Mayın 17-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Bu barədə "Tehsil365"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına və onların sinifdən-sinifə keçmələrinə təsir etmir. Əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların bilik və bacarıqlarının hansı səviyyədə formalaşdığını müəyyənləşdirmək və tədrisin keyfiyyətini yüksəltmək istiqamətində tədbirlər görməkdir.
Qeyd edək ki, bu gün keçirilən monitorinq 51 mərkəzdə təşkil olunub. Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə isə 8700-dən çox şagirdin iştirak etdiyi bildirilib.