Təhsil 365 - Logo Mobile

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

8017.05.2025 - 11:20
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşəbbüsü, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Qlobal İnnovasiya İndeksində (Qİİ) Azərbaycan üzrə göstəricilərin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.

Bu barədə “Tehsil365”ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qİİ-in yaradıcı komandası ilə müxtəlif formatlarda birbaşa təmasların qurulması, müzakirələrin aparılması təşəbbüsü hələ 2019-cu ildə ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 59-cu sessiyası çərçivəsində bu beynəlxalq qurumun İqtisadiyyat və statistika bölməsinin nümayəndəsi ilə keçirilən görüşdə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri tərəfindən irəli sürülüb. Həmin vaxtdan Qİİ-nin yaradıcı komandası ilə Azərbaycanın ayrı-ayrı dövlət qurumları arasında birbaşa əlaqələrin yaradılmasında Agentlik körpü rolunu oynayır.

Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə ÜƏMT mütəxəssisləri, ölkəmizin aidiyyəti dövlət orqanlarının (qurumlarının), Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun nəzdində yaradılmış işçi qruplarının nümayəndələrinin iştirak etdikləri ilk belə görüş 2022-ci ilin dekabrın 16-da keçirilib. Görüşdə aparılmış müzakirələrin nəticəsi olaraq Qlobal İnnovasiya İndeksinin 2023 və 2024-cü illər üzrə hesabatlarında Azərbaycana dair göstəricilərdə əvvəllər müşahidə olunan qeyri-dəqiq məlumatların sayı minimuma endirilib. İndi məlumatlar əsasən ilk mənbələrdən götürülür və birbaşa təmaslar müxtəlif formatlarda uğurla davam etdirilir.

Növbəti videokonfransda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanovun, Regional və Milli İnkişaf sektorunun Keçid və İnkişaf Etmiş Ölkələr departamentinin direktoru Habip Asanın və ÜƏMT-nin İqtisadiyyat və Statistika şöbəsinin müdiri Saşa Vunş-Vincentin məruzələri dinlənilib.

Məruzəçilər son illərdə Qlobal İnnovasiya İndeksi hesabatlarında Azərbaycana dair göstəricilərin bir sıra ölkələrlə müqayisədə xeyli yaxşılaşdığını və bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini bildiriblər. Qeyd ediblər ki, hesabatlarda Azərbaycana dair göstəricilərin mütəmadi olaraq təhlil edilməsi, bəzi sahələrə aid məlumat boşluqlarının müəyyənləşdirilməsi və Qİİ-in yaradıcı heyəti ilə birbaşa əlaqələrin genişləndirilməsi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin daha da gücləndirilməsinə töhfə verə bilər.

Videokonfransda Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli çıxış edib. Agentliyin İdarə heyətinin sədri Kamran İmanovun salamlarını tədbir iştirakçılarına çatdıran X.Həsənli Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılmış “Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi Qrupu”nun gördüyü işlər barədə danışıb. Qeyd edib ki, xüsusi işçi qrupunun yaradılmasının məqsədi əqli mülkiyyətlə əlaqəli sahələr barədə məlumatlılığın artırılmasına dəstək göstərmək və bu sahədə Komissiyanın digər işçi qrupları arasında koordinasiyanı təşkil etməkdir. O, keçən il sentyabrın 30-da Komissiyanın işçi qruplarının nümayəndələrinin iştirakı ilə geniş iclas keçirildiyini, iclasda Agentliyinin İdarə Heyətinin sədri, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024” Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusunda geniş təqdimat etdiyini bildirib.

Agentliyin aparat rəhbəri “Qlobal İnnovasiya İndeksi-2024” hesabatında Bilik və texnologiyaların yayılması blokunda ölkəmiz üzrə yüksək yerləri əqli mülkiyyət sahəsində göstəricilərin tutduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, patentlər üzrə Azərbaycanın mövqeyi 2023-cü illə müqayisədə 13 pillə yaxşılaşıb, 50-ci yerdədir və reytinqdə bu göstərici üzrə Cənubi Qafqazın digər ölkələrindən irəlidədir. PCT patent müraciətləri üzrə ölkəmizin göstəricisi 2023-cü illə müqayisədə 15 pillə yaxşılaşıb, 72-ci yerdədir. Faydalı modellər üzrə göstəricilər isə 49-cu yerdədir. Yaradıcı fəaliyyətin nəticələri blokunda qeyri-maddi aktivlər bölməsində əmtəə nişanları üzrə 49-cu yerdəyik. Bu, 2023-cü illə müqayisədə 17 pillə irəliləyiş deməkdir.

