Təhsil 365 - Logo Mobile

Şərqşünaslıq İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr edilən elmi sessiya keçirilib - FOTO

8819.05.2025 - 15:10
Şərqşünaslıq İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr edilən elmi sessiya keçirilib - FOTO

Mayın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi” mövzusunda elmi sessiya keçirilib. Tədbir görkəmli alim və ictimai xadim, doktor Cavad Heyətin 100 illiyinə həsr edilib.

Bu barədə “Tehsil365”ə Şərqşünaslıq İnstitutundan bildirilib.

Elmi sessiyanı Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü açaraq Cavad Heyətin istər cərrahiyyə sahəsində, istərsə də “Varlıq” jurnalının redaktoru, ictimai xadim kimi azərbaycançılıq və türkçülüyün təbliği sahəsində mühüm xidmətlər göstərdiyini bildirib. R.Cümşüdlü Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü olan Cavad Heyətin anadan olmasının 100 illiyi ərəfəsində onun yubileyini Şərqşünaslıq İnstitutunun bu görkəmli şəxsiyyətə həsr olunmuş elmi sessiya keçirməklə qeyd etdiyini bildirib.

Daha sonra elmi sessiyada məruzələr dinlənilib. Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə “Cavad Heyət – xatirələrdə əbədi yaşayacaq şəxsiyyət” mövzusunda məruzə edib S.Bayramzadə Cavad Heyətin 25 min əməliyyat, o cümlədən açıq ürək əməliyyatları keçirməsini, 35 il müntəzəm şəkildə nəşr etdirdiyi “Varlıq” jurnalının Cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm rol oynadığını, Azərbaycan dili, ədəbiyyatı, tarixinə dair çoxsaylı kitabların, məqalələrin müəllifi olduğunu qeyd edib. O, Cavad Heyətin ensiklopedik məlumatlı, eyni zamanda, prinsipial, azadlığı və həqiqəti hər şeyin üstündə tutan, xalqını, Vətənini, dilini və mədəniyyətini çox sevən bir şəxsiyyət olduğunu vurğulayıb.

İnstitutun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi “Cavad Heyət – böyük azərbaycanlı və vətəndaş” mövzusunda məruzə edib. S.Rüstəmova-Tohidi Cavad Heyətin elə təkcə “Varlıq” jurnalındakı fəaliyyətinin onun adının Azərbaycan xalqının tarixinə böyük hərflərlə düşməsinə yetərli olduğunu deyib. Məruzəçi bu böyük şəxsiyyətin Azərbaycan türklərinin milli şüurunun inkişafında, azərbaycançılığın təbliğində əvəzsiz xidmətləri olduğunu qeyd edib.

İnstitutun aparıcı elmi işçisi dosent Yeganə Hacıyeva “Azərbaycan dilinin görkəmli tədqiqatçısı Cavad Heyət” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Cavad Heyət ömrünü Azərbaycan xalqı, dili, mədəniyyəti ilə bağlı yüksəksəviyyəli nəzəri araşdırmaların aparılmasına, Azərbaycan dilinin elmi tarixi ilə bağlı əsərlərin yazılmasına sərf edib. Qeyd edilib ki, Cavad Heyət öz tədqiqatlarında türk dillərinin təsnifatı haqqında IX əsrdən bəri mövcud fikirlərin tənqidi icmalını və türk dillərinin morfoloji quruluşunun yığcam şərhini, Türkiyə və Azərbaycan türkcəsinin tarixi inkişaf yolları haqqında müfəssəl məlumat verib.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb21.05.2025 - 16:59
Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb21.05.2025 - 16:47
Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər - FOTO21.05.2025 - 16:32
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya universitetlərində olub - FOTO21.05.2025 - 16:21
Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır21.05.2025 - 16:11
“Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib21.05.2025 - 16:00
BDU-da “Qardaşlıq” adlı konsert proqramı təqdim edilib21.05.2025 - 15:50
Şərqşünaslıq İnstitutunun yeni nəşri: “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”21.05.2025 - 15:40
Çaldıran tarixin ibrət dərsidir! - Yaqub Mahmudov ÇAĞIRIŞ ETDİ21.05.2025 - 15:30
BANM-in komandası “PASHA Hackathon 5.0” yarışında üçüncü yeri tutub21.05.2025 - 15:20
Rəqəmsal Çağda Media və Təhsil21.05.2025 - 15:10
Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO21.05.2025 - 15:00
BANM nümayəndələri Daşkənddə keçirilən Beynəlxalq Energetika Forumunda iştirak ediblər - FOTO21.05.2025 - 14:50
AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib21.05.2025 - 14:40
LDU kollektivi “Arşın mal alan”a yeni quruluşda tamaşa edib - FOTO21.05.2025 - 14:30
DİM:“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim 21.05.2025 - 14:20
LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib - FOTO21.05.2025 - 14:10
BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib - FOTO21.05.2025 - 13:59
16 yaşlı qızla evlənən kişi cinayət məsuliyyətinə cəlb edilib21.05.2025 - 13:47
NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib - FOTO21.05.2025 - 13:35
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub21.05.2025 - 13:22
Qarabağ Universitetinin Klinikası vakansiya elan edir21.05.2025 - 13:10
AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib - FOTO21.05.2025 - 12:56
BŞTİ-də yeni kadr təyinatı olub21.05.2025 - 12:44
1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ21.05.2025 - 12:32
Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb21.05.2025 - 12:21
DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib21.05.2025 - 12:11
Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb21.05.2025 - 12:00
STEAM resurslarından ibarət sənəd hazırlanıb21.05.2025 - 11:50
Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib - FOTO21.05.2025 - 11:40
Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək21.05.2025 - 11:30
MDU-da “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar baş tutub - FOTO21.05.2025 - 11:20
Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır21.05.2025 - 11:10
Şirvan-Salyan Regional Təhsil İdarəsinə YENİ TƏYİNAT21.05.2025 - 11:00
PMS imtahanı materiallarının işlənilməsi ilə bağlı təlim keçirilib21.05.2025 - 10:50
DİM bu şəxslərə müraciət edib21.05.2025 - 10:40
Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb21.05.2025 - 10:30
Qızların təhsildən yayınmasının qarşısının alınması və gender əsaslı təhsil islahatları təklif olunur21.05.2025 - 10:20
Dilçi alimlər Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər - FOTO21.05.2025 - 10:10
Növbəti tədris ilində məktəblərdə ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək21.05.2025 - 09:50
Ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri keçirilir - FOTO21.05.2025 - 09:40
SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə21.05.2025 - 09:30
“Təhsildə İKT (İnteraktiv proqram vasitələri və ondan istifadə yolları)” kitabı çapdan çıxıb21.05.2025 - 09:20
Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib - FOTO21.05.2025 - 09:10
İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb21.05.2025 - 09:00
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb21.05.2025 - 08:50
Sabah 29 dərəcə isti olacaq21.05.2025 - 08:40
İtaliya-Azərbaycan Universitetinə qəbul olmaq istəyənlərin nəzərinə21.05.2025 - 08:30