Təhsil 365 - Logo Mobile

bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib - FOTO

5216.05.2025 - 18:00
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib - FOTO

bp şirkətinin Bakı Dövlət Universitetinin (BDU) tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihəsi uğurla tamamlanıb.

“Tehsil365” xəbər verir ki, layihənin nəticəsi olaraq universitetdə müasir və interaktiv bir tədris məkanı olan geologiya muzeyinin açılışı olub.

Bu innovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb. Muzey geologiya və geofizika fakültələrinin müəllim heyəti və tələbələri üçün geoloji elmlər və əlaqəli sahələri öyrənmək və araşdırmaq üçün müasir vasitələrdən istifadə etmək imkanı yaradır.

Açılış məraimində BDU-nun rektoru Elçin Babayev muzey barədə ətraflı məlumat verib. Qeyd olunub ki, muzey 8 tematik guşədən ibarətdir: Azərbaycanın geologiya tarixi, Azərbaycanın bölgələrinin geoloji xüsusiyyətləri, Azərbaycanın mineral ehtiyatları, Azərbaycanın fosilləri və paleontologiyası, Qeyri-adi geoloji quruluşlar və qorunan təbiət abidələri, Heydər Əliyev və geoloji inkişaf, Azərbaycanın geoloji ehtiyatlarının iqtisadi və sosial əhəmiyyəti, Geoloji tədqiqatlar və innovasiyalar. Hər bir guşə interaktiv ekranlar və xəritələr, elmi eksponatlar, multimedia materialları, sensorlu oyunlar, müasir texnoloji lövhələr, simulyatorlar və virtual reallıq elementləri ilə təchiz olunub və ziyarətçilər üçün həm maarifləndirici, həm də əyləncəli təcrübə təqdim edir.

Bundan əlavə, muzeyin tərkibində açıq məkan şəklində nəzərdə tutulmuş tədris zonası da mövcuddur.

Təxminən 600 bakalavr tələbəsi (əsasən geologiya, geofizika və əlaqəli ixtisaslar üzrə təhsil alanlar) və eləcə də müəllim heyəti tədris, təlim və elmi-tədqiqat fəaliyyətləri üçün muzeydəki məzmundan faydalanacaqlar. Bunlarla yanaşı muzeydə akademik Musa Əliyevin kitabxanası da iştirakçılara təqdim olunub. Nəzərə çatdırılıb ki, geologiya üzrə görkəmli alim, akademik Musa Əliyevin şəxsi kitabxanasının Moskvadan Bakıya köçürülməsində ADA Universitetinin rektoru Hafiz Paşayevin xüsusi rolu olub və buna görə də çıxış üçün ilk söz Hafiz Paşayevə verilib.

ADA Universitetinin rektoru Hafiz Paşayev görkəmli akademikin elmi fəaliyyətindən, keçmiş SSRİ ərazisində, o cümlədən Azərbaycanda, Əlcəzairdə neft kəşfiyyatı sahəsində həyata keçirdiyi işlərdən danışıb. Qeyd olunub ki, BDU Azərbaycanın elm, mədəniyyət və xalqı maarifləndirən bir mərkəzə çevrilib. Bu ali təhsil ocağında görkəmli şəxsiyyətlər təhsil alıb və burada çalışaraq minlərlə elm xadimi yetişdiriblər. Belə bir görkəmli şəxsiyyətlərdən biri də akademik Musa Əliyevdir. Akademik haqqında xatirələrini danışan Hafiz Paşayev bildirib ki, Musa Əliyev ilə görkəmli yazıçı, BDU-nun professoru Mircəlal Paşayevin söhbətləri dərin məzmunlu olurdu və hər dəfə onlardan elm öyrənirdi. Biri humanitar, digəri isə texniki elm sahəsində fəaliyyət göstərmələrinə baxmayaraq həmişə dərin mahiyyətə malik söhbətlər edərdilər. Nəzərə çatdırılıb ki, Xəzər dənizində Neft Daşlarının kəşfində də Musa Əliyevin böyük xidmətləri olub.

BDU-nun rektoru Elçin Babayev akademik Musa Əliyevin ədəbiyyatşünas alim, professor Mircəlal Paşayevə yazdığı əlyazma məktubunu Hafiz Paşayevə təqdim edib.

