. Əmənzadə həm də qadın tədqiqatçı kimi Azərbaycan elminin ön cəbhəsində yer alaraq, milli mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir.

Aydan Ələkbərova

Xəbər Lenti

Gəncədə 18 yaşlı gənc bıçaqlandı17.05.2025 - 15:00
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid İsrayıl Cəfərzadəyə həsr olunacaq17.05.2025 - 14:10
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub17.05.2025 - 12:47
Universitetdə işləmək istəyənlərin nəzərinə! - 350-ə yaxın VAKANSİYA17.05.2025 - 12:25
BANM-də “Açıq qapı” günü keçirilib - FOTO17.05.2025 - 11:35
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib17.05.2025 - 11:20
Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib - FOTO17.05.2025 - 10:50
Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub17.05.2025 - 10:30
Mayın 17-də IV siniflər üzrə monitorinq keçirilib - FOTO17.05.2025 - 10:17
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq17.05.2025 - 09:56
Elgünün ölümü ilə bağlı iki qurum birgə MƏLUMAT YAYDI17.05.2025 - 09:20
“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır - FOTO17.05.2025 - 08:10
BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib - FOTO17.05.2025 - 07:55
Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb17.05.2025 - 07:35
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb17.05.2025 - 07:20
Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz 17.05.2025 - 06:55
ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib17.05.2025 - 06:43
Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17.05.2025 - 06:30
Ağdaşda ağır yol qəzasında yeniyetmə xəsarət alıb17.05.2025 - 06:20
Bakı məktəblərində monitorinq17.05.2025 - 06:10
Türkiyədə 40 şagird dönərdən zəhərləndi17.05.2025 - 05:59
Xəzər Universiteti tələbələri üçün “İnci Hotel”də informasiya-təcrübə sessiyası keçirilib - FOTO16.05.2025 - 18:40
"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB16.05.2025 - 18:30
Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU-da - FOTO16.05.2025 - 18:20
Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans16.05.2025 - 18:10
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib - FOTO16.05.2025 - 18:00
ADNSU-da keçirilən “Brain Ring” çempionatında Kimya texnologiya fakültəsi qalib olub - FOTO16.05.2025 - 17:50
MEK-də Əbdürrəhim bəy Haqverdiyevin 155 və Rəsul Rzanın 115 illiyinə həsr edilən sərgilər təşkil olunub - FOTO16.05.2025 - 17:40
Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub16.05.2025 - 17:30
İsrailli turistlər Ədəbiyyat Muzeyini ziyarət ediblər16.05.2025 - 17:20
Məktəblilərimizdən daha bir möhtəşəm uğur! - FOTO16.05.2025 - 17:10
Zaqatalada internat məktəbi bağlanır?16.05.2025 - 17:00
DİM-də fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib16.05.2025 - 16:50
“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib16.05.2025 - 16:40
Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub16.05.2025 - 16:30
13 yaşlı qızı maşın vurub16.05.2025 - 16:20
“Tədrisdə süni intellekt alətlərindən istifadə” vebinarı keçirilib16.05.2025 - 15:53
Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb - FOTO16.05.2025 - 15:43
AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib - FOTO16.05.2025 - 15:32
RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI16.05.2025 - 15:21
Metodistlərin fəaliyyətinin monitorinqi davam edir16.05.2025 - 15:11
ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib - FOTO16.05.2025 - 15:00
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər - FOTO16.05.2025 - 14:50
“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar - FOTO16.05.2025 - 14:40
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO16.05.2025 - 14:30
I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb16.05.2025 - 14:20
Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub - FOTO16.05.2025 - 14:10