X. Həsənli Qlobal İnnovasiya İndeksi mövzusunda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə Agentlik tərəfindən hazırlanmış kitablar barədə də konfrans iştirakçılarına məlumat verib.

Aydan Ələkbərova

Xəbər Lenti

Gəncədə 18 yaşlı gənc bıçaqlandı17.05.2025 - 15:00
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid İsrayıl Cəfərzadəyə həsr olunacaq17.05.2025 - 14:10
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub17.05.2025 - 12:47
Universitetdə işləmək istəyənlərin nəzərinə! - 350-ə yaxın VAKANSİYA17.05.2025 - 12:25
BANM-də “Açıq qapı” günü keçirilib - FOTO17.05.2025 - 11:35
Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib - FOTO17.05.2025 - 10:50
Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub17.05.2025 - 10:30
Mayın 17-də IV siniflər üzrə monitorinq keçirilib - FOTO17.05.2025 - 10:17
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq17.05.2025 - 09:56
Elgünün ölümü ilə bağlı iki qurum birgə MƏLUMAT YAYDI17.05.2025 - 09:20
“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır - FOTO17.05.2025 - 08:10
BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib - FOTO17.05.2025 - 07:55
Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb17.05.2025 - 07:35
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb17.05.2025 - 07:20
Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz 17.05.2025 - 06:55
ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib17.05.2025 - 06:43
Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17.05.2025 - 06:30
Ağdaşda ağır yol qəzasında yeniyetmə xəsarət alıb17.05.2025 - 06:20
Bakı məktəblərində monitorinq17.05.2025 - 06:10
Türkiyədə 40 şagird dönərdən zəhərləndi17.05.2025 - 05:59
Xəzər Universiteti tələbələri üçün “İnci Hotel”də informasiya-təcrübə sessiyası keçirilib - FOTO16.05.2025 - 18:40
"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB16.05.2025 - 18:30
Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU-da - FOTO16.05.2025 - 18:20
Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans16.05.2025 - 18:10
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib - FOTO16.05.2025 - 18:00
ADNSU-da keçirilən “Brain Ring” çempionatında Kimya texnologiya fakültəsi qalib olub - FOTO16.05.2025 - 17:50
MEK-də Əbdürrəhim bəy Haqverdiyevin 155 və Rəsul Rzanın 115 illiyinə həsr edilən sərgilər təşkil olunub - FOTO16.05.2025 - 17:40
Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub16.05.2025 - 17:30
İsrailli turistlər Ədəbiyyat Muzeyini ziyarət ediblər16.05.2025 - 17:20
Məktəblilərimizdən daha bir möhtəşəm uğur! - FOTO16.05.2025 - 17:10
Zaqatalada internat məktəbi bağlanır?16.05.2025 - 17:00
DİM-də fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib16.05.2025 - 16:50
“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib16.05.2025 - 16:40
Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub16.05.2025 - 16:30
13 yaşlı qızı maşın vurub16.05.2025 - 16:20
AzMİU-nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb16.05.2025 - 16:10
“Tədrisdə süni intellekt alətlərindən istifadə” vebinarı keçirilib16.05.2025 - 15:53
Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb - FOTO16.05.2025 - 15:43
AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib - FOTO16.05.2025 - 15:32
RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI16.05.2025 - 15:21
Metodistlərin fəaliyyətinin monitorinqi davam edir16.05.2025 - 15:11
ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib - FOTO16.05.2025 - 15:00
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər - FOTO16.05.2025 - 14:50
“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar - FOTO16.05.2025 - 14:40
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO16.05.2025 - 14:30
I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb16.05.2025 - 14:20
Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub - FOTO16.05.2025 - 14:10