Təhsil 365 - Logo Mobile

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb

8917.05.2025 - 07:20
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb

Bu gün beşinci "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb.

“Tehsil365” xəbər verir ki, analitik təhlil imtahanı dörd sessiya olmaqla iki gün keçiriləcək.

İmtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 153, 158, 161, 229 və 238 nömrəli tam orta məktəblərində, bununla yanaşı, Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Naxçıvan şəhərində isə imtahanlar 18 may tarixində baş tutacaq.

Namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 saatlarında imtahanda iştirak edə biləcəklər. Bunlardan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə dörd sessiyadan ibarət imtahanlar təşkil edilib.

Xatırladaq ki, əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.

İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, üç blok üzrə aparılır. Qeyd edək ki, imtahana ümumilikdə üç saat vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Gəncədə 18 yaşlı gənc bıçaqlandı17.05.2025 - 15:00
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid İsrayıl Cəfərzadəyə həsr olunacaq17.05.2025 - 14:10
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub17.05.2025 - 12:47
Universitetdə işləmək istəyənlərin nəzərinə! - 350-ə yaxın VAKANSİYA17.05.2025 - 12:25
BANM-də “Açıq qapı” günü keçirilib - FOTO17.05.2025 - 11:35
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib17.05.2025 - 11:20
Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib - FOTO17.05.2025 - 10:50
Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub17.05.2025 - 10:30
Mayın 17-də IV siniflər üzrə monitorinq keçirilib - FOTO17.05.2025 - 10:17
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq17.05.2025 - 09:56
Elgünün ölümü ilə bağlı iki qurum birgə MƏLUMAT YAYDI17.05.2025 - 09:20
“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır - FOTO17.05.2025 - 08:10
BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib - FOTO17.05.2025 - 07:55
Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb17.05.2025 - 07:35
Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz 17.05.2025 - 06:55
ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib17.05.2025 - 06:43
Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17.05.2025 - 06:30
Ağdaşda ağır yol qəzasında yeniyetmə xəsarət alıb17.05.2025 - 06:20
Bakı məktəblərində monitorinq17.05.2025 - 06:10
Türkiyədə 40 şagird dönərdən zəhərləndi17.05.2025 - 05:59
Xəzər Universiteti tələbələri üçün “İnci Hotel”də informasiya-təcrübə sessiyası keçirilib - FOTO16.05.2025 - 18:40
"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB16.05.2025 - 18:30
Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU-da - FOTO16.05.2025 - 18:20
Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans16.05.2025 - 18:10
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib - FOTO16.05.2025 - 18:00
ADNSU-da keçirilən “Brain Ring” çempionatında Kimya texnologiya fakültəsi qalib olub - FOTO16.05.2025 - 17:50
MEK-də Əbdürrəhim bəy Haqverdiyevin 155 və Rəsul Rzanın 115 illiyinə həsr edilən sərgilər təşkil olunub - FOTO16.05.2025 - 17:40
Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub16.05.2025 - 17:30
İsrailli turistlər Ədəbiyyat Muzeyini ziyarət ediblər16.05.2025 - 17:20
Məktəblilərimizdən daha bir möhtəşəm uğur! - FOTO16.05.2025 - 17:10
Zaqatalada internat məktəbi bağlanır?16.05.2025 - 17:00
DİM-də fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib16.05.2025 - 16:50
“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib16.05.2025 - 16:40
Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub16.05.2025 - 16:30
13 yaşlı qızı maşın vurub16.05.2025 - 16:20
AzMİU-nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb16.05.2025 - 16:10
“Tədrisdə süni intellekt alətlərindən istifadə” vebinarı keçirilib16.05.2025 - 15:53
Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb - FOTO16.05.2025 - 15:43
AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib - FOTO16.05.2025 - 15:32
RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI16.05.2025 - 15:21
Metodistlərin fəaliyyətinin monitorinqi davam edir16.05.2025 - 15:11
ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib - FOTO16.05.2025 - 15:00
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər - FOTO16.05.2025 - 14:50
“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar - FOTO16.05.2025 - 14:40
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO16.05.2025 - 14:30
I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb16.05.2025 - 14:20
Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub - FOTO16.05.2025 - 14:10