Açılış tədbirində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu layihə ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyimizin gözəl nümunəsidir. Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq. Bu mərkəz geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan verəcək. İnanırıq ki, muzeyin dizaynı, texniki təchizatı və təqdim olunan əhatəli informasiya hər bir ziyarətçiyə yer üzünün zəngin və rəngarəng sərvətlərini kəşf etmək üçün unikal bir təcrübə yaşadacaq. Ümid edirik ki, həm tələbələr, həm də digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər”.

Muzey üçün alınmış bütün avadanlıq, texniki və proqram təminatı da daxil olmaqla layihənin ümumi dəyəri 395 min 810 manatdır. Layihə yerli şirkət olan ADZONE-S MMC tərəfindən icra edilib.

Rektor Elçin Babayev universitetin xatirə hədiyyəsini Qəri Counza təqdim edib.

Sonra akademik Akif Əlizadə, akademik Vasif Ağazadə, professor Nizami Cəfərov, Milli Məclisin deputatı Rəfail Hüseynov çıxış edərək BDU-nun uğur və nailiyyətlərindən danışıblar. Qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və bu inkişaf elm və təhsil sahəsini də əhatə edib.

Aydan Ələkbərova

Xəbər Lenti

Gəncədə 18 yaşlı gənc bıçaqlandı17.05.2025 - 15:00
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid İsrayıl Cəfərzadəyə həsr olunacaq17.05.2025 - 14:10
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub17.05.2025 - 12:47
Universitetdə işləmək istəyənlərin nəzərinə! - 350-ə yaxın VAKANSİYA17.05.2025 - 12:25
BANM-də “Açıq qapı” günü keçirilib - FOTO17.05.2025 - 11:35
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib17.05.2025 - 11:20
Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib - FOTO17.05.2025 - 10:50
Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub17.05.2025 - 10:30
Mayın 17-də IV siniflər üzrə monitorinq keçirilib - FOTO17.05.2025 - 10:17
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq17.05.2025 - 09:56
Elgünün ölümü ilə bağlı iki qurum birgə MƏLUMAT YAYDI17.05.2025 - 09:20
“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır - FOTO17.05.2025 - 08:10
BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib - FOTO17.05.2025 - 07:55
Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb17.05.2025 - 07:35
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb17.05.2025 - 07:20
Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz 17.05.2025 - 06:55
ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib17.05.2025 - 06:43
Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17.05.2025 - 06:30
Ağdaşda ağır yol qəzasında yeniyetmə xəsarət alıb17.05.2025 - 06:20
Bakı məktəblərində monitorinq17.05.2025 - 06:10
Türkiyədə 40 şagird dönərdən zəhərləndi17.05.2025 - 05:59
Xəzər Universiteti tələbələri üçün “İnci Hotel”də informasiya-təcrübə sessiyası keçirilib - FOTO16.05.2025 - 18:40
"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB16.05.2025 - 18:30
Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU-da - FOTO16.05.2025 - 18:20
Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans16.05.2025 - 18:10
ADNSU-da keçirilən “Brain Ring” çempionatında Kimya texnologiya fakültəsi qalib olub - FOTO16.05.2025 - 17:50
MEK-də Əbdürrəhim bəy Haqverdiyevin 155 və Rəsul Rzanın 115 illiyinə həsr edilən sərgilər təşkil olunub - FOTO16.05.2025 - 17:40
Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub16.05.2025 - 17:30
İsrailli turistlər Ədəbiyyat Muzeyini ziyarət ediblər16.05.2025 - 17:20
Məktəblilərimizdən daha bir möhtəşəm uğur! - FOTO16.05.2025 - 17:10
Zaqatalada internat məktəbi bağlanır?16.05.2025 - 17:00
DİM-də fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib16.05.2025 - 16:50
“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib16.05.2025 - 16:40
Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub16.05.2025 - 16:30
13 yaşlı qızı maşın vurub16.05.2025 - 16:20
AzMİU-nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb16.05.2025 - 16:10
“Tədrisdə süni intellekt alətlərindən istifadə” vebinarı keçirilib16.05.2025 - 15:53
Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb - FOTO16.05.2025 - 15:43
AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib - FOTO16.05.2025 - 15:32
RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI16.05.2025 - 15:21
Metodistlərin fəaliyyətinin monitorinqi davam edir16.05.2025 - 15:11
ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib - FOTO16.05.2025 - 15:00
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər - FOTO16.05.2025 - 14:50
“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar - FOTO16.05.2025 - 14:40
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO16.05.2025 - 14:30
I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb16.05.2025 - 14:20
Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub - FOTO16.05.2025 - 14:10